Bazar günü, 13 iyul 2025
     

Ermənilərin ABŞ-da pulyığma marafonu tam iflas etdi - "pul İrəvanda yeyilir"

Image

Mübariz Göyüşlü: "ABŞ-dakı erməni diasporu çox yaxşı bilir ki, artıq bu məsələ bitib, hansısa "Arsax" yoxdur, yığılan iaənələr də mənimsənilir"

30 ildən çoxdur ki, Ermənistan dünyadan pul dilənir və yığdığı ianələr hesabına birtəhər özünü ayaqda saxlamaq istəyir. İndiyə qədər erməni diasporu, lobbisi müxtəlif adlar altında ianələr toplayıblar.   

"Ermənistanın səsi" yazır ki, dünya ermənilərinin topladığı yüz milyonlarla dollar mənimsənilib. Qeyd edilir ki, noyabrın 23-də keçirilən  "Hayastan" Fondunun 26-cı illik telemarafonu xoşagəlməz  təəssürat yaradıb (təbii, onlar üçün xoş olmayan təəssürat-İ.S). Qeyd edilir ki, təşkilatçılar bir gün əvvəl tədbirin formatında hansısa dəyişiklikdən danışmışdılar: "Lakin bu, gördüklərimizi nəzərdə tutursa, heç nəyi dəyişməmək daha yaxşı olardı.

Efir müddətində (Paşinyandan əvvəlki 12 saat əvəzinə - 3 saat) darıxdırıcı aparıcılar, "məşhurların", "sürünən xətt"in olmaması ilə ifadə olunan tamamilə minimalist üslub diqqəti çəkdi. Real rejimdə ianələrin Los-Ancelesdən televiziya studiyasına müntəzəm daxil edilməsi (burada telemarafon Ermənistanda yayımın bitməsindən bir saat sonra başlayıb və 6 saat davam edib). Aydındır ki, vacib bir məsələnin belə təşkili ilə görünməmiş miqdarda pul yığımına ümid etmək son dərəcə sadəlövhlük olardı (24 noyabr saat 15:30-a olan məlumata görə, fondun saytında telemarafonun yekun nəticələri hələ də yox idi)...Ən acınacaqlısı isə odur ki, 2020-ci il müharibəsində biabırçı məğlubiyyət nəticəsində bütün dünya erməni icmasının dörddə bir əsrdən artıq müddətdə topladığı yüz milyonlarla ABŞ dolları hədər getdi və bu fəlakətin səbəbkarı hələ də hazırkı baş nazir Paşinyandır. İndi fond "Artsax"dan olan qaçqınlara yardım proqramlarını daraltmağa, həmçinin festivalları maliyyələşdirməyə məcburdur…"

"Ermənistanın səsi"nin yazdığından aydın olur ki, indiyə qədər Qarabağa "yardım" adı altında xaricdən gələn pulları Ermənistan hökuməti mənimsəyib. Qeyd edilir ki, Paşinyan hakimiyyətə gəlməzdən əvvəl, 2017-ci ildə telemarafonda 12,5 milyon dollardan çox vəsait toplanmışdı, bu vəsait günəş enerjisinin inkişafına, dərin quyuların qazılmasına və yeni suvarma şəbəkəsinin tikintisinə xərclənmişdi. 2016-cı ildə 15,4 milyon dollardan çox vəsait toplanıb ki, bu da "Dağlıq Qarabağın" "zərər çəkmiş ərazilərinin bərpasına, onun sakinlərinin təhlükəsizliyinin təmin edilməsinə və çoxuşaqlı ailələr üçün evlərin tikintisinə sərf olunub". "Bu baxımdan 1996-cı il telemarafonunu da xatırlayırıq ki, o zaman amerikalı həmyerlimiz Kirk Krokryan tərəfindən toplanmış, demək olar ki, 5,6 milyon dollar ikiqat artırılmışdı. 2018-ci ilin noyabrında Ermənistanda hakimiyyət dəyişikliyindən sonra 11,1 milyon dollardan çox, 2019-cu ildə isə 10 milyon dollardan çox pul yığılıb. Yığımlarda mənfi dinamika müşahidə olunmağa başlayıb, müharibədən sonra isə milyonlarla ianə (ABŞ dolları ilə) tamamilə yoxa çıxıb. Düzdür, 2020-ci ildə müharibədən sonrakı vəziyyətdə telemarafonda məlum səbəblərə görə, demək olar ki, 23 milyon dollar toplamışdı, lakin növbəti il bu rəqəm 12,35 milyon dollara, sonra 2022-ci ildə 11 milyon dollara düşüb və ən böyük məbləğ 2008-ci ildə toplanıb-31 milyon dollar…"

