Bazar ertəsi günü, 08 dekabr 2025
     

Azərbaycanın sülh təklifinə görə Çin də Ermənistana təzyiq edəcək...

Image

Abutalıb Səmədov: "Çinin Azərbaycanın təklif etdiyi sülh gündəliyinə tərəfdar çıxdığını bəyan etməsi Ermənistan üçün də çox ciddi siqnaldır"

Çin tərəfi Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və konfrontasiyanın saxlanmasına yönəlmiş geosiyasi intriqaları qeyri-səmərəli hesab edir.

Bu fikir iyulun 3-də Astanada qəbul olunan "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə"də yer alıb.

Bəyannaməyə əsasən, tərəflər terrorizm, separatizm və ekstremizmin bütün beynəlxalq ictimaiyyət üçün ciddi təhdidlər yaratdığını və bu çağırışların qarşısını almaq və onlara qarşı mübarizə aparmaq üçün ümumi səylərin birləşdirilməsini tələb etdiyini vurğulayıblar.

Bildirilib ki, tərəflər milli xüsusiyyətlərinə uyğun seçilmiş inkişaf yolu boyunca bir-birinə qətiyyətli dəstək verməyə davam edəcək, ümumi inkişaf və firavanlığa nail olmaq üçün əməkdaşlıq etməyə, milli, eləcə də regional və qlobal təhlükəsizliyin ən vacib məsələləri ilə bağlı sıx əlaqə və koordinasiya saxlamağa, etimadı möhkəmləndirməyə, öz dövlətinin ərazisindən hər hansı bir qüvvənin digər tərəfə qarşı hərəkət etmək üçün istifadə etməsinə imkan verməməyə hazırdır.

Bu, Çinin sülh məsələsində Ermənistana təsirlərinin artmasına səbəb ola bilərmi?

"Azərbaycanla Çin arasında imzalanmış strateji tərəfdaşlığın qorunması haqda bəyannamə, təbii ki, bu məsələdə Ermənistanın mövqeyinə təsir edə bilər" 

