32 il əvvəl itkin düşən şəxsin nəşinin qalıqları Ağdamda dəfn edildi
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Mirzəyev Məmməd Hüseyn oğlunun meyitinin qalıqları Ağdam rayonunda dəfn edilib.
Quzanlı qəsəbəsində Ağdam Dram Teatrının qarşısında rayon sakinlərinin, şəhidin ailə üzvlərinin, Ağdam Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşlarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə vida mərasimi keçirilib.
Vida mərasimindən sonra şəhid Quzanlı qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib, ruhuna dualar oxunub.
Qeyd edək ki, Məmməd Mirzəyev 1967-ci ildə Ağdam rayonunun Güllücə kəndində anadan olub. O, 1992-cü il fevralın 17-də Xocavəndin Qaradağlı kəndi işğal olunan zaman itkin düşüb.
Şəhidin meyitinin qalıqları Vətən müharibəsindən sonra Qaradağlı kəndi ərazisində aşkar edilib.
ZÜMRÜD