Cümə günü, 18 iyul 2025
     

Orban Avropa liderlərinə məktub yazdı - "Rusiya 2 aya Ukraynanı..."

Image

Abutalıb Səmədov: "Dünya hələ Orbanın təklif etdiyi sülhə hazır deyil"

İyulun əvvəlindən Kiyev, Moskva və Pekində qondarma sülhməramlı missiyada olan Macarıstanın baş naziri Viktor Orban Aİ liderlərinə Ukrayna və Rusiya prezidentləri Vladimir Zelenski və Vladimir Putinlə görüşlərinin təfərrüatlarını açıqlayan məktub yazıb. Məktubda Kremlin müharibə ilə bağlı mövqeyi açıqlanıb. 

Qeyd olunub ki, məktub iyulun 5-nə aiddir və Macarıstanın baş nazirinin Moskvadan sonra səfər etdiyi Azərbaycandan göndərilib. Sənəd Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Aİ-yə üzv ölkələrin liderlərinə ünvanlanıb.

Məktubda deyilir: "Kreml əmindir ki, vaxt Ukraynanın tərəfində deyil, Rusiya qüvvələrinin tərəfindədir". Macarıstanın baş nazirinin sözlərinə görə, Putin Ukrayna silahlı qüvvələrinin itkilərini ayda 40-50 min nəfər hesab edir. Bununla belə, o, Rusiyanın itkilərinin sayını qeyd etməyib:

"Rusiya Federasiyasının prezidenti Ukrayna prezidentinin müvəqqəti atəşkəs ideyasını rədd etməsinə təəccübləndi".  Orbanın sözlərinə görə, Moskva Ukrayna qüvvələrinin məxfi yerdəyişməsi və yenidən qruplaşdırılması rolunu oynamayan istənilən atəşkəs təklifini nəzərdən keçirməyə hazırdır.

O yazır ki, Putinlə qondarma Çin-Braziliya sülh planını (Ukrayna böhranının siyasi həllinə dair Çin və Braziliya arasında ümumi razılaşmalar) müzakirə edib.

Macarıstanın baş naziri hesab edir ki, Avropa Rusiyanın Ukraynaya qarşı müharibəsində sülhyaratma proseslərinə başlamaq üçün təşəbbüs göstərməlidir: "Əgər bu prosesi  saxlaya bilməsək və ya dayandıra bilməsək, o zaman qarşıdakı iki ayda cəbhə xəttində əvvəlkindən daha dramatik itkilərin və hərbi hadisələrin şahidi olacağıq".

Orbanın bu məktibuna Avropa liderlərinin münasibəti necə ola bilər?

