“Trampa sui-qəsd Baydenin təhriki ilə baş verib” - Senatordan şok sözlər...
ABŞ-ın keçmiş prezidenti və prezidentliyə namizəd Donald Trampa qarşı sui-qəsdin əks-sədaları davam edir. Vitse-prezidentliyə namizəd, Ohayo ştatından senator J.D.Vans sui-qəsd cəhdinə görə, birbaşa prezident Co Baydeni günahlandırıb.
“Baydenin ritorikalarının birbaşa olaraq Prezident Trampın sui-qəsd cəhdinə səbəb oldu", - deyə Vance sosial şəbəkə paylaşımında bildirib.
Corciya ştatından olan mühafizəkar qanad nümayəndəsi Mayk Kollinz də sui-qəsd sifarişinin birbaşa Baydendən gəldiyini iddia edib. "Əmri birbaşa Co Bayden göndərdi" deyə konqresmen tvitində bildirib.
Kollinz dairə prokurorunu Baydenə qarşı sui-qəsdə təhrik ittihamı ilə dərhal dava açmağa çağırıb.
TAHİR