Ərdoğanla Rəisi Qəzza barədə razlığa gəldilər...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İran Prezidenti İbrahim Rəisi arasında tele fon danışığı olub. Bu barədə “Anadolu Agentliyi” məlumat yayıb. Görüşdə İsrailin Qəzzaya qanunsuz hücumları, fələstinlilərə humanitar yardım fəaliyyətləri və bölgədə qalıcı atəşkəsə nail olmaq üçün atılacaq addımlar müzakirə edilib.
Prezident Ərdoğan başda Türkiyə və İran olmaqla İslam dünyasının Fələstin torpaqlarında İsrail vəhşiliyinə qarşı ortaq mövqe sərgiləməsinin əhəmiyyətini dilə gətirib. Ərdoğan bəyan edib ki, İran və Türkiyə müvəqqəti atəşkəsin qalıcı olması və daimi sülhün əldə edilməsi üçün birlik içində çalışmağa davam edəcəklər.
Telefon danışığı zamanı liderlər Türkiyədə keçiriləcək Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının hazırlıqları və gündəliyi ətrafında da fikir mübadiləsi aparıblar.
Leyla SƏMƏNDƏR