Bazar ertəsi günü, 14 iyul 2025
     

Bahalaşmadan sonra ictimai nəqliyyat daha bərbad vəziyyətə düşüb...

Image

İlqar Hüseynli: "İctimai nəqliyyat sahəsində keyfiyyətli xidmətin əldə olunması, keyfiyyətli xidmət göstərilməsi mümkünsüz hala çevrilib"

Bakıda ictimai nəqliyyat sahəsinin elə də ürəkaçan vəziyyətdə olmadığı məlumdur. Paytaxtın avtobus parkı bir neçə il əvvəl yenilənsə də, köhnə avtobuslar yeni nəqliyyat vasitələri ilə əvəzlənsə də, yenə də vəziyyət düzəlmək bilmir ki, bilmir. 

Bu gün müşahidə etdiyimiz odur ki, ictimai nəqliyyat bərbad vəziyyətdədir, bu sistem heç cür düzələ bilmir. Bu gün paytaxtda ictimai nəqliyyat (söhbət avtobuslardan gedir) sahəsi özəl şirkətlərin əlindədir. Yəni paytaxtda ictimai nəqliyyatın 80%-ni (avtobuslarla müntəzəm sərnişindaşıma) özəl daşıyıcı şirkətlər icra edir. 

Hər zaman daşıma şirkətləri narazılıq edirdilər ki, sərnişindaşımada qiymət çox aşağıdır və Tarif Şurası qiymət artımına getməlidir. Daşıma şirkətlərinin əsas məqsədi xidmətin səviyyəsini yaxşılaşdırmaq yox, daha çox gəlir əldə etmək olub ki, buna   qiymət artımı ilə nail oldular. Bakı şəhərində və paytaxt ətrafında müntəzəm sərnişindaşıma xidməti göstərən özəl daşıyıcı şirkətlər Tarif Şurasına ünvanladıqları müraciətə xeyirlərinə cavab aldıqdan sonra da xidmətin səviyyəsi barədə qətiyyən düşünmək istəmirlər. Bir sözlə, avtobuslarda gediş haqqı qalxsa da, xidmət yenə də yarıtmaz vəziyyətdədir. Yenə də gecikmələr baş verir, avtobuslar arasında bəzən interval 40 dəqiqəyə qədər olur. Yenə də  camaat yollardadır, yenə də sərnişinlər narazıdır. Avtobusların sayını daşıma şirkətləri kəskin şəkildə azaldıb, bu da sərnişin sıxlığına səbəb olur. XXI əsrdə, inkişaf etmiş bir ölkənin paytaxtında daşıma şirkətləri sərnişinlərə hərtərəfli zülm edir desək, yanılmarıq. Avtobusların salonlarında dəhşətli dərəcədə sərnişin sıxlığı olur. Avtobus sürücüləri də "xoşunuz gəlmir minməyin, boş avtobus gələndə minərsiniz" deyirlər. 

Çox təəssüf ki, qiymət artımı keyfiyyətli xidmətə gətirib çıxarmadı. Sərnişinlər narazıdır, sahibkarlar bildiklərini edirlər. Qiyməti artırdılar, Tarif Şurasını bezar edib istədiklərini əldə etdilər, indi də xidmət səviyyəsini bərbad durumdan çıxarsınlar. Bahalaşmadan sonra ictimai nəqliyyat daha bərbad vəziyyətdə düşüb. Niyə qiymət artımı keyfiyyət artımına səbəb olmur? Niyə yaxsi xidmət göstərilmir?

"Qiymət artımı şəhərin ictimai nəqliyyat xidməti sektorunda hansısa irəliləyişə gətirib çıxarmayıb"

 Sosial-iqtisadi sahə üzrə ekspert İlqar Hüseynli "Bakı-Xəbər"ə bildirdi ki, narazılığın kökünü kəsmək üçün ictimai nəqliyyat xidmətini həyata keçirən şirkətlərin üzərinə böyük işlər düşür: "Əvvəla, sərnişindaşıma şirkətləri  xəttə buraxdıqları nəqliyyat vasitələrinin sayını artırmalıdırlar ki, bu gecikmələr və interval problemi aradan qalxsın. İkincisi, texniki cəhətdən istismara yararlı olmayan, soyutma və istilik sistemlərində problemlər olan, əlillər üçün pantus sisteminə malik olmayan köhnə avtobusları sıradan çıxarmalı və parkları yeniləməlidirlər. Şirkətlər bu problemləri həll etməlidir ki, keyfiyyətdə dəyişiklik baş versin. Üçüncü bir faktor da var. Bakı şəhərində mövcud tıxaclar aradan qalxmırsa, tıxac daimi "həyat ritminə" çevrilirsə, vaxtında keyfiyyətli xidmət almaqla bağlı düşünməyimiz üçün çox tezdir. Ümuniyyətlə, ictimai nəqliyyat sahəsində keyfiyyətli xidmətin əldə olunması, keyfiyyətli xidmət göstərilməsi mümkünsüz hala çevrilib. İstər metroda, istərsə də avtobuslarda ciddi sıxlıq müşahidə olunur".

