Çərşənbə günü, 9 iyul 2025
     

1984-cü ildə Qazaxın torpaqlarını Ermənistana vermək tapşırığını MK-dan kim vermişdi - yarımçıq cinayət...

Image

Məhərrəm Zülfüqarlı: "O ərazilərin Ermənistana verilməsi ilə bağlı göstərişi Kamran Bağırov verib və bunu icra etmək üçün Rəsizadəni Qazaxa göndərib"

Qazaxın ərazilərinin Azərbaycan SSR-dən alınıb Ermənistan SSR-ə verilməsi məsələsinin çox iliginc pərdəarxası məqamları var. Burada içimizdəki bəzi qüvvələrin də rolunun olduğu qətiyyən istisna deyil. Bunu araşdırmamız zamanı da müəyyənləşdirdik. 

Keçən sayımızda 1984-cü ildə Qazaxın Ermənistanla sərhəddə yerləşən bəzi ərazilərinin Ermənistana verilməsi tarixçəsinə toxunmuşduq. Ekspertimiz - AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev "Bakı Xəbər"ə açıqlamasında "Keçən əsrin 80-ci illərində Mərkəzi Komitə tərəfindən Qazaxa göndərilən Rəsizadəyə göstəriş verilmişdi ki, Qazaxın torpaqlarının Ermənistana verilməsinə camaatı razı salsın. Necə ki, əvvəllər Azərbaycan torpaqlarının hissə-hissə  Ermənistana verilməsini təşkil etmişdilər, Qazaxın o ərazilərinin də Ermənistana verilməsini təşkil etmək  istəyirdilər. Rəsizadəyə də tapşırıq verilmişdi ki, bu məsələni Ermənistanın xeyrinə həll etsin"-deyə bildirmişdi.

1984-cü ildə Azərbaycan Mərkəzi Komitəsinə kim rəhbərlik edirdi? 1984-cü ildə Qazaxın ərazilərinin Ermənistana verilməsi kimi uğursuz bir əməliyyatın həyata keçirilməsinə Mərkəzi Komitədən kim tapşırıq vermişdi?  

Ekspertlər bildirdi ki, həmin dövrdə Azərbaycana Kamran Bağırov rəhbərlik edirdi və bu utanc gətirən hadisə onun dövründə baş verib. Qeyd olunur ki, Heydər Əliyev artıq o dövrdə Azərbaycan Mərkəzi Komitəsinə rəhbərlik etmirdi, o, yüksık vəzifəyə təyin edildiyi üçün Moskvada işləyirdi. H.Əliyevdən sonra Azərbaycan Mərkzəi Komitəsinə rəhbər təyin edilən K.Bağırov Kremlin tapşırıqlarını canla-başla icra edib və qətiyyən xalqın maraqlarını nəzərə almaq istəməyib. 

"O, Azərbaycanın milli maraqlarına qətiyyən xidmət etməyən birinci katib olub" 

Tarix elmələri doktoru, professor  Məhərrəm Zülfüqarlı "Bakı-Xəbər"ə şərhində bildirdi ki, ermənilərə Azərbaycan torpaqlarının verilməsi faktını mərhələlər üzrə izah etmək lazımdır, keçən əsrin 80-ci illərini o dövrlərdən ayrı vermək düzgün alınmır. M.Zülfüqarlı bildirdi ki, bu proses 1828-ci ildə bağlanan Türkmənçay müqaviləsi ilə başlayıb. Çar Rusiyası dövründə başlayan bu acı prosesin Sovet dövründə də davam etdirildiyini deyən M.Zülfüqarlının sözlərinə görə, Qərbi Zəngəzurun ermənilərə verilməsi, Naxçıvanla Azərbaycanın əlaqəsinin kəsilməsi, digər ərazilərimizin itirilməsi baş verib. Nüvədi kəndinin Zəngilandan alınaraq Ermənistana verilməsi hadisəsi, sonrakı dövrlərdə Sədərəklə Kərki kəndi arasında yerləşən Həsənqulular ərik bağlarının, o cümlədən də 1984-cü  ildə Qazaxın ərazilərinin Ermənistana verilməsi prosesinin baş verdiyini deyən M.Zülfüqralının sözlərinə görə, bütün bunlar Moskvadan idarə olunurdu. O qeyd etdi ki, ermənilər rəsmi Kremlin Cənubi Qafqazda siyasətinin icraçıları idi və siyasəti Paşinyana qədərki dövrlərə qədər davam etdirdilər. O hesab edir ki, bu məsələlər kompleks şəkildə araşdırılmalı və təhilil edilməlidir. 

