Brüssel Putinə görə, Aİ-yə sədrlik edən Macarıstana savaş açdı - Avroittifaq tarixində görünməmiş hadisə...
Avropa İttifaqı (Aİ) Komissiyası tarixində ilk dəfə olaraq üzv ölkəni boykot etmək qərarına gəlib. AB Komissiyasının sədri Ursula fon der Leyen bundan sonra komissiya üzvlərinin iyulun 1-dən birliyə sədrlik edən Macarıstandakı iclaslara qatılmayacağını açıqlayıb.
Brüsseldəki mənbələrin bildirdiyinə görə, bu qərar hazırda Aİ-yə sədrlik edən Macarıstanın baş naziri Viktor Orbanın özünü “sülh missiyası” elan edərək Moskva və Pekinə səfərlərinə görə qəbul edilib.
Rusiya ilə əlaqələr və Ukraynaya dəstək başda olmaqla bir çox mövzuda Brüssel rəhbərliyi ilə fikir ayrılığı yaşayan Macarıstan, Aİ sədrliyinin ikinci həftəsində birlik rəhbərliyi ilə üz-üzə gəlib.
Leyen, 2025-ci il yanvarın 1-ə kimi birliyə sədrlik edəcək Macarıstandakı iclaslara bir daha nazir göndərməyəcəklərini açıqlayıb.
Onun sözlərinə görə, boykot qərarı çərçivəsində Aİ Komissiyasının Budapeştə müntəzəm işgüzar səfəri də ləğv edilib. Baxmayaraq ki, komissiyanın bütün üzvləri ənənəvi olaraq sədrlik səlahiyyətlərini icra edən hər bir ölkəyə rəsmi səfər edirlər. Acaq Macarıstana belə səfərlər ləğv edilib.
Bundan başqa, Avropa Parlamenti Aİ-nin yeni prezidenti Orbanın Baş Assambleyadakı növbəti çıxışını da ləğv edib. Bu, Aİ tarixində bir ilkdir. Əvvəllər heç bir sədr ölkəyə qarşı belə sanksiya tətbiq etməyib.
Qeyd edək ki, Orban Aİ-yə sədrlik edəndən sonra gözlənilmədən Ukraynaya səfər edib, ardınca isə Rusiyaya gedib. Orbanın Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşü Ukraynaya müdaxilədən sonra Moskva ilə əlaqələri dayandıran Aİ ölkələrinin və Brüssel administrasiyasının sərt reaksiyalarına səbəb olub.
TAHİR