"Zəngəzur dəhlizinin açılması Azərbaycan-Ermənistan sülh sazişini tamamlayacaq" - Ərdoğan
Ümid edirik ki, Azərbaycan və Ermənistan arasında tezliklə daimi sülh əldə olunacaq. Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Ümid edirik ki, Azərbaycan və Ermənistan arasında tezliklə daimi sülh əldə olunacaq. Türkiyə olaraq sülhün əldə olunmasını ürəkdən dəstəkləyirik. Zəngəzur dəhlizinin açılması bu sülh sazişini taclandıracaq və tamamlayacaq addımdır. Bu addımlar Azərbaycanın, Ermənistanın, Türkiyənin və regionun digər ölkələrinin rifahına və sülhünə müsbət töhfə verəcək", - deyə Türkiyə dövlət başçısı bildirib.