"Alyans" Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Bakı-Xəbər"ə  şərhində bildirdi ki, Azərbaycanla Çin arasında imzalanan strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə çox mühüm əhəmiyyətə malik olan sənəddir. "Bu sənədin əsas müddəaları Azərbaycanın vahid Çini qəbul etməsi və Çin Xalq Respublikasının Çini təmsil edən əsas dövlət olduğunu bir daha təsdiq etməsi, digər tərəfdən, Çinin Azərbaycanın təklif etdiyi sülh gündəliyinə tərəfdar çıxmasıdır. Bu çox mühüm müddəadır. Çin dünyanın ən nüfuzlu dövlətlərindən biridir, BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür və dünyada öz iqtisadi potensialına görə ABŞ-la rəqabət apara biləcək yeganə dövlətdir. Çinin Azərbaycanın təklif etdiyi sülh gündəliyinə tərəfdar çıxdığını bəyan etməsi Ermənistan üçün də çox ciddi siqnaldır. Çünki Ermənistan da Çinlə sıx əməkdaşlığa can atır və bunun üçün də əlindən gələni etməyə çalışır. Əlbəttə, Çinin mövqeyi mütləq Ermənistan rəhbərliyi tərəfindən də nəzərə alınacaq və alınmalıdır. Çox təəssüf ki, Azərbaycanla Ermənistan arasında imzalanmalı olan sülh sazişini və bu istiqamətdə aparılan müzakirələri ABŞ və müttəfiqləri, eyni zamanda Rusiya bir intriqa meydanına çevirib. Bu sazişin imzalanmasına mane olmaq üçün əllərindən gələni edirlər. ABŞ və Avropa Birliyi Rusiya ərazisində hər hansı bir müzakirənin keçirilməsini qətiyyətlə rədd edir, Rusiya ABŞ-da, Avropa Birliyinə daxil olan dövlətlərin ərazisində keçirilən müzakirələri çox qısqanclıqla qarşılayır, hər müzakirədən sonra etiraz bəyanatı verir. Təbiidir ki, bu da prosesi ləngidir. Çox təəssüf ki, bu intriqalar Ermənistan tərəfindən də təsdiqlənir və Ermənistan Cənubi Qafqazı bu iki böyük gücün qarşıdurma, intriqa meydanına çevirmək üçün əlindən gələni edir. Azərbaycan bunun əleyhinədir. Azərbaycan bölgəni sülh və əməkdaşlıq, təhlükəsizlik bölgəsinə çevirmək istəyir. Bunun üçün çox ciddi cəhdlər göstərir"-deyə bildirən A.Səmədov qeyd etdi ki, Azərbaycanın təklif etdiyi sülh gündəliyi də ən düzgün və beynəlxalq hüquqa uyğun olan bir gündəlikdir. A.Səmədova görə, söhbət  ondan gedir ki, dəfələrlə bəyan edilib, Ermənistanın ortaya atdığı və Qərbin dəstəklədiyi müəyyən prinsiplər sülh müqaviləsinin imzalanmasına mane olur. "Söhbət Qranadada imzalanan məşhur üç pinsipdən gedir. Ermənistanın bu prinsiplərdə təkid etməsi, təbiidir ki, sülh müqaviləsini indiyə qədər ləngidib və ləngitməkdə də davam edir. Çox təəssüf ki, sonuncu Almatı görüşündə də Ermənistanın xarici işlər naziri həmin o üç pronsipi səsləndirdi və danışıqlara girdi. Təbiidir ki, bu da danışıqların nəticəsinə öz təsirini göstərdi. Burada əsas qəbul olunmayacaq məqam  nədən ibarətdir? Birincisi, ərazilərin konkret rəqəmlə göstərilməsi məsələsidir. Azərbaycan açıq şəkildə bəyan edib ki,  Ermənistanın ərazi bütövlüyünü tanıyır. Ancaq bunu rəqəmlə göstərmək çox qeyri-ciddidir. Çünki Azərbaycanla Ermənistan arasında Sovet dövründə bəzi ərazilərdə heç inzibati sərhədlər də olmayıb, o sərhədlər indi təşkil edilir. Son nəticədə ərazilərin ölçüsünün nə qədər olacağı da delimitasiya və demarkasiya prosesindən sonra müəyyənləşəcək. İndi konkret bir rəqəm göstərib prosesi o rəqəmə tabe etdirməyə çalışmaq, təbiidir ki, yanlışdır. Qranadada qəbul olunan ikinci  prinsip xəritələrlə bağlıdır. Yəni delimitasiya prosesi hansı xəritələr əsasında keçirilməlidir. Burda da Ermənistan öz dediyini yeritməyə çalışır. Əvvəl 1975-ci il xəritələri dedilər, Qranadada ən son xəritələr yazıldı. İlk delimitasiya işləri 1969-1976-cı illər xəritələri əsasında aparıldı. Azərbaycanın mövqeyi də bundan ibarətdir, konkret xəritələr göstərilməsin və bütün mümkün variantlar müzakirə olunsun. Nəhayət, üçüncü məsələyə gəlincə, bu qətiyyən qəbuledilməzdir. Bu da kommunikasiyaların dövlətlərin suverenliyi, yurisdiksiyası, qarşılıqlılıq və bərabərlik prinsipi əsasında açılması ilə bağlıdır. Azərbaycan izah etməyə çalışır, Naxçıvandan Azərbaycanın əsas hissəsinə gələn kommunikasiya ilə Ermənistandan Orta Asiyaya, yaxud Çinə gedən kommunikasiyanın statusu eyni ola bilməz"-deyə bildirən A.Səmədov vurğuladı ki, 10 noyabr bəyanatında maneəsiz hərəkət ifadəsi var, orada Kalilinqrad modelinin tətbiq olunmasına ehtiyac var. A.Səmədovun sözlərinə görə, Ermənistan çox təəssüf ki, bunu qəbul etmək istəmir və bu məsələdə Avropa dövlətləri, eləcə də ABŞ ona dəstək verir. Ermənistan konstitutsiyasında dəyişikliklərin edilməsi məsələsinə də toxunan A.Səmədovun bildirdiyinə görə, burada da Azərbaycan birmənalı olaraq haqlıdır. A.Səmədovun fikrincə, Ermənistan konstitutsiyasında, preambulasında Azərbaycana qarşı ərazi iddiaları varsa, bu ordan çıxarılmalıdır. "Çünki imzalanacaq beynəlxalq müqavilə yalnız qanunlardan öz hüquqi qüvvəsinə görə yüksəkdir, konstitusiyadan yüksək deyil. Hətta bu müqavilə imzalansa da son nəticədə yenə də referendum keçirilməlidir ki, həmion müddəa Ermənistan konstitusiyasında öz əksini tapsın. Çünki Ermənistan konstitusiyası bunu tələb edir. Yəni Ermənistan konstitusiyasına uyğun olmayan beynəlxalq müqavilə imzalanırsa mütləq konstitusiyada dəyişiklik edilməlidir. Yəni ya sülh sazişindən əvvəl həmin o müddəa konstitusiyadan çıxarılmalıdır, ya sülh sazişi  imzalanandan sonra çıxarılmalıdır. Başqa hal mümkünsüzdür. Azərbaycan da bunu izah etməyə çalışır. Çox təəssüf ki, hələlik Ermənistana müəyyən məsələləri anlada bilməmişik və işdə bəzi Qərb dövlətləri son dərəcə qeyri-konstruktiv mövqe tuturlar. 