Onlar bu vəsaitin "Arsax" "qaçqınlarına" "yardım" üçün toplandığını deyirlər.  

Qeyd edilir ki, Ermənistan və diaspor arasında artıq problem mövcuddur. Bildirilir ki, bundan əlavə, potensial donorların əhval-ruhiyyəsinə 2020-ci il müharibəsi zamanı Hayastan Fondu tərəfindən toplanan 52 milyard dramdan (107 milyon dollar) çox pulun hökumətə köçürülməsinin qaranlıq hekayəsi də təsir edib, bundan sonra bəzi üzvlərin tənqidi oldu. Fondun Himayəçilər Şurasının maliyyə resurslarından sui-istifadə etdiyinə görə Ermənistanın o zamankı prezidenti, sözügedən şuranın rəhbəri Armen Sarkisyan yoxlama tələb edib. Onu da qeyd edək ki, eyni zamanda müxalifət deputatlarının təşəbbüsü ilə iki ildir fəaliyyət göstərməyən müvəqqəti parlament komissiyası yaradılıb və onun gəldiyi nəticə məlum deyil. "Hayastan" ümumerməni fondunun icraçı direktoru Haykak Arşamyanın Ermənistan İctimai Televiziyasının 1-ci kanalına müsahibəsində bildirdiyinə görə, fonda qarşı nüfuzdansalma kampaniyası aparılır. "Hazırkı telemarafon zamanı lakonik müsahibəsində Haykak Arşamyan təbəssümlə bu mövzunun uzun müddət müzakirə mövzusu olacağını bildirib və Ermənistanın Hesablama Palatası 8 ay ərzində bu məsələni araşdırdıqdan sonra bu qənaətə gəldiyini bildirib. Bu vəsaitlər nizamnamə fonduna uyğun olaraq məqsədyönlü şəkildə istifadə olunduğuna görə indi onlar fondun balansından bütövlükdə silinə bilər. Buna kim şübhə edər ki..."-deyə erməni nəşri yazır.

"Onların pulyığma marafonu daha özünü doğrulda bilməz" 

Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü "Bakı-Xəbər"ə şərhində bildirdi ki, uzun illərdir Ermənistan hökuməti xarici diaspor təşkilatlarının topladığı ianələri mənimsəyir. "Bu gün ABŞ-da ermənilərin pulyığma marafonunun iflasa uğraması təsadüfi deyil və artıq pul ödəyənlər o pulun mənimsənildiyini bilirlər. Ermənilərin Qarabağla bağlı həyata keçirmək istədiyi bütün planlar iflasa uğrayıb, iflasa uğrmaqda da davam edir. O cümlədən də onların pulyığma marafonu daha özünü doğrulda bilməz. Əvvəllər qondarma "Arsax"a "yardım", "infrastrukturun qurulması", "təmir-tikinti" adı ilə pul yığırdılar. Üstəlik də, bu prosesdə xeyli pul mənimsəyirdilər. Artıq "Arsax" da, başqa şeylər də tarixin zibilliyinə gedib, Azərbaycan problemi həll edib, ərazi bütövlüyünü təmin edib. Erməni mediasının yaydığı statistikaya baxdıqda görürük ki, nə qədər böyük pullar yığılıb, ən böyük ianə isə 2008-ci ildə yayılıb. 44 günlük müharibə zamanı da böyük vəsait toplanıbmış və sonradan görüblər ki, vəsait ünvanına çatmır, bu səbəbdən indi xaricdəki ermənilər ianə marafonuna elə də can  yandırmır. ABŞ-dakı erməni diasporu çox yaxşı bilir ki, artıq bu məsələ bitib, hansısa "Arsax" yoxdur, yığılan iaənələr də mənimsənilir, ona görə də geri çəkilir. Azərbaycan bu problemi artıq həll edib və Hayastan Fondunun da əvvəlki donorları daha ona dəstək vermirlər. Paşinyanın ziddiyyətli mövqeyi də fondun gələcəyini şübhə altına alır. Onlar Paşinyının fəaliyyətindən narazılıq edir"-deyə M.Göyüşlü qeyd etdi.

