Ermənistanda hərbi hissəyə hücum edildi
Ermənistanda mülki şəxslər hərbi hissəyə hücum edib. Ermənistan İstintaq Komitəsi bildirib ki, hadisə Müdafiə Nazirliyinin Sisiandakı hərbi hissələrindən birində baş verib.
Keçid məntəqəsində mülki şəxslər hərbçilərlə münaqişəyə girərək onları vurub və qaz tapançasından havaya atəş açıblar. Hadisədən sonra üç yerli sakin həbs edilib.
TAHİR