Azərbaycanla Çin arasında imzalanmış strateji tərəfdaşlığın qorunması haqda bəyannamə, təbii ki, bu məsələdə Ermənistanın mövqeyinə təsir edə bilər. Ermənistan Çinlə münasibətlərini yaxşılaşdırmaq üçün əlindən gələni etməyə çalışır və burda Çinin tutduğu mövqe, təbiidir ki, Ermənistanı bir daha düşünməyə vadar edə bilər. Çinin dünyada nüfuzu durmadan artır və bu proses günü – gündən daha geniş vüsət alır. Şübhə yoxdur ki, Çinin tutduğu bu mövqe, imzalanan bəyannamə sülh müqaviləsinin imzalanması və müzakirəsi prosesinə ciddi təsir göstərə bilər"-deyə A.Səmədov əlavə etdi. 

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Qərbi Azərbaycanlıların qayıdışı MİLLİ İDEYADAN beynəlxalq platformaya çevrilir...

Qərbi azərbaycanlıların qayıdışı üçün səylər sürətləndirildi...

Azərbaycan, Türkiyə, ABŞ və Pakistan birgə hərbi təlimdə - Ermənistan niyə vahimələnib...

SON XƏBƏRLƏR

08.12.2025 / 18:57
ABŞ-ın yeni strategiyası - "Avropa çökür, Rusiya ilə müttəfiq olmalıyıq"...

08.12.2025 / 18:43
Qərbi Azərbaycanın mədəni irsinin bərpası gündəmə gətirildi...

08.12.2025 / 18:29
Putinlə Uitkoff Ukraynadan başqa 4 gizli sənədi də müzakirə ediblər...

08.12.2025 / 18:18
Prezident İlham Əliyevin Bratislavada rəsmi qarşılanma mərasimi olub - FOTO

08.12.2025 / 18:16
Qatil terrorçu Melkonyan hələ də İrəvanda “qəhrəman” sayılır - üstəlik “sülh” deyirlər...

08.12.2025 / 18:05
Trampın "söndürdüm" dediyi bütün müharibələr yenidən alovlanacaq, tək birindən başqa... çünki onu Tramp söndürməyib....

08.12.2025 / 17:56
“Tramp Ukraynanı satacaq” söhbətini Avropa liderləri məqsədli sızdırıblar...

08.12.2025 / 17:49
Prezident İlham Əliyev Slovakiyaya rəsmi səfər edib - FOTO

08.12.2025 / 17:43
Qərbi azərbaycanlılara qarşı törədilənlər beynəlxalq hüquqi qiymətini alacaq...

08.12.2025 / 17:29
Putin G7-lər klubuna qayıtmaqdan təəccüblü şəkildə imtina etdi...

08.12.2025 / 17:10
Rusiya Ukrayna sərhədində öz şəhərini bombaladı - yaralı və ciddi dağıntılar var…

08.12.2025 / 16:53
NATO Rusiya təyyarəsini vura bilər - Moskvaya xəbərdarlıq…

08.12.2025 / 16:50
Elm və Təhsil Nazirliyinin tabeliyindəki üç elmi istehsalat birliyi ləğv edildi

08.12.2025 / 16:36
Bakıda “Qızıl qaya” şadlıq evinin fəaliyyəti dayandırıldı

08.12.2025 / 16:23
Kommunal xidmətlərin Vahid İnformasiya Sistemi 2029-da istifadəyə veriləcək...

08.12.2025 / 16:10
Ermənidən betər bəla...

08.12.2025 / 16:08
Tramp Rusiya-Ukrayna məsələsində yenə məyus oldu - Putin sülh istəyir, Zelenski yox?...

