Çərşənbə axşamı günü, 8 iyul 2025
     

Fransa qarışdı - müstəmləkələr də nəzarətdən çıxır...

Image

Fransada parlament seçkilərinin ikinci turu ekspertlərin proqnozlarını alt-üst edib. İfrat sağçıların uğuru əvəzinə, ifrat solçular qələbə qazandı. Ancaq çətin ki, onlar da təkbaşına hökumət qura bilsinlər. Nəticəsi bəlli olmayan nazir postlarının bölüşdürülməsi ilə bağlı çətin danışıqlar gözləyir. Onların keçirilməsi zamanı Fransa prezidenti Emmanuel Makron hökumət başçısı Qabriel Attaldan vəzifəsində qalmasını istəyib.

Hazırda baş verənlər onu göstərir ki, Fransa siyasi böhrana sürüklənir. Bunun səbəbkarı isə Emmanuel Makrondur. Makronun tərəfdarları üçün yeganə təsəlli olur ki, Marin Le Pen və Jordan Bardellanın rəhbərlik etdiyi Milli Birlik Partiyasının üçüncü yerə "çəkilməsini" təmin etdilər. Amma indi mandatların əksəriyyəti "Yeni Xalq Cəbhəsi"nə məxsusdur, onun əsasını ultra solçu "Fəth olunmamış Fransa" təşkil edir. "Birgə!" blokundan olan makronistlər ikinci yerdədir. Lakin solun nominal qələbəsi Fransanın adətən parçalanmış siyasi mənzərəsini dəyişməyə az kömək edir. Heç bir siyasi qüvvənin parlamentdə nə mütləq, nə də nisbi çoxluğu yoxdur. Bu, o deməkdir ki, baş nazir postuna açıq-aşkar namizəd yoxdur. Konstitusiyaya görə, baş naziri prezident təyin edir və o, parlamentin rəyini nəzərə almalıdır. Axı, deputatların hökumətə etimadsızlıq elan etmək hüququ var. İkinci turun nəticələrinin açıqlanmasından sonra "Fəth edilməmiş Fransa"nın lideri Jan-Lyuk Melenşon dərhal bəyan etdi ki, Makron sola səs verən fransızların fikrini nəzərə almağa borcludur. Amma Makron Fransada çoxlarını dəhşətə gətirəcək qərar qəbul etmədi. Yəni Melenşonu baş nazir təyin etmədi. Bu hal isə Milli Birlik Partiyasının tərəfdarları tərəfindən birmənalı qarşılanmayıb. Birinci turdan sonra hökumət başçısı postunu hədəfləyən gənc Bardella hirslə makronistlərlə solçular arasında əməkdaşlığı "şərəfsiz ittifaq" adlandırıb. O, onların öz aralarında nazir postlarını bölüşmələrini gözləyir. Makron isə silahdaşı Attalın istefasını qəbul etməməklə kifayətlənib. Amma makronistlərin parlamentdə çoxluğunu itirməsi hakimkomanda üçün yeni problemlərə gətirib çıxarıb. Fərqli qüvvələrin indi necə əlaqə quracağı sual olaraq qalır. Rusiya Elmlər Akademiyasının Avropa İnstitutunun aparıcı elmi işçisi Sergey Fyodorov qeyd edib ki, yeni Nazirlər Kabineti ilə bağlı məsləhətləşmələr nəticəsində Makronun silahdaşı olan Attal öz vəzifəsini itirəcək. Yeni hökumətin yaradılması çətin olsa da, Makron onu istefaya göndərəcək. Fyodorov hesab edir ki, yeni Nazirlər Kabineti üçün ən çox ehtimal olunan variantlardan biri tanınmış ictimai xadim və ya iqtisadçının rəhbərlik etdiyi texniki hökumətin yaradılmasıdır. 2021-ci ildə İtaliyada oxşar bir şey edildi, seçkilərdən sonra oxşar vəziyyətdə, siyasətçi kimi deyil, daha çox ölkənin Mərkəzi Bankının rəhbəri kimi tanınan Mario Draqi baş nazir təyin edildi. Fransada kifayət qədər səlahiyyəti olan oxşar kompromis fiqur tapmaq isə daha çətin olacaq. Bundan əlavə, burada cəmiyyət daha çox qütbləşib. Ən sol tərəf həddindən artıq sağı şeytanlaşdırır və əksinə. Bu o deməkdir ki, razılığa gəlmək daha çətin olacaq.

