Bakı-İstanbul reysi yenə təxirə düşdü... - bu cür "xidmətlə" hara "uçuruq" hörmətli AZAL?
Hava nəqliyyatı hər zaman dünya miqaysında sərnişin daşınması baxımından öz önəmi ilə seçilib. Bütün ölkələrdə hava nəqliyyatı xidməti daima diqqət mərkəzində saxlanılır. Yüksək dəqiqlik, sərnişinlərə operativ xidmət hava nəqliyyatı ilə məşğul olan şirkətlər üçün prioritet sayılıb.
Təəsüf ki, bizim sərnişinlər dünyanın aparıcı şirkətlərinin prioritet hesab etdikləri bu sadaladığım xidmətlərə ancaq baxıb köks ötürürlər. Zaman- zaman bizim vətəndaşlar təyyarə reyslərindəki gecikmələr üzündən ciddi problemlər yaşayırlar. AZAL rəhbərliyi hər dəfə söz versə də bu nöqsanların aradan qaldırılması belə görünür ki, hələ mümkün olmayacaq.
Çünki elə bu gün Bakı-İstanbul reysinin gecikməsi ucbatından vətəndaşlar yenə əziyyət çəkməli olublar. Özü də yayın bu istisində. Bu gün səhər saat 05:00 radələrində planlaşdırılan reys sərnişinlərə xəbər verilmədən təxirə salınıb. Məlum olub ki, bu reysə bilet alan vətəndaşlar axşamı gözləməli olacaqlar. Ən dəhşətlisi odur ki, bilet alıb səhər yuxusuna haram qatan bu insanlara bu barədə bircə xəbərdarlıq belə olunmur. Bu fakt, sözün əsl mənasında qeyri peşəkarlıq, insanlara olan laqeydlik işarətidir. Axı ən azı onları öncədən mılumatlandırmaq üçün telefonla əlaqə saxlamaq mümkündür. Belə küstar "xidmət səviyyəsi" ilə haraya qədər "uçacayıq" hörmətli AZAL rəhbərliyi?
Mətləb