O bildirdi ki, Hayastan indi də ianəni Qarabağdan könüllü köçən və hazırda Ermənistanda məskunlaşan ermənilər üçün yığır, guya onlar "qaçqın" düşüblər. Bu mövzu artıq bitib və Ermənistan cəmiyyətinin bu mövzu ilə artıq manipulyasiya edilməsinə ehtiyac olmadığını deyən M.Göyüşlü "hesab edirəm ki, Hayastan fondunun xarici donorları artıq reallığı dərk edirlər, bilirlər ki, məsələ həll olunub,  ianələri Paşinyan hökumətinə qismət olacaq. Onlar artıq ianə etməkdən imtina edəcəklər"-deyə vurğuladı.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

12.07.2025 / 21:17
Vüqar Rəhimzadə: “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” Azərbaycanın bəşəriyyətə bəxş etdiyi irs nümunəsidir

12.07.2025 / 21:09
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub...

12.07.2025 / 21:03
Azərbaycanın iki naziri adından saxta xəbər yayıldı - MEDİA Agentliyi xəbərdarlıq etdi...

12.07.2025 / 20:28
Putini Ukraynada dayandıra bilməyən Tramp hərəkətə keçdi – öncə silah yardımı, ardınca... "yaxında nəsə baş verəcək”...

12.07.2025 / 20:03
Rusiyanın yeganə təyyarədaşıyan gəmisini doğrayıb "metallom" edəcəklər

12.07.2025 / 19:20
Ailə sədaqətini və qonşuluq münasibətlərini insan canavardan öyrənməlidir

12.07.2025 / 17:10
Yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracına başlanacaq...

12.07.2025 / 16:21
"Suriya Azərbaycanla bir sıra sahələrdə əməkdaşlıqda maraqlıdır" - Əhməd Əl Şaraa

12.07.2025 / 16:18
Əhməd Əl Şaraa Prezident İlham Əliyevə təşəkkür etdi

12.07.2025 / 16:15
"Suriyada yeni hakimiyyətin qurulmasından sonra əlaqələrimizin inkişafı üçün böyük perspektivlər açılıb" - Prezident İlham Əliyev

12.07.2025 / 16:11
Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub - YENİLƏNİB

12.07.2025 / 15:34
UNESCO ermənilərin saxta “Urartu tarixini” rəsmiləşdirdi... Tarixə həqarət...

12.07.2025 / 15:21
Azərbaycanla gərgin günlərdə rus icması Rusiyanı müdafiə etməli idi? - Primakov "duzsuz" danışdı...

12.07.2025 / 14:30
SOCAR-la Suriya Hökuməti arasında Anlaşma Memorandumu imzalandı - FOTO

12.07.2025 / 13:48
Erməni işgəncəsi qurbanlarının məhkəmə ifadələri əsasında kino çəkiləcək(?)..

12.07.2025 / 13:38
Sonsuzluğa "çarə tapan" dələduzlar peyda olub...

