Rusiyada hərbi dəniz dronlarının kütləvi istehsalına başlayır...
Rusiyanın ilk hərbi dəniz pilotsuz uçuş aparatlarının kütləvi istehsalı 2024-cü ilə planlaşdırılıb. Bunu KMZ holdinqinin (Kingisepp Maşınqayırma Zavodu) idarəedici direktoru Mixail Danilenko deyib.
"Əgər dronlar xüsusi hərbi əməliyyat (XHƏ) zamanı uğurla sınaqdan keçirilərsə, biz 2024-cü ildə kütləvi istehsala keçməyi planlaşdırırıq", - deyə idarəedici direktor qeyd edib.
Danilenko bu yaxınlarda bildirib ki, Rusiyanın ilk dəniz dronları 2023-cü ilin sonuna qədər Rusiya Müdafiə Nazirliyinə çatdırılacaq və XHƏ zonasında sınaqdan keçiriləcək.