Müstəqil siyasətçi Abutalıb Səmədov "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, əvvəlcə Kiyevə, Moskvaya, sonra Pekinə səfərlər edən Orban Rusiya-Ukrayna cəbhəsindəki vəziyyət və sülh sazişinin imzalanması məsələlərini müzakirə etdi: "Əvvəldən aydın idi ki, bu dövlətlərin sülh barədə planları bir-birindən fərqlənir. Rusiya sülh deyəndə işğal altında olan Ukrayna ərazilərinə 16 - 17 min kv km sahəni də əlavə etməyi və bu ərazidən (Donetsk, Luqans, Zaporojye və Xerson ) Ukrayna əsgələrinin çıxarılmasını, əraziləri Rusiyaya təhvil verməyi nəzərdə tutur. Ukrayna da, təbii ki, belə təklifləri qəbul edə bilməz. Ukraynanın planı, Zelenskinin məşhur sülh formulu 1991 - ci il sərhədlərinə qayıtmağı tələb edir. Ancaq bu da qeyri-mümkündür. Pekinin planı daha çox Rusiyanın mövqelərinə yaxındır. İndi ortaya Braziliya - Pekin, Braziliya - Çin sülh təklifi də çıxıb. Bu da, çox güman, Pekinin təklif etdiklərinin reallaşmasıdır. Orban  Avropa Birliyi rəhbərlərinə xəbərdarlıq edir. İstədiyi odur ki, Avropa Birliyi sülh prosesinə aktiv şəkildə qoşulsun. Əks halda yaxın iki ayda çox böyük qırğınlar baş verə bilər. Bu heç kimə sirr deyil. Çünki Ukrayna əlavə silahlar alacaq, ola bilsin ki, növbəti əks hücuma cəhd göstərəcək. Bu da on minlərlə insanın ölməsi və yaralanması deməkdir. Orban  səmimi şəkildə sülh axtarır. Ancaq Zelenskinin və Putinin mövqeləri bu sülhə gəlməyə imkan vermir. Nəzərə alsaq ki, son görüş zamanı Ərdoğanın təklif etdiyi vasitəçilikdən Rusiya imtina etdi, eyni zamanda İstanbul danışıqlarına qayıtmağı da təklif edir. Hər halda, vasitəçi olacaq dövlətlərin sayı minimuma enib. Orban da bunu qeyd etdi. Bu gün sülh danışıqlarına vasitəçilik edə biləcək şəxslər son dərəcə azdır. Əslinə qalsa, Orbandan başqa kiminsə vasitəçilik etmək imkanı da görünmür. Çin bu proseslərə qoşulmaq istəmir. Özünün təklif etdiyi planın qəbulu halında, ancaq Çin qoşula bilər. Hər halda, ən fəal Orbandı, təklifi də ortadadı. Bu təklifin qəbul edilməyəcəyi də bəllidir. Görünür, ABŞ - da baş verəcək seçkiləri gözləmək lazımdır. Seçkilərin nəticəsinin necə olacağından Ukraynada sülhün əldə olunması çox asılı olacaq. Əgər Tramp qalib gəlsə,  o həm Rusiya, həm də Ukraynaya təzyiq göstərərək müəyyən nəticəyə nail ola bilər. Ancaq bir şey aydındır ki, onun təklif etdiyi sülh də Ukraynanın xeyrinə olmayacaq. Ümumiyyətlə, Ukraynanın xeyrinə olan sülhün imzalanma ehtimalı günü - gündən azalır və çox təəssüf ki, bu reallığı dünyanın bir çox gücləri qəbul etmək üzrədir. Dünya yorulub, Ukrayna yardımlarını davam etdirsə də heç bir xeyri yoxdur. Çünki yardımlar həm azdı, həm də çox ləng gəlir. Aprel ayında ABŞ yardım haqqında qərar qəbul etdi. Ancaq tələb olunan, verilməli olan siyahıların çoxu hələ verilməyib. F16 -ların yayın sonunda gələcəyinə ümid var. Onların da pilotlarının yalnız cüzi hissəsi hazırdı. Amerika kömək etmək istəmir, "mənim başqa ölkələr qarşısında öhdəliklərim var",-deyir. Anlamaq istəmir ki, Ukrayna yanır, dağılır və Ukraynaya gecikən yardım hər gün yüzlərlə, minlərlə insanın ölümü deməkdir. Reallıq budur. Qərbə, onun sözlərinə inanan dövlət başçılarının son nəticədə üzləşəcəyi reallıqdır. Bundan əvvəl Vilnus sammitində üsyan edən Zelenski artıq Vaşinqtonda keçirilən NATO - nun yubiley sammitində heç bir şeyə etiraz etmədi. Çünki anlayırdı ki, etiraz etsə, ona göstərilən o yardımdan da məhrum ola bilər. Bu da Ukrayna üçün yeni işğal olunmuş ərazilər, yeni ölümlər, dağılan şəhərlər deməkdir. Orbanın sülh təşəbbüsləri nəticə verməyəcək. Dünya hələ Orbanın təklif etdiyi sülhə hazır deyil. Yalnız ABŞ-da prezident seçkilərindən sonra bu istiqamətdə real addımlar atıla bilər. Hələlik prosesdə Trampın qalib gələcəyi görsənir. Ancaq hər cür gözlənilməz hadisələr də baş verə bilər. Baydenin qalib gəlməsi də istisna deyil. Hətta onun əvəzlənməsi ehtimalı da qalmaqdadır. Biz ABŞ seçkilərinin nəticəsini, Ukraynanın növbəti əks-hücumunu gözləmək məcburiyyətindəyik. Dünya anlayır ki, bu il Ukrayna Rusiyaya qarşı müqavimətini artıra bilər. Ancaq irəli getmək şansı yoxdur. Ola bilər ki, 2025 - ci ildə Qərb söz verdiyi yardımı göstərsə, nəyəsə nail olmaq mümkün ola bilər. Ümid edək ki, bu müddətdə daha az insanın ölümünü, yaralanmasını, şəhərlərin daha az dağıdılmasını görəcəyik. Dünyanın böyük hissəsi Ukraynaya yalnız dualar göndərir".

Məhəmmədəli QƏRİBLİ



VİDEO

SON XƏBƏRLƏR

18.07.2025 / 01:26
Azərbaycanlı döyüşçü Cavid Rzayev Rusiya vətəndaşlığından çıxarıldı...

18.07.2025 / 01:08
Avtomobilinə su qatılmış benzin tökülən İran prezidenti yolda qaldı - Pezeşkian Təbrizə taksi ilə getdi...

18.07.2025 / 00:34
Azərbaycanlı diaspor rəhbəri Rusiyada axtarışa verildi

17.07.2025 / 22:53
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Qurbanqulu Berdiməhəmmədovla görüşündən görüntülər paylaşılıb - VİDEO

17.07.2025 / 22:15
“...65 ilə 650 ilin mirasını sığdırdı...” - Yunus Oğuzdan Aydın Quliyevə yubiley təbriki...

