Çərşənbə axşamı günü, 15 iyul 2025
     

Avropa İttifaqının Macarıstana münasibəti Qərb demokratiyasını ifşa edir...

Image

Qərbdə demokratiyanın əsl siması Avropa İttifaqının Macarıstana münasibətində özünü qabrıq şəkildə büruzə verir. Məsələ burasındadır ki, Budapeştin Avropa İttifaqına (Aİ) altı aylıq rotasiyalı sədrliyi dövründə Avropa komissarları Macarıstanın baş naziri Viktor Orbanın keçirdiyi qeyri-rəsmi görüşləri boykot edəcəklər. 

Bu bəyanatı Avropa Komissiyası Orbanın Rusiya və Çin liderləri - Vladimir Putin və Si Cinpinlə Aİ ilə razılaşdırılmayan görüşlərindən sonra verib.

Avropa Komissiyasının rəhbəri Ursula von der Leyenin baş sözçüsü Erik Mamer X platformasında bununla bağlı yazıb: "Macarıstanın sədrliyi ilə başlayan son hadisələr fonunda Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen qərara gəlib ki, Komissiya yalnız Aİ Şurasının qeyri-rəsmi toplantılarında aparıcı rəsmilər ilə təmsil olunacaq. Bundan başqa, Avrokomissiyanın kollegiyası sədr ölkəyə, yəni Macarıstana səfər etməyəcək". Kollegiya Avropa Komissiyanın liderlərini təmsil edir, 27 komissardan ibarətdir. Macarıstan bu bəyanata etirazını bildirib. Avropa məsələləri üzrə nazir Yanoş Boka komissiyanı işləmək istədiyi institutlar və üzv ölkələr arasında seçim etməkdə günahlandırıb: "Aİ Komissiyası əməkdaşlıq etmək istədiyi institutları və üzv ölkələri istədiyi kimi seçə bilməz. İndi Komissiyanın bütün qərarları siyasi mülahizələrə əsaslanır?". Komissiyanın bu addımından öncə isə "Politico" təsdiqlənməmiş xəbər yayıb ki, Aİ-nin xarici siyasət rəhbəri Jozep Borrel blokun xarici işlər nazirlərini özünün "rəsmi" şurasına yığmağı planlaşdırır və görüş Macarıstanın avqusta saldığı oxşar toplantı ilə eyni vaxtda keçirilə bilər. Qeyd edək ki, Macarıstan iyulun 1-dən Aİ-də sədrliyə başlayıb. Orban iyulun 5-də Moskvaya, daha sonra Çinə səfər edib, Putin və Si ilə Ukrayna müharibəsini bitirməyi müzakirə etdiyini açıqlayıb. Bu səfərlər haqda blok öncədən bilgiləndirilməyib. Orbanın Aİ ilə əlaqələri ziddiyyətlidir, Ukraynanın işğalından dolayı Moskvaya sanksiyalara etirazını bildirir. Orban Kremldə Putinlə danışıqlardan sonra deyib ki, onun səfəri müharibə edən tərəflər arasında dialoqun bərpası üçün ilk addımdır. Amma həm Aİ, həm də ABŞ onun bu missiyasını sərt tənqid ediblər. Ursula von der Leyen Orbanın Moskvaya səfərindən sonra bildirib: "Putin dilə tutmaqla dayanan deyil. Yalnız birlik və qətiyyət Ukraynada hərtərəfli, ədalətli və davamlı sülhə aparacaq". Ağ Ev də tənqidə qoşulub. Mətbuat katibi Karin Jan-Pyer deyib ki, bu səfər sülh məsələsini irəli aparmayacaq, Ukraynanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyini möhkəmləndirməsinə ziddir. Amma bunlara rəğmən, Viktor Orban Avropa İttifaqı Şurasının sədri Şarl Mişelə məktub göndərərək Rusiya ilə diplomatik əlaqələrin bərpasını tələb edib. "Bild" qəzetinin yazdığına görə, Macarıstanın baş naziri Avropa İttifaqı Şurasının sədri Mişelə məktub göndərərək, onu Çinlə "sülh konfransı" ilə bağlı danışıqlara başlamağa və Rusiya ilə diplomatik münasibətləri bərpa etməyə çağırıb: "Orban məktubunda Çinlə "sülh konfransı" danışıqlarının başlanmasına, Rusiya ilə diplomatik əlaqələrin bərpasına çağırır". A4 formatında yazılan 1,5 səhifəlik məktubun 10 paraqrafa bölündüyünə diqqət çəkən xəbərdə Orbanın məktubunda "Yaxın gələcəkdə hərbi qarşıdurmanın intensivliyinin köklü şəkildə artacağı" qiymətləndirməsini verdiyi qeyd edilib.

