Korrupsiya... İdarəsi Filarmoniyada əməliyyat keçirdi - həbs edilən var...
Məlum olduğu kimi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib.
Bu barədə Mədəniyyət Nazirliyindən verilən məlumatda bildirilib.
Qeyd edilib ki, Aparılmış istintaq tədbirləri nəticəsində etibar edilmiş külli miqdarda özgə əmlakını talama, vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi, külli miqdarda rüşvət alma və vəzifəli şəxs tərəfindən tamah və sair niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi kimi cinayətlərin əlamətlərini əks etdirən kifayət qədər dəlillərin olması nəzərə alınaraq fakt üzrə cinayət işi başlanılıb.
Vurğulanıb ki, cinayət işinin istintaqı zamanı Azərbaycan Dövlət Akademik Filarmoniyasının əməkdaşı Rəşad Məmmədov barəsində məhkəmənin qərarı ilə 5 iyul tarixində həbs qətimkan tədbiri seçilib.
NAMİQ