İ.Hüseynli qeyd etdi ki, gediş haqlarının artırılması bu sahədə keyfiyyətli xidmətin təmin olunmasına gətirib çıxarmadı. "Qiymətlərin artırılması yalnız sərnişindaşıma şirkətlərinin maddi durumunun yaxşılaşmasına, əlavə daha çox qazanc əldə etməsinə xidmət etməkdən başqa bir məsələ deyil. Qiymət artımı şəhərin ictimai nəqliyyat xidməti sektorunda hansısa bir irəliləyişə gətirib çıxarmayıb"-deyə müsahibimiz bildirdi.

Gördüyümüz kimi, ekspert vurğuladı ki, qiymət artımı yalnız sərnişindaşıma ilə məşğul olan özəl şirkətlərin xeyrinədir, bunun ictimai nəqliyyat sektorunda keyfiyyətli xidmətin təmin olunmasına xeyri yoxdur. Bu halda, hər şey qalır daşıma şirkətlərinin vicdanına. Ümid etmək istəyirik, aidiyyəti dövlət qurumları da, ictimai nəqliyyatla məşğul olan özəl şirkətlərin fəaliyyətinə nəzarət edən təsisatlar da bu şirkətlərin üzərinə götürdüyü vəzifəni və məsuliyyəti onların yadına salmalıdır ki, pul qazanırsansa, onun müqabilində xidmətin keyfiyyətini də artırmalısan. Dövlət paytaxtın ictimai nəqliyyat sisteminin böhrandan və bədbad durumdan xilas olunması üçün böyük vəsaitlər xərcləyib, müasir tipli ictimai nəqliyyat vasitələri alıb. Amma şirkətlər öz qazancları naminə dövlətin bu humanist və dəyərli işini sabotaj etməklə məşğul olur. Dövlət hesabına xaricdən baha qiymətə alınan avtobuslara şirkətlər bəzən "dədə malı" kimi baxır, o avtobusları istədikləri vaxt xəttə buraxırlar, istədikləri vaxt buraxmırlar, qəsdən sıxlıq yaradırlar ki, camaat narazı qalsın. Halbuki, daşıma şirkətlərinin başlıca vəzifəsi ictimai nəqliyyat sektorunda, xidmət sahəsində sərnişin məmnunluğunu təmin etməkdir...Bu barədə düşünsələr yaxşı olar...     

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

14.07.2025 / 09:30
Sabunçuda ölümlə nəticələnən yol qəzası olub

14.07.2025 / 09:21
Azərbaycanda kibercinayətkar həbs edilib - DTX-dan mühüm əməliyyat

14.07.2025 / 09:18
Türkiyənin bu məşhur serialı məhkəməlik oldu

14.07.2025 / 09:12
"Çelsi"dən PSJ-yə futbol dərsi!

14.07.2025 / 09:06
Tramp Böyük Britaniyaya dövlət səfərinə gedəcək - hazırlıq gedir

14.07.2025 / 09:00
Xocalının bu kəndlərinə ilk köç karvanı yola salınıb

14.07.2025 / 08:53
Kaledoniyanın paytaxtında "Azərbaycan abidəsi"...Necədir?

14.07.2025 / 08:51
Fransızlar ŞOKDA- həbsxanadan çantada gizlənib qaçdı...