Qəzetin hazırladığı materialda Macarıstanın baş nazirinin Ukrayna prezidenti Volodimir Zelenski, Rusiya, Çin, Türkiyə liderləri və ABŞ-ın keçmiş prezidenti Donald Trampla keçirdiyi son görüşləri qısa şəkildə dəyərləndirdiyi vurğulanıb və Orbanın da qəbul edilməli olan bəzi təkliflər verdiyi vurğulanıb. Qeyd edək ki, bundan əvvəl də Orban Aİ-nin ünvanına sərt ittihamlar səsləndirib. Hıtta bir müddət əvvəl Viktor Orban demişdi ki, Aİ amerikalı iş adamı Corc Sorosun əsirliyində olduğuna görə sülhsevər siyasət apara bilmir". Hökumət başçısı Avropa siyasətçilərinin Ukraynadakı nizamlanma ilə bağlı mövqeyini şərh edərkən bildirib ki, ictimai rəy getdikcə daha çox sülh yolu ilə nizamlanmanın tərəfdarı olan partiyaların dəstəyinə meyil edir. Siyasətçi həmçinin əlavə edib ki, Aİ liderləri də bunu hiss edirlər: "Avropada sülhə tərəf dönüş alınmır, ona görə ki, Brüssel əslində Corc Soros şəbəkəsinin əsiridir". O əlavə edib ki, biznesmenin nümayəndələri Avropa siyasətinə çox böyük təsir göstərirlər, çünki o, 30 il ərzində öz təsir şəbəkəsini qurub.   Xatırladaq ki, Orbanın Türk Dövlətləri Təşkilatının Şuşada keçirilən sammitində iştirakına da Aİ biabırçı reaksiya verib. Borrel Orbanın Aİ-ni Azərbaycanda keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitində təmsil etmək səlahiyyəti almadığını bildirib. Avropa Parlamentinin deputatı Natali Luazo isə bildirib: "Orbanın Türk Dövlətlərinin Sammitində Şimali Kipr təmsilçisi ilə, hətta Qarabağın şəhərində iştirakı Macarıstan üçün biabırçılıq, Avropa üçün isə qalmaqaldır. Macarıstanın baş naziri Orban Kipr problemini şübhə altına alırmı?". Bütün bunlar bəzi Qərb ölkələrinin əsl mahiyyətini üzə çıxarır.

Nahid SALAYEV



VİDEO

SON XƏBƏRLƏR

16.07.2025 / 01:27
Tramp geri addım atdı və Zelenskiyə xəbərdarlıq etdi – Moskvanı vurmayın...

15.07.2025 / 22:43
Yekaterinburqda Azərbaycan diaspor rəhbərinin oğlu saxlandı

15.07.2025 / 21:31
Tramp Putinə qarşı sərt addımlar üçün 50 gün gözləməyəcək...

15.07.2025 / 21:16
Ölkəyə gələn 31 tonun içində ərəb qızılı yoxdur - niyə?..

15.07.2025 / 21:02
AB Ermənistana 2,5 milyard avro dəstək qərarı verdi...

15.07.2025 / 20:47
“60 kənd boşaldılır, 300 min azərbaycanlı qayıdır” - Qərb daha çox şey gözləyirmiş...

15.07.2025 / 20:33
Zəngəzur dəhlizində 3-cü dövlətin nəzarəti ideyası kimə məxsusdur?

15.07.2025 / 20:20
Trampın bu 50 günü əvvəlki “60, 90 günlərə dönməsə yaxşıdır”...

15.07.2025 / 20:06
“3 dövlət birləşir” - Bakı-Dəməşq “qaz əməkdaşlığına” erməni mediasından hücum başladı...

15.07.2025 / 19:52
Rusiya Akkuyu AES-lə bağlı Türkiyəyə qəbuledilməz şərt qoydu...

15.07.2025 / 19:39
“Dini qurumlarla bu mövzu ətrafında toplaşmağımız çox əhəmiyyət daşıyır”- Rəşad Məcid

15.07.2025 / 19:37
Ermənistanın ağır müharibə cinayətləri məhkəmədə bir-bir sübuta yetirilir...

15.07.2025 / 19:25
Tərəqqi yolunun başlanğıcı – Əhliman Əmiraslanov yazır...

15.07.2025 / 19:12
Ukrayna öz qaz anbarlarını Azərbaycana təklif etdi...

