Məktəb direktoru və müavinlərinə XƏBƏRDARLIQ EDİLDİ
Məktəb direktoru və direktor müavini vəzifələrinə təyinat zamanı qanunvericiliyin tələblərinin pozulduğu hallar aşkar edilərsə, bu barədə bilavasitə məsuliyyət daşıyan tərəflər barədə də ölçü götürüləcək, müvafiq tədbirlər görüləcək.
Bunu jurnalistlərə müsahibəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.
"Yerli bölmələrin, eyni zamanda müəssisələrin fəaliyyətinə nəzarət müntəzəm xarakter daşıyır. Yoxlama tədbirləri ilin sonunadək davam edəcək. Qaydaların və təlimatların pozulması halları yolverilməzdir", - deyə o bildirib.
Xatırladaq ki, may ayında paytaxtın 25, 81 və 203 nömrəli tam orta məktəblərində aparılan yoxlamalar zamanı bir sıra nöqsanlar aşkarlanıb və sözügedən təhsil müəssisələrinin direktorları vəzifələrindən azad edilib.
ZÜMRÜD