İnterpol açıqladı - bu ölkə dünyada avtomobil oğurluğuna görə "liderdir"...
Bu yayın əvvəlində İnterpol Kanadanı avtomobil oğurluğuna görə təşkilatın məlumat bazasında təmsil olunan 137 ölkə arasında ən pis 10 ölkənin siyahısına daxil edib. Belə ki, İnterpolun mətbuat katibi Kanadanın öz məlumatlarını beynəlxalq polis təşkilatı ilə yalnız 2024-cü ilin fevralında bölüşməyə başladığını nəzərə alaraq, bunu “xüsusi” nailiyyət adlandırıb.
İnterpolun məlumatına görə, bu ilin fevralından bəri dünyanın müxtəlif ölkələrində Kanadada oğurlanmış 1500-dən çox avtomobil aşkarlanıb; hər həftə, bir qayda olaraq, digər ölkələrin limanlarında daha 200 avtomobil müəyyən olunmağa davam edir.
Mətləb Salahov