Eyni zamanda, Makron yəqin ki, "öz adamını" baş nazir postuna yüksəldə bilməyəcək. Sol və sağ birlikdə onun hökumətinə etimadsızlıq votumu elan edə bilər. Britaniyanın "The Guardian" qəzeti bununla bağlı vurğulayır ki, Makronun dövründə siyasi mərkəzin qüvvələri həmişəkindən daha həssas olub. Bir sözlə, hökumət böhranı ilə dolu çətin vəziyyətin əlamətləri var, lakin bu, hələlik adi vətəndaşları deyil, yalnız siyasətçiləri narahat edir. Ölkədə vəziyyət nisbətən sakitdir: asayiş qüvvələri və mağaza sahibləri ən pisə hazırlaşsalar da, fransız standartlarına görə radikallar öz qələbələrini təvazökarlıqla qeyd ediblər. Onu da qeyd edək ki, Makron həm ifrat sağçı, həm də ifrat solçu qüvvələri kənara atmaq istəyirdi, amma sonda onların hər ikisi öz sayını artırdı. Bununla da Makron özünü çıxılmaz vəziyyətə saldı. Daha bir mühüm məsələ odur ki, Fransa Milli Assambleyasına seçkilərin ikinci turunda bu ölkənin dənizaşırı ərazilərini təmsil edən iki namizəd parlamentə seçilib. "Franceinfo" ictimai yayım şirkətinin məlumatına görə, təxminən 40 ildə ilk dəfə olaraq Yeni Kaledoniyada müstəqillik tərəfdarı olan lider Fransa Milli Assambleyasında mandat qazanıb. Beləliklə, Yeni Kaledoniya Fransa parlamentinin 577 yerlik aşağı palatasında iki yerə malikdir. Burada 222 mindən çox seçici qeydə alınıb və Sakit okean arxipelaqında seçici fəallığı birinci turda 60,02 faizlə müqayisədə 71,2 faiz təşkil edib. İlkin nəticələrə görə, müstəqillik tərəfdarı namizəd Emmanuel Tjibaou Parisə loyal olan deputat Alside Ponqa ilə mübarizədə daha çox - səslərin 57,33 faizini toplayıb. Beləliklə, 1989-cu ildə öldürülən Kanak lideri Jan-Mari Tjibaounun oğlu Emmanuel Tjibaou 1986-cı ildən bəri Milli Assambleyada mandat qazanan ilk müstəqillik tərəfdarı olub. Digər seçki dairəsində Parisə loyal olan namizəd Nikolas Metzdorf 52,41 faiz, onun rəqibi - müstəqillik tərəfdarı siyasətçi Omayra Naisseline isə 47,59 faiz səs toplayıb. Hesab olunur ki, yeni parlamentdə müstəmləklərin Fransadan müstəqiiliyi məsələsi də aktual olacaq.

Tahir TAĞIYEV



VİDEO

SON XƏBƏRLƏR

08.07.2025 / 19:03
BRICS Rusiyanın tərəfində Ukrayna müharibəsinə rəsmən qoşuldu...

08.07.2025 / 18:48
Belə müsabiqələr uşaq və gənclərə təsir edir...

08.07.2025 / 18:35
Şəmkir, Göygöl və Gəncədə abadlıq nümunəsi: Regionların siması yenilənir

08.07.2025 / 18:23
3 bank Maliyyə Nazirliyinin 500 milyon manatını 7,5 faiz əlavəsilə necə qaytaracaq?..

08.07.2025 / 18:10
Azərbaycan kişilərində psixi pozğunluq qadınlardan 3 dəfə çoxdur...

08.07.2025 / 17:57
Erməni iranşünaş Pezeşkiana şər atdı - İran susdu...

08.07.2025 / 17:44
Manat kreditləri niyə bu qədər bahalaşır?..

08.07.2025 / 17:34
CHP liderinin toxunulmazlığı ləğv edilə bilər - Türkiyə parlamentinə vəsatət təqdim edildi...

08.07.2025 / 17:15
Qonşu ölkələrdən İrana hücumda istifadə olunmayıb – Pezeşkian İranın Ermənistandakı səfirinin yalanını ifşa etdi

08.07.2025 / 16:56
Azərbaycan və İordaniya arasında fəlakət və böhranların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş təsdiqləndi

08.07.2025 / 16:56
İldırım Vəliyevə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verildi

08.07.2025 / 16:54
Diplomatik xidmət orqanlarının bir qrup əməkdaşına diplomatik rütbələr verildi

08.07.2025 / 16:53
Prezident İlham Əliyev Trampa başsağlığı verdi

08.07.2025 / 16:51
Türkiyənin Antalyada tarixi sualtı kəşfi - eramızdan əvvəl Yunan-Helenistik dövrünün sonları və...

