Aşura günü könüllü qanvermə aksiyalarında tədarük olunan qanın miqdarı açıqlandı
Qana ehtiyacı olan xəstələrə yardım məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Aşura günü könüllü qanvermə aksiyaları keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ümumilikdə aksiya zamanı Bakı şəhəri üzrə 1378, respublikanın digər şəhər və rayonları üzrə isə 935 nəfər könüllü olaraq qan verib. Həmin şəxslərdən ümumilikdə 1040 litr qan tədarük olunub.
ZÜMRÜD