17.07.2025 / 22:06
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada birgə nahar ediblər - FOTO

17.07.2025 / 21:50
Ermənilər tərəfindən əsir və girov götürülmüş, xəsarətlər almış zərərçəkmişlər məhkəmədə ifadə verdi - FOTO

17.07.2025 / 21:39
Zəngəzur dəhlizi ABŞ-a, Ermənistan dəmiryolu Rusiyaya - Paşinyanın niyyəti...

17.07.2025 / 21:25
20 dövlət “anti-İsrail” sammitinə yığışır - Çin, Qətər, İspaniya...

17.07.2025 / 21:12
Azərbaycan-Türkmənistan əlaqələrində yeni mühüm enerji səhifəsi açılır

17.07.2025 / 20:58
Zəngəzur dəhlizi nəzərdə tutulduğundan da böyük olacaq - inanılmaz...

17.07.2025 / 20:46
Paşinyan Rusiyanın əsas fiquru ilə bağlı bütün planları açdı...

17.07.2025 / 20:33
Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli işçi qrup ləğv edilə bilər...

17.07.2025 / 20:20
Rusiyadan Ermənistana istehza və hədə - münasibətlər daha da gərginləşir

17.07.2025 / 20:07
Uzun durğunluqdan sonra Bakı-Aşqabad münasibətləri yeni mərhələyə çıxdı...

17.07.2025 / 19:53
Rusiyanın Ermənistanda hakimiyyətə əsas namizədi məhv edilir...

17.07.2025 / 19:40
Qarabağ Dirçəliş Fondunun 2024-cü il üzrə maliyyə hesabatları PwC-nin auditindən uğurla keçdi

17.07.2025 / 19:38
Paşinyan Zəngəzur dəhlizi barədə ABŞ-ın son planını dəstəklədi...

17.07.2025 / 19:25
Rusiya Azərbaycan diasporunda daha bir həbs...

17.07.2025 / 19:15
Akif Nağı Aydın Quliyevi təbrik etdi

17.07.2025 / 19:11
DİM-də "imtahan islahatları" bitmir - indi də "esse islahatları" gəlir...

17.07.2025 / 18:57
Çin də Zəngəzur dəhlizinə müştəri çıxdı...

17.07.2025 / 18:44
Paşinyan ABŞ-dan strateji müttəfiqliklə bağlı yeni mesajlar alıb...

17.07.2025 / 18:36
lk dəfə ingilis dilinə tərcümə olunan "Oftalmologiyanın aktual problemləri” kitabı göz xəstəliklərinə dair fundamental əsərdir

17.07.2025 / 18:31
AB-nin 3 ölkəsi Rusiyanın "tərəfinə keçdi"...

17.07.2025 / 18:24
"ADA Universitetində təhsil alan tələbələrin 30 faizi ödənişsiz oxuyur" - Hafiz Paşayev

17.07.2025 / 18:17
İsveçrə deputatı İlham Əliyevə şər atdı - sülhə mane olan kimdir?

17.07.2025 / 18:04
İşğaldan azad rayonlarımızda yaşayanların sayı 50 minə çatdı...

17.07.2025 / 17:55
Azərbaycan mətbuatı 150 illik yol qət edərək tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının müjdəçisi olmağından qürur duyur

17.07.2025 / 17:46
Çin Azərbaycanla əlaqələrdə Rusiyanı üstələməyə başladı...

17.07.2025 / 17:33
Milli Məclisin Komitə sədri Aydın Quliyevi təbrik etdi

17.07.2025 / 17:21
Dövlət əleyhinə açıq çağırışlara görə DTX-nın saxladığı Mirədalət Talışxanov məhkəmə qarşısında...

17.07.2025 / 17:08
Samir Nuriyevin BƏƏ-nin Hesablama Qurumunun nümayəndə heyəti ilə görüşü olub - FOTO

17.07.2025 / 16:53
NATO Ukraynaya “Patriot” sistemləri göndərməyə başladı...

17.07.2025 / 16:37
Bakıda marketlərə qənim kəsilən iki nəfər yaxalandı

17.07.2025 / 16:34
BMU-İNHA ikili diplom proqramının II məzun buraxılışı keçirilib

17.07.2025 / 16:11
Cəlilabadın qəhrəman şəhidi - Əli Rüstəmov...

