Vəkillər Kollegiyası iclas keçirdi, 2 vəkilin fəaliyyəti dayandırıldı
Azərbaycanda 2 vəkilin fəaliyyəti dayandırılıb, Vəkillər Kollegiyası Rəyasət Heyətinin (ARVK) üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət edilib. Bu barədə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclasında məlumat verilib.
Bildirilib ki, iclasda Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb. Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 3 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb, 2 vəkilə töhmət verilməsi barədə intizam tənbehləri tətbiq edilib, 4 vəkilə xəbərdarlıq olunub.
Mətləb Salahov