08.07.2025 / 16:26
Tramp Ukrayna siyasətini dəyişir - ABŞ Kiyevə daha çox silah verəcək…

08.07.2025 / 16:07
Xəzər polisi əməliyyat keçirdi - qadın narkotacirin evindən 10 kq narkotik çıxdı...

08.07.2025 / 15:43
“Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib - FOTO/YENİLƏNDİ

08.07.2025 / 15:31
Yol polisi motosiklet sürücülərinin qayda pozuntularına qarşı nəzarəti gücləndirdi

08.07.2025 / 15:30
Ekranda nə var, cəmiyyətdə də o var

08.07.2025 / 15:16
"İrandan nüvə müzakirələrinə qayıtmağı tələb etməyin heç bir mənası yoxdur" – İranlı parlamentaridən ABŞ-a mesaj...

08.07.2025 / 15:03
Mixail Qusman Prezident İlham Əliyevin medianın inkişafındakı rolu ilə bağlı konfransın keçirilməsini təklif etdi

08.07.2025 / 14:22
Xarici media filiallarının Media Reyestrinə daxil edilməsi prosedurları sadələşdirilir

08.07.2025 / 14:08
"Yolumuz Qarabağa” portalından əldə olunan icazənin müddəti 5 günədək artırıldı

08.07.2025 / 13:55
Xaricdən ofis və mənzillərdə videomüşahidə kameralarına müdaxilənin qarşısı alındı - DTX-dən növbəti əməliyyat...

08.07.2025 / 13:23
"Ümumilli Lider Heydər Əliyevin mediaya münasibəti bir nümunədir" - Natiq Məmmədli

08.07.2025 / 13:12
С. Маркедонов, вместо сказок, научитесь смотреть на Россию со стороны! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

08.07.2025 / 12:58
Cəbrayılda narkotik əməliyyatı - İki kiloqam marixuana və tiryək aşkarlandı

08.07.2025 / 12:46
Qanuna dəyişiklik edildi - polis əməkdaşlarının sosial müdafiəsi gücləndirilir

08.07.2025 / 12:34
"Azərbaycanda demokratik mətbuatın sürətli inkişafının təmin edilməsi Ümummilli Liderin adı ilə birbaşa bağlıdır" - Əhməd İsmayılov

08.07.2025 / 12:18
"Yaranmış vəziyyətdən siyasi xal qazanmağa çalışanlar var" - rusiyalı deputat

08.07.2025 / 12:11
"Azərbaycanın lider mövqeyinin güclənməsi medianın gündəmini də zənginləşdirir"

08.07.2025 / 12:05
ABŞ-da təyyarə qəzası olub - 4 nəfər həlak olub

08.07.2025 / 12:00
Dağıstanda 100-dən çox şəxs sudan zəhərlənib

08.07.2025 / 11:40
Tanınmış iş adamının oğlu faciəvi şəkildə ölüb

08.07.2025 / 11:21
Türkiyədən Fransaya ETİRAZ - ölkədaxili hüququmuza hörmətlə yanaş"

08.07.2025 / 11:15
Milli Məclis iclas keçirir - 15 məsələ müzakirə olunur

08.07.2025 / 11:05
Zəngilanda 1 tona yaxın çətənə bitkisi məhv edilib - polis açıqlama yaydı

08.07.2025 / 11:04
Rusiya Azərbaycandan qisas almağa hazırlaşır. Amma nəyin? - CANLI

08.07.2025 / 11:02
Bu axşam “Çelsi” - “Fluminense” görüşü olacaq

08.07.2025 / 10:30
Dünya bazarında qızıl və gümüş bahalaşıb

08.07.2025 / 10:22
Vaqif Poeziya Günləri yenidən poeziya sevərləri bir araya gətirir!

08.07.2025 / 10:17
Kəlbəcərdə “UAZ” aşıb, iki nəfər xəsarət alıb

08.07.2025 / 10:12
Tramp Nobel Sülh Mükafatına namizəd oldu

08.07.2025 / 10:10
Dəmiryolçular İtaliyada tətilə başlayıb

08.07.2025 / 10:04
Biləsuvar sakininin maşınından 2 kiloqram narkotika tapıldı

08.07.2025 / 10:01
"Kilsəni əxlaqsızlardan şəsxən özüm azad edəcəm" - Paşinyandan səs-küylü açıqlama

08.07.2025 / 09:35
Pentaqon təsdiqlədi - Ukraynaya əlavə müdafiə silahları göndəriləcək

08.07.2025 / 09:25
Lənkəranda sürücü yol qəzasında ölüb

08.07.2025 / 09:20
"Mərkəzi Avropa ölkələri bizim etibarlı tərəfdaşlarımızdır" - Hikmət Hacıyev

08.07.2025 / 09:20
Rusiyada işdən çıxarıldıqdan saatlar sonra meyiti tapılan nazirin ölümü ilə bağlı müəmmalar artır...