12.07.2025 / 13:31
Rusiya xarici siyasi təsir aləti kimi mediadan fəal istifadə edir - Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət etdi

12.07.2025 / 13:28
Əhməd əl-Şaraa Azərbaycana gəldi – Suriya ilə münasibətlərdə yeni dövr başlayır

12.07.2025 / 12:07
DÇ-2030-un finalı bu stadionda keçiriləcək - AÇIQLANDI

12.07.2025 / 11:10
Ərdoğandan qərar - bu xanımı vəzifəyə təyin etdi

12.07.2025 / 11:02
Tramp ŞOKDA - ABŞ məhkəməsi Prezidentin fərmanını blokladı!

12.07.2025 / 10:54
Narkotik vasitələr becərən Qəbələ sakini yaxalanıb

12.07.2025 / 10:00
Mingəçevirin bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

12.07.2025 / 09:12
"Feyk xəbər" yayanları ciddi cəza gözləyir

12.07.2025 / 09:03
Ölkəmizə "cəhənnəm istilər" gəlir...

12.07.2025 / 08:44
Sertifikasiyadan sonra indi də müəllimlərin dərs yükü problemə çevrilib...

12.07.2025 / 01:05
Azərbaycandan tarixi uğur - 40 gündə 6 seçkidə qalib gəldik...

11.07.2025 / 21:43
Erməni işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdi – MƏHKƏMƏ+ FOTO

11.07.2025 / 21:30
Rusiya XİN Azərbaycanda rus dilinin vəziyyətini(?) araşdırır...

11.07.2025 / 21:15
Antiterrordan Əbu-Dabiyədək - Əliyevin təşəbbüsləri aparıcıdır...

11.07.2025 / 21:01
Priqojin 2 azərbaycanlını “Vaqner”ə hansı ölkənin həbsxanasında cəlb edib?..

11.07.2025 / 20:46
Bakı-İrəvan sazişi bu ilin sonunda imzalana bilər...

11.07.2025 / 20:31
Zəngəzur dəhlizi açılır - Əbu-Dabi çox şeyi dəyişdi...

11.07.2025 / 20:16
Əliyev-Paşinyan görüşünə Rusiyadan ikibaşlı rəylər gəlir...

11.07.2025 / 20:02
Dövlətdən böyük vəsait ayrılır, ipəkçilik yenə də çökür...

11.07.2025 / 19:47
Azərbaycanın və Türkiyənin qəvi düşməninin axırına Ermənistan özü çıxır…

11.07.2025 / 19:30
Professor Məhərrəm Qasımlı Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

11.07.2025 / 19:17
Birləşmiş Kreml-İrəvan qüvvələri başladı - “Əbu-Dabi görüşünü ABŞ təşkil edib”...

11.07.2025 / 19:05
Sabir Zeynalov Açıq Çelenc Turnirində gümüş medal qazanıb

11.07.2025 / 19:03
Üç nəfər xaricində PKK terror təşkilatı bağışlandı - Murat Karayılan, Cəmil Bayık və...

11.07.2025 / 18:57
İranın diplomatik ikiüzlülüyü

11.07.2025 / 18:47
Hökumət mollası türk dilini "cəhənnəm dili" adlandırdı...

11.07.2025 / 18:42
Bahar Muradova Balakən rayonunda vətəndaşları qəbul edib

11.07.2025 / 18:33
Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

11.07.2025 / 18:23
İqtisadi Şuranın iclası keçirildi - 2026-cı il büdcə layihəsinə dair müzakirə aparıldı

11.07.2025 / 18:19
Təhsil Nazirliyi “qanunsuz” azad edir, məhkəmələr bərpa edir...

11.07.2025 / 18:06
Əliyev-Paşinyan razılaşmasının ardınca Rusiya hərəkətə keçdi...

11.07.2025 / 17:52
Vətəndaş Cəmiyyəti Təşkilatlarının BMT-də rolu – BAMF-dan növbəti təlim

11.07.2025 / 17:47
Azərbaycandan Almaniyaya daha çox pul axmağa başlayıb - əvvəl tərsinə idi, nə olub?

