Bakıda qadını aldadıb 8 min manatını aldılar, adına kredit götürdülər...
Bakıda qadına qarşı dələduzluq edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Bakı şəhər sakini olan qadın aldadılaraq 8000 manat pulunun alınması və adına kreditə mobil telefon götürülməsi ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə müraciət edib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş N.Hacızadə müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
ZÜMRÜD