"Bildiyimiz kimi, 1982-ci ildə Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi vəzifəsindən azad edilərək SSRİ Nazirlər Soveti sədrinin birinci müavini postuna təyin olundu, Sov.İKP MK (Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi) Siyasi Bürosunun üzvü seçildi. O dövrdə Kamran Bağırov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi təyin edildi. Bu hadisələr Kamran Bağırovun Azərbaycana rəhbərliyi dövründə baş verib. Kamran Bağırovun da ailəsi milli deyildi, həyat yoldaşı başqa millətin nümayəndəsi idi. O, Azərbaycanın milli maraqlarına qətiyyən xidmət etməyən birinci katib olub. Milli təəssübleşlik hissi olmayan Kamran Bağırov Moskvanın göstərişi ilə hərəkət edib. O ərazilərin Ermənistana verilməsi ilə bağlı göstərişi də Kamran Bağırov verib və bunu icra etmək üçün Rəsizadəni Qazaxa göndərib. Yəni Rəsizadə  kimiləri də bu prosesi icra edən şəxslər idi"-deyə M.Zülfüqarlı bildirdi. 

M.Zülfüqarlı hesab edir ki, xalqın narazılığına baxmayaraq, Moskvanın siyasətini yerinə yetirən Bağırov, Rəsizadə kimi milli təəssübeşlik hissi olmayanlar o zaman bu prosesdə iştirak edirdilər. "Azərbaycan xalqı qəhrəman xalqdır ki, yuxarı rəhbərlikdən, həm Kremldən, həm Mərkəzi Komitədən, həm rayon rəhbərliyindən təzyiqlər olmasına baxmayaraq, torpaqların Ermənistana verilməsinə etiraz edirdilər. Amma qəribədir ki, Ermənistanda vəziyyət başqa idi, indi də başqadır. Orada Azərbaycana qarşı qarayaxanlara, təxribat edənlərə, tarixi ermənilərin xeyrinə saxtalaşdıranlara "yaşıl işıq" yandırılır. O dövrdə Azərbaycanda xalqın mənafeyini müdafiə edən, torpaqlarının ermənilərə verilməsinə etiraz edənlər, bu hala qarşı mübarizə aparanlar həmişə təzyiq altında olublar. Bu bir reallıqdır. Ona görə ermənilər yenə də əl – qol atırlar. Bu gün də daxilimizdə Rusiya siyasətinə, Rusiyanın Qafqazda mənafelərinə qulluq edənlər Azərbaycanda müəyyən postlarda təmsil olunurlar. Buna baxmayaraq, Azərbaycan xalqı öz qeyrətini yenə də göstərir, keçən əsrin 80-ci illərində olduğu kimi, bu hallarla barışmır. 

