Sabahdan ümumrespublika təmizlik marafonu başlayır
Sabahdan ümumrespublika təmizlik marafonu başlayır. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova mətbuata açıqlamasında məlumat verib. O bildirib ki, "Təmiz ölkəm" devizi altında hər həftəsonu keçirilən təmizlik aksiyalarının əhatə dairəsini genişləndirilir: "Artıq hər həftənin 4-cü və 6-cı günləri bütün ölkə ərazisinin çay vadilərini, meşə ərazilərini və dəniz sahillərini əhatə edəcək Ümumrespublika Təmizlik Marafonuna start verilir".
İ.İbrahimovanın sözlərinə görə, bir neçə ildir davamlı olaraq keçirilən və bütün ölkə ərazisini əhatə edən təmizlik aksiyaları artıq cəmiyyətin müəyyən bir təbəqəsində məsuliyyət ənənəsi formalaşdırıb: "Hesab edirik ki, davamlı təmizlik aksiyaları vətəndaşlarımızda cavabdehlik məsuliyyəti formalaşdırır, tullantılarla çirkləndirilmiş yerlərə görə hansısa qurumun deyil, hər birimizin məsuliyyətinin olduğunu başa düşməyə şərait yaradır".
Mətləb Salahov