11.07.2025 / 17:44
TƏBİB-in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair növbəti geniştərkibli müşavirə keçirilib

11.07.2025 / 17:25
Tramp Ukraynaya göndərəcəyi silahların pulunu NATO-dan alacaq - Biz silahları onlara verəcəyik, onlar da Ukraynaya...

11.07.2025 / 17:12
Sabunçuda əməliyyat - Emin Səmədov 10 kq narkotiklə tutuldu...

11.07.2025 / 16:59
Dünya Çərkəz Birliyi çərkəz xalqının geridönüş haqqının tanınmasını tələb edir

11.07.2025 / 16:40
PKK-nın tərksilah edilməsilə bağlı ilk addım Süleymaniyyədə atıldı - Rəsmi Ankaradan ilk reaksiya...

11.07.2025 / 16:37
FHN-in əməkdaşı Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçildi

11.07.2025 / 16:28
Beynəlxalq səyyahlar Laçında... - YENİLƏNDİ

11.07.2025 / 15:57
Ürəyi Vətənlə döyünən qəhrəman Elnur...

11.07.2025 / 15:30
bp-nin Azərbaycan milli mətbuatının 150 illiyinə töhfəsi...

11.07.2025 / 15:29
Dəniz kənarında ekoloji çirklənməyə yol verən şəxslərə qarşı polis nəzarəti daha da gücləndirilib

11.07.2025 / 15:14
"Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı" - Xocalı soyqırımı zamanı körpə övladları ilə girov götürülmüş qadın

11.07.2025 / 15:10
Bakıda “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzusunda Forum keçirilib - FOTO

11.07.2025 / 14:51
Azərbaycanın daha iki abidəsi UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi

11.07.2025 / 14:26
16 milyon manata yaxın borcu olan şirkətin əmlakı satışa çıxarıldı

11.07.2025 / 14:12
Ağdamda tikinti aparılan ərazidə insan sümüyü aşkarlandı

11.07.2025 / 13:55
Türk Rivierasında heyranedici mənzərələrlə dolu unudulmaz səyahət

11.07.2025 / 13:47
Paşinyan İrəvanı revanşistlərdən “təmizləyir”..

11.07.2025 / 13:24
“Konstitusiya və Suverenlik İli” çərçivəsində BDU-nun 2 tələbəsinə Ombudsmanın xüsusi təqaüdü veriləcək

11.07.2025 / 13:21
Prezident İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib

11.07.2025 / 13:19
BDU-da “Birincilik” təqaüdü təsis edildi

11.07.2025 / 13:12
Страшный сон профессора Хачикяна - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.07.2025 / 13:11
Almaniyada yaşayan ixtiraçı həmyerlimiz "Bakı Xəbər"ə müraciət etdi

11.07.2025 / 13:09
“Sənət və duyğu harmoniyasının təbliği” layihəsi uşaqların psixoloji rifahına töhfə verir

11.07.2025 / 12:53
"Medianın işində ciddi keyfiyyət dəyişikliyi özünü göstərməkdədir" - Əhməd İsmayılov

11.07.2025 / 12:35
Rusiya Ukrayna müharibəsilə bağlı ABŞ-a yeni təkliflər verdi - Lavrovla görüşən Rubio detalları açıqlamadı...

11.07.2025 / 12:07
"Milli mətbuatımızın hazırkı estafetini yeni gənc nəsil qəbul etməlidir" - Əhməd İsmayılov

11.07.2025 / 11:55
“Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyaları birləşdirildi

11.07.2025 / 11:50
“Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi yaradıldı - FƏRMAN

11.07.2025 / 11:42
Prezident bələdiyyələrin vahid informasiya sisteminin yaradılmasını təsdiqlədi

11.07.2025 / 11:35
Yaşayış minimumu haqqında qanunda dəyişiklik edildi

11.07.2025 / 11:33
“Bakinski raboçi” və “Xalq” qəzetinin redaksiyalarının MMC-ləri yaradıldı - FƏRMAN

11.07.2025 / 11:31
Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsinə vəsait ayrıldı - SƏRƏNCAM

Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910