08.07.2025 / 09:12
Texasdakı daşqın qurbanlarının sayı 100 nəfəri ötüb

08.07.2025 / 09:06
Məşhur qapıçı daha 2 il "Barselona"da

08.07.2025 / 09:00
Tramp 14 ölkəni hədələdi - avqustun 1-dən ticarət tarifləri artırılır...

08.07.2025 / 08:56
ADY qatarları yay qrafikinə keçir- açıqlandı

08.07.2025 / 08:37
Bəzi məktəblərdə attestat qiymətləri üstündə alver qızışır...

07.07.2025 / 23:45
Qazaxıstan öz neftini Azərbaycan üzərindən ixrac edə bilər - Bakı-Supsa kəməri...

07.07.2025 / 23:29
Ermənistan parlamenti Ohanyanın deputat toxunulmazlığını ləğv etdi

07.07.2025 / 22:31
"Nəticə budur - faktlar bir-bir artır..." - Aydın Quliyev yazır

07.07.2025 / 21:29
Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verdi - FOTO

07.07.2025 / 21:18
Rusiyada Azərbaycan diaspor rəhbərlərinin “ovuna çıxıblar”... Faktlar çoxalır...

07.07.2025 / 21:03
Quba-Xaçmaz bölgə sakinləri "fındıq elanlarından" qəzəbləniblər...

07.07.2025 / 20:48
Zəngəzur dəhlizi ABŞ və Rusiyanı üz-üzə qoyub...

07.07.2025 / 20:34
Ermənistan konstitusiyanı dəyişməkdən birdəfəlik imtina etdi, lakin Bakının tələbini icra edəcək...

07.07.2025 / 20:19
Neft bazarında vəziyyət qarışır, Azərbaycan preventiv tədbirlər görməyə məcburdur

07.07.2025 / 20:05
Xəzərdə Özbəkistanın öz “paromları” işləyəcək - Azərbaycanın “70 faiz güzəşt”i böyük iş görür...

07.07.2025 / 19:50
ECO-nun Qarabağ sammiti Əfqanıstandan Rusiyaya “yol açdı”...

07.07.2025 / 19:36
Rusiya Ukraynada kimyəvi silah tətbiq etdi - ağır ittiham, dünya şokda...

07.07.2025 / 19:22
Qlobal demoqrafiya problemləri Azərbaycanda da özünü göstərməyə başlayır...

07.07.2025 / 19:10
İrandan Azərbaycana 42 kq narkotik keçirilməsi cəhdinin qarşısı alındı - DTX və DSX-dən birgə əməliyyat...

07.07.2025 / 19:02
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı

07.07.2025 / 18:51
Rusiya Əfqanıstanı “İslam əmirliyi” kimi tanıyan ilk ölkə oldu...

07.07.2025 / 18:37
İranda türk dili problemi - Xankəndi sammiti tarixi mərhələ açdı...

07.07.2025 / 18:23
Kənd yerlərimizdə nikahsız doğulanların sayı sürətlə artır...

07.07.2025 / 18:09
ECO-nun Xankəndi sammiti - regional əməkdaşlıqda yenilik üçün yeni şərtlər var...

07.07.2025 / 17:56
Trampın Putinə ümidləri Ukraynada tam dağıldı...

07.07.2025 / 17:43
Aşuranı İranla eyni gündə və saatda keçirməyə məcburuq?..

07.07.2025 / 17:31
Pezeşkian ona qarşı sui-qəsd planının olduğunu iddia etdi - arxasında ABŞ deyil, onlar dayanırdı...

07.07.2025 / 17:26
Rusiyada daha bir müəmmalı ölüm - Putinin bu gün səhər işdən çıxardığı nazir Starovoyt evində ölü tapıldı...

07.07.2025 / 17:15
Bakıda oğurluq edən 2 şəxs saxlandı

07.07.2025 / 17:08
Rusiya hava limanlarındakı xaos Putini qəzəbləndirdi - 300-ə yaxın uçuşun dayandırılması nazirin başında çatladı…

07.07.2025 / 16:52
Filmlərin istehsalı üçün çəkilmiş xərclər qismən geri ödəniləcək...

Belə müsabiqələr uşaq və gənclərə təsir edir...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910