Adil Əliyevin deputat səlahiyyətlərinə xitam verildi
VI çağırış Milli Məclisin deputatı Adil Əliyevin deputat səlahiyyətlərinə xitam verilib. Bununla bağlı məsələ MSK-nın bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Belə ki, məsələni təqdim edən MSK katibi Arifə Muxtarova bildirib ki, Prezident İlham Əliyevin iyulun 8-də imzaladığı Sərəncamla Adil Abış oğlu Əliyev Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
ZÜMRÜD