15.07.2025 / 19:05
Polis Sumqayıtda ikitəkərli nəqliyyat sürücüləri ilə maarifləndirici söhbətlər aparıb - FOTO

15.07.2025 / 18:57
Tanınmış tədqiqatçı Qismət Yunusoğlu Aydın Quliyevi təbrik etdi

15.07.2025 / 18:50
Cəlilabaddakı yanğının söndürülməsinə 2 helikopter cəlb edildi

15.07.2025 / 18:44
Ursula Lyayen Paşinyanın “sülh siyasəti” barədə inanılmaz sözlər dedi...

15.07.2025 / 18:30
Subbakalavrların taleyini kim həll etməlidir - universitetlər, nazirlik, ya DİM?

15.07.2025 / 18:16
Tramp Ukrayna müharibəsinin gedişini dəyişəcək qərar verdi...

15.07.2025 / 18:03
Azərbaycanda 2 yeni qoruq yaradıldı - nə dəyişəcək?..

15.07.2025 / 18:00
“...Harada boşluq varsa, onu ya savadsızlıq, ya da xarici radikal çağırışlar doldurur” - Vüqar Əliyev

15.07.2025 / 17:50
Hansı ixtisasın lazım olub-olmadığına DİM özü qərar verə bilərmi?

15.07.2025 / 17:42
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənildi

15.07.2025 / 17:35
Ukraynanın baş naziri istefa verdi

15.07.2025 / 17:31
İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu

15.07.2025 / 17:27
Vətəndaşların şəxsi məlumatlarını xarici kiberbunkerlərə ötürən şəxs ifşa edildi - 300 min manatlıq ziyan...

15.07.2025 / 17:15
Trampdan Zelenskiyə Putini şoka salan təlimat - Moskva və Peterburqu vurun…

15.07.2025 / 17:01
Şamaxıdan mesaj - Media dinin siyasiləşdirilməsinə qarşı dayanan böyük qüvvədir...

15.07.2025 / 16:50
Ersin Tatar Kipr danışıqlarında Lefkoşanın şərtlərini açıqladı - heç bir federal quruluşundan söhbət gedə bilməz

15.07.2025 / 16:34
Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans başlayıb

15.07.2025 / 16:05
"Vaqif Poeziya Günləri" Qazaxda başladı

15.07.2025 / 16:03
BDU İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb

15.07.2025 / 15:22
Vətənə sevdalanan ömür...

15.07.2025 / 15:22
ABŞ Rusiyaya qarşı 10 milyardlıq planı işə saldı - Ukraynaya Rusiyanın dərinliklərini vura biləcək raketlər də veriləcək…

15.07.2025 / 14:39
"Ağdamda 8 yaşayış məhəlləsi, 1 qəsəbə, 23 kənd lahiyələndirilir" - Prezidentin xüsusi nümayəndəsi

15.07.2025 / 14:30
"Azərbaycan ilə Türkiyənin birgə layihələri regionun yeni geosiyasi mənzərəsini formalaşdırıb" - Samir Şərifov

15.07.2025 / 14:18
Tramp ATACMS raketləri ilə Rusiyaya zərbə endirməyə icazə verə bilər...

15.07.2025 / 14:02
Evdən 30 min dollar və 12 min manat oğurlayan qadın tutuldu...

15.07.2025 / 13:47
Laçından Ağcabədiyə 120 kq yararsız mal əti aparan şəxs yolda yaxalandı...

15.07.2025 / 13:34
"Azərbaycan ilə Türkiyənin qanunvericilik aktlarını bir-birinə uyğunlaşdırmağa çalışırıq" - Əhliman Əmiraslanov

15.07.2025 / 13:19
"Xain çevrilişə cəhd zamanı can Azərbaycanın ölkəmizə güclü dəstəyini xatırlayırıq" - Türkiyə səfiri

15.07.2025 / 13:10
Дмитрий Киселев! Совет Прессы Азербайджана в отличии от вас, никогда не врёт - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

15.07.2025 / 12:53
Azərbaycandan qardaş Türkiyəyə 15 iyul mesajı - "dərin ehtiram və minnətdarlıqla anırıq”

15.07.2025 / 12:38
Baku Network Parisdə ilk dəfə olaraq erməni təcavüzü nəticəsində həlak olmuş azərbaycanlı jurnalistlərlə bağlı məsələ qaldırıb

15.07.2025 / 12:32
III MDB Oyunlarına 8 ölkədən 1846 idmançı qatılacaq

15.07.2025 / 12:20
"Bu gün Azərbaycanla Türkiyə gələcəyə doğru çiyin-çiyinə irəliləyir" - İlham Əliyev

15.07.2025 / 12:13
Slovakiya Azərbaycanda fəxri konsulluq açacaq

15.07.2025 / 12:10
"Bu layihələrin dünyada analoqu yoxdur" - Prezidentin xüsusi nümayəndəsi

15.07.2025 / 12:05
"Barselona" bu futbolçu üçün "pivəçilər"ə elçi düşdü...

