ABŞ-da Tramp gərginliyi bitmir - indi də Məxfi Xidmətin rəhbəri ifadə verəcək
ABŞ-da Donald Trampla bağlı gərginlik azalmır. Belə ki, ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsi Məxfi Xidmətin direktoru Kimberli Çitli 35-ci prezident Donald Trampın mitinqdə məruz qaldığı sui-qəsd cəhdinə görə təhlükəsizlik vəziyyəti ilə bağlı ifadə verməyə çağırmaq niyyətindədir. Bu barədə komitənin mətbuat xidməti məlumat yayıb.
Çitl iyulun 22-də komitə iclasında iştirak edəcəyini təsdiqləsə də, ona çağırış vərəqəsi göndəriləcək. Direktor vəzifəsində olduğu müddətdə yaşanan bu hadisəyə görə Konqresə cavab verməlidir. Bundan əvvəl ABŞ Məxfi Xidməti sui-qəsd cəhdindən sonra sabiq Prezident Donald Trampın təhlükəsizliyini seçki kampaniyasının sonuna qədər gücləndirib.
Mətləb Salahov