Keçən əsrin 60-cı illərində Ermənistana verilən Azərbaycan torpaqlarının rəsmiləşdirilməsi prosesi Heydər Əliyevin 1969-cu ilin iyulunda hakimiyyətə gəlişi ilə dayandırıldı. Ali Sovet bu müqavilələri təsdiqləmədi. Heydər Əliyevin hakimiyyətə gəlməsi nəticəsində Ermənistana Azərbaycan torpaqlarının verilməsi prosesi dayandı. Heydər Əliyev Moskvaya getdikdən sonra yenidən torpaqlarımızın Ermənistan verilməsi prosesi başladı. Fikir verin, 1987-ci ildə Siyasi Bürodan təqaüdə göndərildikdən, işdən azad edildikdən sonra 1988-ci ilin yanvarından erməni separatizmi baş qaldırdı. Yəni milli təfəkkürdən uzaq, Azərbaycanın mənafelərinə xidmət etməyən insanlar Azərbayana rəhbərlik edəndə belə proseslər olub. Qazax ərazilərinin Ermənistana verilməsi prosesi də keçən əsrin 80-ci illərinin təxminən ortalarda baş verib. 1984-cü ildə Azərbaycana rəhbərlik edən Kamran Bağırovun yeritdiyi  siyasət bilavasitə təslimçi siyasət idi, milli maraqlarımıza qətiyyən uyğun deyildi"-deyə M.Zülfüqarlı qeyd etdi. 

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

09.07.2025 / 08:35
Borcu qaytara bilməsən, dövlət sənin borcunu bağlayacaq - yeni qanun...

08.07.2025 / 23:15
Fransada Azərbaycan səfirliyinə hücum etmiş radikal ermənilərin cəzası daha da ağırlaşdırıldı

08.07.2025 / 22:34
"ABŞ Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə əldə olunacağına ümid edir" – Rubio

08.07.2025 / 21:15
Fransızlar Makronu vaxtından qabaq yola salmağa hazırlaşır...

08.07.2025 / 20:59
Ermənistan öz ərazisini hansı dövlətlərin sui-istifadəsinə verə bilər?..

08.07.2025 / 20:44
Ukrayna kəşfiyyatı Ermənistanı çətinə saldı - ölkə özünü Azərbaycanın qarşısında təmizə çıxarmağa çalışır...

08.07.2025 / 20:30
ABŞ Zəngəzur dəhlizini nəzarətə götürür - Rusiya ilə geosiyasi mübarizənin nəticəsi...

08.07.2025 / 20:15
Trampın cavab məktubu Gürcüstanla gərginliyi artırdı - Azərbaycana ehtiyac daha da artdı...

08.07.2025 / 20:01
Paşinyan kilsəyə özü rəhbərlik edəcək, iddia açıq deyildi - katolikos əks blok yaradır...

08.07.2025 / 19:46
Rusiya Azərbaycana sanksiyalar hazırlayır? - Aranı gərginləşdirmək istəyənlərin yeni cəhdləri...

08.07.2025 / 19:32
“İsrailin növbəti hədəfi Türkiyə” - ABŞ-dan mesajın ünvanı...

08.07.2025 / 19:17
Xankəndinin tarixində ilk hadisə - heç sovet dövründə də bu yox idi...

08.07.2025 / 19:10
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər və hüquqi varislər ifadə verdi - FOTO

08.07.2025 / 19:03
BRICS Rusiyanın tərəfində Ukrayna müharibəsinə rəsmən qoşuldu...

08.07.2025 / 18:48
Belə müsabiqələr uşaq və gənclərə təsir edir...

08.07.2025 / 18:44
Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşdü

08.07.2025 / 18:35
Şəmkir, Göygöl və Gəncədə abadlıq nümunəsi: Regionların siması yenilənir

08.07.2025 / 18:23
3 bank Maliyyə Nazirliyinin 500 milyon manatını 7,5 faiz əlavəsilə necə qaytaracaq?..

08.07.2025 / 18:10
Azərbaycan kişilərində psixi pozğunluq qadınlardan 3 dəfə çoxdur...

08.07.2025 / 17:57
Erməni iranşünas Pezeşkiana şər atdı - İran susdu...

08.07.2025 / 17:44
Manat kreditləri niyə bu qədər bahalaşır?..

08.07.2025 / 17:34
CHP liderinin toxunulmazlığı ləğv edilə bilər - Türkiyə parlamentinə vəsatət təqdim edildi...