15.07.2025 / 12:00
Hollivud ulduzunun bu fotosu 21 min dollara satıldı...

15.07.2025 / 11:51
2025-ci ilin ilk 6 ayı ərzində 44 milyondan çox tibbi xidmət göstərilib

15.07.2025 / 11:44
Xameneinin müşaviri yenə Azərbaycan əleyhinə danışdı - bu dəfə pakistanlı nazirlə görüşündə...

15.07.2025 / 11:40
Harmancı yenə xəbərdarlıq edir - COVID-19 davam edir

15.07.2025 / 11:35
6 min 300 ədəd çətənə kolu məhv edilib - polis

15.07.2025 / 11:11
Bu gündən tələbələrin köçürülməsi prosesinə başlanılıb

15.07.2025 / 11:03
ABŞ-ın Zəngəzurla bağlı mövqeyi çox təhlükəlidir - CANLI

15.07.2025 / 09:15
Samuxda zəlzələ olub - TƏCİLİ

15.07.2025 / 08:36
Azərbaycanda turistlər hotellərdən imtina edir - kirayə kənd evlərinə kütləvi axın başlayıb...

14.07.2025 / 23:48
Tramp Putini sərt tənqid etdi - Onu qatil adlandırmaq istəmirəm, amma o…

14.07.2025 / 23:40
Tramp Putinə 50 gün vaxt verdi - Ukrayna ilə bağlı razılaşma olmasa...

14.07.2025 / 21:32
Ermənilərin azərbaycanlıları əsir götürərkən işgəncə vermələrini əks etdirən videokadrlar məhkəmədə nümayiş etdirildi - FOTO

14.07.2025 / 21:19
Kilsə Paşinyana əks-hücuma keçdi - "katolikosa hücum Allaha hücumdur"...

14.07.2025 / 21:05
Bir neçə ərəb biznesmenə görə tariximizdən üz döndərməliyik? - Babək ərəblərlə vuruşub, ancaq tarix tarixdir...

14.07.2025 / 20:50
Əbu-Dabidə Əliyev-Paşinyan görüşünün ardınca Gorus görüşü başlayıb...

14.07.2025 / 20:35
Azərbaycanın "yaratdığı" Yeni Kaledoniya Dövləti müstəqil xarici siyasət aparacaq... Konstitusiyada ayrıca maddə...

14.07.2025 / 20:21
Azərbaycan qazının Suriyaya nəqlinin bir neçə marşrutu gözdən keçirilir...

14.07.2025 / 20:07
Supermarketlərimiz yerli bostan məhsullarına bağlıdır - Çindən qarpız idxalı 300 dəfə artır...

14.07.2025 / 19:53
Avropa Bakıdan əlavə 14 milyard kub qaz istəyir - ancaq problem var...

14.07.2025 / 19:40
İki dövlətli həll prosesində yeni ADDIMLAR: Nyu-Yorkda sərt mesajlar veriləcək

14.07.2025 / 19:37
Azərbaycan Yeni Kaledoniyanı dövlət kimi tanıyan ilk ölkə olacaq...

14.07.2025 / 19:25
Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu Aydın Quliyevi təbrik etdi

14.07.2025 / 19:12
Mətbuatın 150 illiyi həm dövlətçilik, həm də ictimai hadisədir...

14.07.2025 / 18:57
ABŞ Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif etdi - səfir rəsmən təsdiqlədi...

14.07.2025 / 18:44
Rusiya pomidor ticarətindən Azərbaycana 1,2 milyard dollar ziyan vuracaq?..

14.07.2025 / 18:41
“Başlıbel: yaranışdan işğaladək” kitabının təqdimatı keçirilib

14.07.2025 / 18:30
Müxalifətə münasibətdə Fransa ilə Rusiya eyni ölkələrdir - qətllər, təqiblər...

14.07.2025 / 18:16
Azərbaycanın tərəvəzində həqiqətən xəstəlik tapılır, ya Rusiyada məsələ siyasiləşdirilir...

14.07.2025 / 18:02
Bakıda qapalı Suriya-İsrail danışıqlarında hər tərəfdən bir nəfər iştirak etdi... Çox ilginc...

14.07.2025 / 17:48
Putindən İrana gizli “nüvə mesajı” - Rusiyanın məqsədi nədir...

14.07.2025 / 17:35
40 nəfər bağça direktoru niyə “vuruldu”?..

Ermənistanın ağır müharibə cinayətləri məhkəmədə bir-bir sübuta yetirilir...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910