17.07.2025 / 16:01
BDU-da şəhid övladları olan abituriyentlər üçün infotur keçirilib

17.07.2025 / 15:54
Suraxanıda 2 nəfər saxlandı, 4 kq-a yaxın narkotik ələ keçirildi

17.07.2025 / 15:26
Prezident İlham Əliyev Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə etdi - FOTO

17.07.2025 / 15:05
Nəsimidə silsilə oğurluqlar edən şəxs saxlandı

17.07.2025 / 14:43
Sviridenko Ukraynanın baş naziri təyin edildi

17.07.2025 / 14:42
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Mehmandarovların malikanə kompleksində olublar - FOTO

17.07.2025 / 14:30
Ağcabədidə çətənə bitkilərinin kultivasiyasını təşkil edən şəxslər saxlandı

17.07.2025 / 14:19
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO

17.07.2025 / 14:17
"İşgəncələrə məruz qalırdım, döyülürdüm" - Erməni əsirliyində olmuş azərbaycanlı

17.07.2025 / 13:58
Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Şuşada Bülbülün ev-muzeyində olublar - FOTO

17.07.2025 / 13:45
İsti hava bu avtomobillərdə yanğın ehtimalını dəfələrlə artırır - BDYPİ-dən xəbərdarlıq

17.07.2025 / 13:33
Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin gülləbaran edilmiş heykəllərinə baxıblar - FOTO

17.07.2025 / 13:24
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşadakı Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar - FOTO

17.07.2025 / 13:17
Laçında baş vermiş meşə yanğınına görə 3 nəfər məsuliyyətə cəlb edildi

17.07.2025 / 13:11
Azərbaycan XİN-dən İraqa başsağlığı mesajı...

17.07.2025 / 13:08
Пашинян дал Кремлю очередную пощёчину - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

17.07.2025 / 12:53
Prezident Əliyev və Berdiməhəmmədov Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar - FOTO

17.07.2025 / 12:34
“Suriya tortu” bölüşülmür...

17.07.2025 / 12:26
Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar - FOTO

17.07.2025 / 12:15
Azərbaycanla Vyetnam arasında mühüm razılaşma

17.07.2025 / 12:07
Prezident İlham Əliyev və Berdiməhəmmədov Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTO

17.07.2025 / 11:35
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar

17.07.2025 / 11:30
Bu da oldu - Tramp istədi, "Coca-Cola" tərkibini dəyişdi..

17.07.2025 / 11:29
Qurbanqulu Berdiməhəmmədov Füzuli rayonuna gəlib

17.07.2025 / 11:10
Azərbaycan və Qazaxıstanın XTQ mənsubları arasında görüş olub

17.07.2025 / 11:07
BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 7 şagirdi qızıl və gümüş nişana layiq görülüb

17.07.2025 / 11:03
Trampdan Rusiyaya sərt cavab, müharibə qızışır - CANLI

17.07.2025 / 10:43
Bağdadda matəm elan edilib - yanğında ölən 50 nəfərə görə...

17.07.2025 / 10:30
"İsrail müharibəyə başlaya bilər, lakin onu bitirmək gücündə deyil" - Əhməd əş-Şaraa

17.07.2025 / 10:22
Şamaxıda keçirilən konfrans yekunlaşıb

17.07.2025 / 10:16
"İsrail Suriyanın ərazi bütövlüyünə təcavüz edir" - Türkiyə parlamenti

17.07.2025 / 10:10
Bu ərəb ölkəsi ABŞ iqtisadiyyatına 17 milyard dollar sərmayə qoyacaq

17.07.2025 / 10:04
Sabunçunun bu ərazilərində işıq olmayacaq - XƏBƏRDARLIQ

17.07.2025 / 10:00
"Sabah" bu gün Avroliqada cavab matçına çıxacaq

17.07.2025 / 09:54
Dolların məzənnəsi dəyişmədi, avro bahalaşdı - Mərkəzi Bankdan AÇIQLAMA

17.07.2025 / 09:28
"Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı ictimai müzakirə keçirilib

17.07.2025 / 09:27
Ağıllı kəndlərlə bərabər sağlam şəhərlər də yaratmalıyıq - ÜST-dən Bakıya mesaj...

17.07.2025 / 09:26
Bakıda “Mercedes” yolu keçən qadını vurub öldürdü

17.07.2025 / 09:18
"Mən bunu edəcəm” - Makronun qorxulu rəqibi seçkilərə qatılacaq

17.07.2025 / 09:14
Tənha yaşayan almanların sayı 17 milyona çatıb...

17.07.2025 / 09:10
“Qarabağ” Çempionlar Liqasında bu rəqiblə qarşılaşacaq

17.07.2025 / 09:04
Daha 43 ailə Kəngərliyə köçürüldü

17.07.2025 / 08:34
Məleykə Abbaszadə qızlara nə demək istədi - hər gün sağılmaq nədir?

17.07.2025 / 08:22
Bakının bu yollarında güclü tıxac var

İşğaldan azad rayonlarımızda yaşayanların sayı 50 minə çatdı...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910