08.07.2025 / 17:15
Qonşu ölkələrdən İrana hücumda istifadə olunmayıb – Pezeşkian İranın Ermənistandakı səfirinin yalanını ifşa etdi

08.07.2025 / 16:56
Azərbaycan və İordaniya arasında fəlakət və böhranların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş təsdiqləndi

08.07.2025 / 16:56
İldırım Vəliyevə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verildi

08.07.2025 / 16:54
Diplomatik xidmət orqanlarının bir qrup əməkdaşına diplomatik rütbələr verildi

08.07.2025 / 16:53
Prezident İlham Əliyev Trampa başsağlığı verdi

08.07.2025 / 16:51
Türkiyənin Antalyada tarixi sualtı kəşfi - eramızdan əvvəl Yunan-Helenistik dövrünün sonları və...

08.07.2025 / 16:26
Tramp Ukrayna siyasətini dəyişir - ABŞ Kiyevə daha çox silah verəcək…

08.07.2025 / 16:07
Xəzər polisi əməliyyat keçirdi - qadın narkotacirin evindən 10 kq narkotik çıxdı...

08.07.2025 / 15:43
“Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib - FOTO/YENİLƏNDİ

08.07.2025 / 15:31
Yol polisi motosiklet sürücülərinin qayda pozuntularına qarşı nəzarəti gücləndirdi

08.07.2025 / 15:30
Ekranda nə var, cəmiyyətdə də o var

08.07.2025 / 15:16
"İrandan nüvə müzakirələrinə qayıtmağı tələb etməyin heç bir mənası yoxdur" – İranlı parlamentaridən ABŞ-a mesaj...

08.07.2025 / 15:03
Mixail Qusman Prezident İlham Əliyevin medianın inkişafındakı rolu ilə bağlı konfransın keçirilməsini təklif etdi

08.07.2025 / 14:22
Xarici media filiallarının Media Reyestrinə daxil edilməsi prosedurları sadələşdirilir

08.07.2025 / 14:08
"Yolumuz Qarabağa” portalından əldə olunan icazənin müddəti 5 günədək artırıldı

08.07.2025 / 13:55
Xaricdən ofis və mənzillərdə videomüşahidə kameralarına müdaxilənin qarşısı alındı - DTX-dən növbəti əməliyyat...

08.07.2025 / 13:23
"Ümummilli Lider Heydər Əliyevin mediaya münasibəti bir nümunədir" - Natiq Məmmədli

08.07.2025 / 13:12
С. Маркедонов, вместо сказок, научитесь смотреть на Россию со стороны! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

08.07.2025 / 12:58
Cəbrayılda narkotik əməliyyatı - İki kiloqam marixuana və tiryək aşkarlandı

08.07.2025 / 12:46
Qanuna dəyişiklik edildi - polis əməkdaşlarının sosial müdafiəsi gücləndirilir

08.07.2025 / 12:34
"Azərbaycanda demokratik mətbuatın sürətli inkişafının təmin edilməsi Ümummilli Liderin adı ilə birbaşa bağlıdır" - Əhməd İsmayılov

08.07.2025 / 12:18
"Yaranmış vəziyyətdən siyasi xal qazanmağa çalışanlar var" - rusiyalı deputat

08.07.2025 / 12:11
"Azərbaycanın lider mövqeyinin güclənməsi medianın gündəmini də zənginləşdirir"

08.07.2025 / 12:05
ABŞ-da təyyarə qəzası olub - 4 nəfər həlak olub

08.07.2025 / 12:00
Dağıstanda 100-dən çox şəxs sudan zəhərlənib

08.07.2025 / 11:40
Tanınmış iş adamının oğlu faciəvi şəkildə ölüb

08.07.2025 / 11:21
Türkiyədən Fransaya ETİRAZ - ölkədaxili hüququmuza hörmətlə yanaş"

08.07.2025 / 11:15
Milli Məclis iclas keçirir - 15 məsələ müzakirə olunur

08.07.2025 / 11:05
Zəngilanda 1 tona yaxın çətənə bitkisi məhv edilib - polis açıqlama yaydı

08.07.2025 / 11:04
Rusiya Azərbaycandan qisas almağa hazırlaşır. Amma nəyin? - CANLI

08.07.2025 / 11:02
Bu axşam “Çelsi” - “Fluminense” görüşü olacaq

08.07.2025 / 10:30
Dünya bazarında qızıl və gümüş bahalaşıb

08.07.2025 / 10:22
Vaqif Poeziya Günləri yenidən poeziya sevərləri bir araya gətirir!