14.07.2025 / 08:21
“Taxta bazarın”da yanğın olub

13.07.2025 / 20:53
Deputat Elnarə Akimova şəhid general Polad Həşimovun ailəsini ziyarət etdi

13.07.2025 / 19:01
Ukrayna kəşfiyyat polkovnikinə sui-qəsdin qisasını aldı – Kiyevdə azı iki FSB agenti öldürüldü…

13.07.2025 / 18:16
Makron Fransanı çökdürdü, ölkə borc içində batır - pensiya və bütün yardımlar dondurulur…

13.07.2025 / 17:10
Tramp Kiyevə silah göndərmək üçün Rusiyanın ABŞ-dakı 5 milyardını müsadirə edə bilər…

13.07.2025 / 17:07
Tanınmış aktrisa Rəsmiyyə Nurməmmədovanın 60 illiyi səhnədə qeyd olunub

13.07.2025 / 16:50
"Azərbaycanla Ermənistan arasında keçirilən sülh danışıqlarını diqqətlə izləyirik" - Ərdoğan

13.07.2025 / 16:43
"Azərbaycan-Suriya əlaqələri ölkəmizin Yaxın Şərq siyasətində mühüm istiqamətdir" - Vüqar Rəhimzadə

13.07.2025 / 15:54
İran prezidentinin İsrailin 16 iyun hücumunda yaralandığı ortaya çıxdı…

13.07.2025 / 15:19
Yeni Kaledoniyada müstəqillik tərəfdarları və əleyhdarları arasında tarixi razılaşma əldə olundu

13.07.2025 / 14:56
Sinir ağrıları və efir enerjisi ilə müalicə

13.07.2025 / 14:37
"Azərbaycan Avrasiya üçün strateji əlaqələndirici rola malikdir" - Elnur Məmmədov

13.07.2025 / 13:50
Gülzar Namazovanın "Vətən müharibəsi ensklopediyası" adlı kitabının təqdimatı keçirildi - FOTO/VİDEO

13.07.2025 / 13:22
İstirahət zonalarında polisin fasiləsiz xidməti davam etdirilir

13.07.2025 / 11:37
Prezident İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib

13.07.2025 / 10:52
Polis Beyləqanda əməliyyat keçirdi - 9 nəfər saxlandı

12.07.2025 / 21:17
Vüqar Rəhimzadə: “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” Azərbaycanın bəşəriyyətə bəxş etdiyi irs nümunəsidir

12.07.2025 / 21:09
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub...

12.07.2025 / 21:03
Azərbaycanın iki naziri adından saxta xəbər yayıldı - MEDİA Agentliyi xəbərdarlıq etdi...

12.07.2025 / 20:28
Putini Ukraynada dayandıra bilməyən Tramp hərəkətə keçdi – öncə silah yardımı, ardınca... "yaxında nəsə baş verəcək”...

12.07.2025 / 20:03
Rusiyanın yeganə təyyarədaşıyan gəmisini doğrayıb "metallom" edəcəklər

12.07.2025 / 19:20
Ailə sədaqətini və qonşuluq münasibətlərini insan canavardan öyrənməlidir

12.07.2025 / 17:10
Yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracına başlanacaq...

12.07.2025 / 16:21
"Suriya Azərbaycanla bir sıra sahələrdə əməkdaşlıqda maraqlıdır" - Əhməd Əl Şaraa

12.07.2025 / 16:18
Əhməd Əl Şaraa Prezident İlham Əliyevə təşəkkür etdi

12.07.2025 / 16:15
"Suriyada yeni hakimiyyətin qurulmasından sonra əlaqələrimizin inkişafı üçün böyük perspektivlər açılıb" - Prezident İlham Əliyev

12.07.2025 / 16:11
Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub - YENİLƏNİB

12.07.2025 / 15:34
UNESCO ermənilərin saxta “Urartu tarixini” rəsmiləşdirdi... Tarixə həqarət...

12.07.2025 / 15:21
Azərbaycanla gərgin günlərdə rus icması Rusiyanı müdafiə etməli idi? - Primakov "duzsuz" danışdı...

12.07.2025 / 14:30
SOCAR-la Suriya Hökuməti arasında Anlaşma Memorandumu imzalandı - FOTO

12.07.2025 / 13:48
Erməni işgəncəsi qurbanlarının məhkəmə ifadələri əsasında kino çəkiləcək(?)..

12.07.2025 / 13:38
Sonsuzluğa "çarə tapan" dələduzlar peyda olub...

12.07.2025 / 13:31
Rusiya xarici siyasi təsir aləti kimi mediadan fəal istifadə edir - Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət etdi

12.07.2025 / 13:28
Əhməd əl-Şaraa Azərbaycana gəldi – Suriya ilə münasibətlərdə yeni dövr başlayır

12.07.2025 / 12:07
DÇ-2030-un finalı bu stadionda keçiriləcək - AÇIQLANDI

12.07.2025 / 11:10
Ərdoğandan qərar - bu xanımı vəzifəyə təyin etdi

12.07.2025 / 11:02
Tramp ŞOKDA - ABŞ məhkəməsi Prezidentin fərmanını blokladı!

