Zelenski Rusiyanın da ikinci sülh sammitinə dəvət olunmasını istəyir - noyabrda planımız hazır olacaq...
Ukrayna prezidenti Zelenski bildirib ki, növbəti sülh sammitində Rusiya da təmsil olunmalıdır.
Zelenskinin deyib ki, növbəti sülh sammitinin planı noyabr üçün hazır olmalıdır və bu məqsədlə Ukraynanın “sülh formulu”nun bəndlərinin müzakirəsinə həsr olunacaq üç görüşün keçirilməsi planlaşdırılıb. Onun sözlərinə görə, ilk görüş enerji təhlükəsizliyinə həsr olunacaq və o, iyulun sonu və ya avqustun əvvəlində Qətərdə baş tutacaq. Həmçinin avqustda Türkiyədə görüş keçiriləcək və orada naviqasiya və ərzaq təhlükəsizliyi məsələləri müzakirə olunacaq. Sentyabrda isə Kanadada danışıqlar baş tutacaq, orada girovların dəyişdirilməsi və ukraynalı uşaqlarının geri qaytarılması mövzusu müzakirə ediləcək.
Zelenski bildirib ki, sözügedən üç bəndi müzakirə etdikdən sonra, əgər bu işləsə, sülh formulunun bütün bəndlərinin həyata keçirilməsi planı hazır olacaq.
"Bu 3 bənddən sonra əgər uğurlu olarsa, bütün bəndlərin həyata keçirilməsi planı tam hazır olacaq. Qarşıma məqsəd qoymuşam ki, noyabrda hazırlanmış bir planımız olacaq" deyən Zelenski bildirib ki, sözügedən plan İkinci Sülh sammiti üçün hazır olacaq və Rusiya nümayəndələri də bu sammitdə iştirak etməlidir.
TAHİR