Trampa atəş açan silahlı şəxs öldürüldü - 17 nəfərin saxlandığı xəbəri yayıldı...
Xəbər verildiyi kimi, ABŞ-ın keçmiş prezidenti və prezidentliyə namizəd Donald Trampa Pensilvaniyada mitinq zamanı sui-qəsd edilib. Hücumdan sonra Trampın başından yaralandığı, üzündə qanlar olduğu görülür.
Tramp hücumdan dərhal sonra ABŞ məxfi xidmətinin əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıb. "Vaşinqton Post" qəzeti yazır ki, silahlı hücum zamanı bir mitinq iştirakçısı ölüb. Qeyd edilir ki, hücumu reallaşdıran silahlı şəxs hadisə yerində öldürülüb.
Bəzi məlumatlara görə, hadisə ilə bağlı 17 nəfər saxlanılıb. Bildirilir ki, hücum edənlər mətbuat kartı ilə mitinq bölgəsinə daxil olublar.
TAHİR