12.07.2025 / 10:54
Narkotik vasitələr becərən Qəbələ sakini yaxalanıb

12.07.2025 / 10:00
Mingəçevirin bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

12.07.2025 / 09:12
"Feyk xəbər" yayanları ciddi cəza gözləyir

12.07.2025 / 09:03
Ölkəmizə "cəhənnəm istilər" gəlir...

12.07.2025 / 08:44
Sertifikasiyadan sonra indi də müəllimlərin dərs yükü problemə çevrilib...

12.07.2025 / 01:05
Azərbaycandan tarixi uğur - 40 gündə 6 seçkidə qalib gəldik...

11.07.2025 / 21:43
Erməni işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdi – MƏHKƏMƏ+ FOTO

11.07.2025 / 21:30
Rusiya XİN Azərbaycanda rus dilinin vəziyyətini(?) araşdırır...

11.07.2025 / 21:15
Antiterrordan Əbu-Dabiyədək - Əliyevin təşəbbüsləri aparıcıdır...

11.07.2025 / 21:01
Priqojin 2 azərbaycanlını “Vaqner”ə hansı ölkənin həbsxanasında cəlb edib?..

11.07.2025 / 20:46
Bakı-İrəvan sazişi bu ilin sonunda imzalana bilər...

11.07.2025 / 20:31
Zəngəzur dəhlizi açılır - Əbu-Dabi çox şeyi dəyişdi...

11.07.2025 / 20:16
Əliyev-Paşinyan görüşünə Rusiyadan ikibaşlı rəylər gəlir...

11.07.2025 / 20:02
Dövlətdən böyük vəsait ayrılır, ipəkçilik yenə də çökür...

11.07.2025 / 19:47
Azərbaycanın və Türkiyənin qəvi düşməninin axırına Ermənistan özü çıxır…

11.07.2025 / 19:30
Professor Məhərrəm Qasımlı Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

11.07.2025 / 19:17
Birləşmiş Kreml-İrəvan qüvvələri başladı - “Əbu-Dabi görüşünü ABŞ təşkil edib”...

11.07.2025 / 19:05
Sabir Zeynalov Açıq Çelenc Turnirində gümüş medal qazanıb

11.07.2025 / 19:03
Üç nəfər xaricində PKK terror təşkilatı bağışlandı - Murat Karayılan, Cəmil Bayık və...

11.07.2025 / 18:57
İranın diplomatik ikiüzlülüyü

11.07.2025 / 18:47
Hökumət mollası türk dilini "cəhənnəm dili" adlandırdı...

11.07.2025 / 18:42
Bahar Muradova Balakən rayonunda vətəndaşları qəbul edib

11.07.2025 / 18:33
Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

11.07.2025 / 18:23
İqtisadi Şuranın iclası keçirildi - 2026-cı il büdcə layihəsinə dair müzakirə aparıldı

11.07.2025 / 18:19
Təhsil Nazirliyi “qanunsuz” azad edir, məhkəmələr bərpa edir...

11.07.2025 / 18:06
Əliyev-Paşinyan razılaşmasının ardınca Rusiya hərəkətə keçdi...

11.07.2025 / 17:52
Vətəndaş Cəmiyyəti Təşkilatlarının BMT-də rolu – BAMF-dan növbəti təlim

11.07.2025 / 17:47
Azərbaycandan Almaniyaya daha çox pul axmağa başlayıb - əvvəl tərsinə idi, nə olub?

11.07.2025 / 17:44
TƏBİB-in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair növbəti geniştərkibli müşavirə keçirilib

11.07.2025 / 17:25
Tramp Ukraynaya göndərəcəyi silahların pulunu NATO-dan alacaq - Biz silahları onlara verəcəyik, onlar da Ukraynaya...

11.07.2025 / 17:12
Sabunçuda əməliyyat - Emin Səmədov 10 kq narkotiklə tutuldu...

11.07.2025 / 16:59
Dünya Çərkəz Birliyi çərkəz xalqının geridönüş haqqının tanınmasını tələb edir

11.07.2025 / 16:40
PKK-nın tərksilah edilməsilə bağlı ilk addım Süleymaniyyədə atıldı - Rəsmi Ankaradan ilk reaksiya...

11.07.2025 / 16:37
FHN-in əməkdaşı Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçildi

11.07.2025 / 16:28
Beynəlxalq səyyahlar Laçında... - YENİLƏNDİ

11.07.2025 / 15:57
Ürəyi Vətənlə döyünən qəhrəman Elnur...

Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910