08.12.2025 / 16:04
Azərbaycandan Ermənistana yanacağın ilk partiyası göndəriləcək

08.12.2025 / 15:52
Məmməd İbrahimli barəsində qərar qüvvədə saxlandı

08.12.2025 / 15:45
Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş sanballı əsər

08.12.2025 / 15:31
Rəşt-Astara dəmir yolunun tikintisinə gələn ildən başlanacaq...

08.12.2025 / 15:16
Bakıda İƏT Mədəniyyət Festivalının açılış mərasimi oldu

08.12.2025 / 15:09
Qərbi Azərbaycanlıların qayıdışı MİLLİ İDEYADAN beynəlxalq platformaya çevrilir...

08.12.2025 / 15:05
MEDİA “Fərdi jurnalist müsabiqəsi”nin nəticələrini açıqladı

08.12.2025 / 14:55
“Biz Gürcüstan azərbaycanlılarını maraqlandıran bir sual var” - Aygül İsayeva

08.12.2025 / 14:43
İki “ruh ekizi”, iki “təbii müttəfiq” - Abutalıb Səmədov yazır...

08.12.2025 / 14:28
Ədalət yer üzündə Allahın tərəzisidir

08.12.2025 / 14:14
Azərbaycan Qəzzaya kontingent göndərəcək? - Nazir məsələyə aydınlıq gətirdi...

08.12.2025 / 13:50
"İran və Azərbaycan arasında gediş-gəlişin artırılması nəzərdə tutulub" - Əraqçi

08.12.2025 / 13:41
Ağbənd-Kəlalə körpüsünün gələn ilin əvvəlində istifadəyə veriləcəyi gözlənilir

08.12.2025 / 13:14
Ceyhun Bayramov iranlı həmkarı ilə görüşdü

08.12.2025 / 13:08
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı, iki nəfər saxlandı...

08.12.2025 / 12:51
Anar Zərdabinin heykəlinin köçürülməsini təklif etdi - "...restoranın qapıçısı kimi görünür"

08.12.2025 / 12:34
"Bakı İslam dünyasının yaradıcı ruhunu birləşdirən paytaxtlardan biri kimi çıxış edir" - İƏT-in Baş katibinin müavini

08.12.2025 / 12:24
Emin Əmrullayev dərslikləri tənqid etdi - "...müəlliflərin şəxsi yanaşmalarına əsasən hazırlanır"...

08.12.2025 / 12:16
Nazirlik Naxçıvanda “uşaq oğrusu” ilə bağlı yayılan görüntülərə aydınlıq gətirdi...

08.12.2025 / 12:07
Prezident İlham Əliyev “Global Infrastructure Partners” şirkətinin baş icraçı direktorunu qəbul etdi

08.12.2025 / 12:04
"General Makkininin səfəri Azərbaycanla müdafiə əməkdaşlığını möhkəmləndirdi" - ABŞ səfirliyi

08.12.2025 / 11:57
"Şagirdlərin üzərinə onların daşıya bilməyəcəyi qədər böyük gözləntilər qoyurlar" – Nazir

08.12.2025 / 11:35
Prezident Tofiq Bakıxanovu 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdi

08.12.2025 / 11:28
Prezident İlham Əliyev Abbas Əraqçini qəbul etdi - FOTO

08.12.2025 / 11:07
"Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 81,4 faizə çatıb" - Şahmar Mövsümov

08.12.2025 / 10:46
3 ildə 1 ton 900 kq, 11 ayda 1 ton 600 kq - Komitə sədri narkotiklərlə bağlı rəqəmlər açıqladı...

08.12.2025 / 10:06
İki gün öncə itkin düşmüşdü, meyiti kanaldan tapıldı...

08.12.2025 / 10:01
"Əhalini təşvişə düşməməyə çağırırıq" - Müdafiə Nazirliyindən AÇIQLAMA

08.12.2025 / 09:20
Kəlbəcər, Laçın, Qubadlı, Şahdağa qar yağır - FAKTİKİ HAVA

08.12.2025 / 09:15
Bu gündən pullarınızı alacaqsınız - pensiyaçılara ŞAD XƏBƏR

08.12.2025 / 09:02
ABŞ 30-dan çox ölkənin vətəndaşlarına giriş qadağası qoyacaq

08.12.2025 / 08:41
Masazırda "BMW" yanıb, bir nəfər ölüb

07.12.2025 / 20:53
Suriyadan İsrailə "qırmızı xətt" xəbərdarlığı - bunsuz razılaşma mümkün deyil...