08.07.2025 / 10:17
Kəlbəcərdə “UAZ” aşıb, iki nəfər xəsarət alıb

08.07.2025 / 10:12
Tramp Nobel Sülh Mükafatına namizəd oldu

08.07.2025 / 10:10
Dəmiryolçular İtaliyada tətilə başlayıb

08.07.2025 / 10:04
Biləsuvar sakininin maşınından 2 kiloqram narkotika tapıldı

08.07.2025 / 10:01
"Kilsəni əxlaqsızlardan şəsxən özüm azad edəcəm" - Paşinyandan səs-küylü açıqlama

08.07.2025 / 09:35
Pentaqon təsdiqlədi - Ukraynaya əlavə müdafiə silahları göndəriləcək

08.07.2025 / 09:25
Lənkəranda sürücü yol qəzasında ölüb

08.07.2025 / 09:20
"Mərkəzi Avropa ölkələri bizim etibarlı tərəfdaşlarımızdır" - Hikmət Hacıyev

08.07.2025 / 09:20
Rusiyada işdən çıxarıldıqdan saatlar sonra meyiti tapılan nazirin ölümü ilə bağlı müəmmalar artır...

08.07.2025 / 09:12
Texasdakı daşqın qurbanlarının sayı 100 nəfəri ötüb

08.07.2025 / 09:06
Məşhur qapıçı daha 2 il "Barselona"da

08.07.2025 / 09:00
Tramp 14 ölkəni hədələdi - avqustun 1-dən ticarət tarifləri artırılır...

08.07.2025 / 08:56
ADY qatarları yay qrafikinə keçir- açıqlandı

08.07.2025 / 08:37
Bəzi məktəblərdə attestat qiymətləri üstündə alver qızışır...

07.07.2025 / 23:45
Qazaxıstan öz neftini Azərbaycan üzərindən ixrac edə bilər - Bakı-Supsa kəməri...

07.07.2025 / 23:29
Ermənistan parlamenti Ohanyanın deputat toxunulmazlığını ləğv etdi

07.07.2025 / 22:31
"Nəticə budur - faktlar bir-bir artır..." - Aydın Quliyev yazır

07.07.2025 / 21:29
Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verdi - FOTO

07.07.2025 / 21:18
Rusiyada Azərbaycan diaspor rəhbərlərinin “ovuna çıxıblar”... Faktlar çoxalır...

07.07.2025 / 21:03
Quba-Xaçmaz bölgə sakinləri "fındıq elanlarından" qəzəbləniblər...

07.07.2025 / 20:48
Zəngəzur dəhlizi ABŞ və Rusiyanı üz-üzə qoyub...

07.07.2025 / 20:34
Ermənistan konstitusiyanı dəyişməkdən birdəfəlik imtina etdi, lakin Bakının tələbini icra edəcək...

07.07.2025 / 20:19
Neft bazarında vəziyyət qarışır, Azərbaycan preventiv tədbirlər görməyə məcburdur

07.07.2025 / 20:05
Xəzərdə Özbəkistanın öz “paromları” işləyəcək - Azərbaycanın “70 faiz güzəşt”i böyük iş görür...

07.07.2025 / 19:50
ECO-nun Qarabağ sammiti Əfqanıstandan Rusiyaya “yol açdı”...

07.07.2025 / 19:36
Rusiya Ukraynada kimyəvi silah tətbiq etdi - ağır ittiham, dünya şokda...

Belə müsabiqələr uşaq və gənclərə təsir edir...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910