07.12.2025 / 20:20
Çernobılda təhlükəli vəziyyət - radiasiya sızmasına qarşı mühafizə qalxanı vuruldu…

07.12.2025 / 20:07
Abbas Araqçi Bakıya gəldi...

07.12.2025 / 18:44
HƏMAS şərtlərini açıqladı - bu halda silahlarımızı yerə qoymağa hazırıq…

07.12.2025 / 17:51
Trampın Ukrayna sülh planı iki məsələdə dalana dirəndi – Donetskin statusu və Zaporojye AES...

07.12.2025 / 17:18
Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər - FOTO

07.12.2025 / 16:38
Orban Avropa Birliyinin Rusiya ilə müharibəyə hazırlaşdığını iddia etdi - 2030-cu ilə qədər…

07.12.2025 / 14:23
"Azərbaycan-Qırğızıstan Birgə İnvestisiya Fondu tərəfindən artıq ilk layihələrin maliyyələşdirilməsinə başlanılıb" - Prezident

07.12.2025 / 13:53
Avtoyuma məntəqəsi və un məmulatı sexindən oğurluq edən şəxslər saxlandı

07.12.2025 / 13:27
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib - FOTO

07.12.2025 / 13:18
Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər

07.12.2025 / 12:45
Mingəçevirdə körpəsini binanın zirzəmisinə atan "ana" saxlandı

07.12.2025 / 12:30
Ukrayna ordusu Dnepropetrovskda bir kəndi ruslardan azad etdi

07.12.2025 / 12:17
"Xalqlarımızı sülhə hazırlamalıyıq" - Hikmət Hacıyev

07.12.2025 / 11:50
Biləsuvarda kanala düşən “Lexus”da ölən 5 nəfərdən ikisi qardaşdır...

07.12.2025 / 11:33
"Tarixi Vaşinqton razılaşması Cənubi Qafqaz regionunu tamamilə dəyişəcək" - Prezidentin köməkçisi

07.12.2025 / 10:52
Nəsimidə avtomobildən külli miqdarda pul oğurlandı

07.12.2025 / 10:31
Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının rəhbəri ilə görüşüb

07.12.2025 / 09:44
İranın xarici işlər naziri Azərbaycana gəlir

07.12.2025 / 08:48
Ərəblər bu futbolçuya "elçi" düşüblər - ilinə 30 milyon avro maaş!

06.12.2025 / 22:50
Dublin səmasında Zelenskinin təyyarəsinə dörd hərbi dronla sui-qəsd cəhdi...

06.12.2025 / 22:28
Hikmət Hacıyev: "Amerikalı dostlarımız dürüst vasitəçi oldular"...

06.12.2025 / 21:54
Tramp NATO-nun müdafiə xərclərinin böyük hissəsini onların üzərinə qoymaq istəyir - ABŞ-dan Avropaya tələb…

06.12.2025 / 21:18
Hindistanın baş naziri Putinə rusca "Bhaqavat Qita" bağışladı...

06.12.2025 / 20:11
Köçəryandan ağ yalan - "Kivestdə “Arsaxın” Ermənistana birləşdirilməsinə imza atmaq üzrə idik"...

06.12.2025 / 19:49
“Euroclear” Rusiyanın dondurulmuş milyardlarına göz dikən Avrokomissiya planını rədd etdi - verməyəcəyik..

06.12.2025 / 19:32
Azərbaycan və Ermənistan sərhədçiləri avtomatlarının patronlarını çıxardılar...

06.12.2025 / 18:43
Söküləcək “Baksol” bazar sahibkarlarının təklifi rədd edildi, “Dərnəgül” bazarı isə…

06.12.2025 / 17:58
BMT-nin iştirakı ilə Qərbi azərbaycanlılar Ermənistana qaytarılır... Kurs başladı...

06.12.2025 / 17:25
Trampın Ukrayna sülh layihəsini 4 hissəyə parçaladılar...

06.12.2025 / 16:56
Yunan hökumətindən qeyri-insani addım - Suriya qaçqınlarını dənizdə xilas edənlərə cinayət işi açıldı...

06.12.2025 / 16:33
Rusiya cəmiyyətinin Putinə sualları böyük sirri açdı...

Regional yol infrastrukturlarının inkişafında müstəsna əhəmiyyətli maliyyə mənbəyi...

XƏBƏR ARXİVİ