Çərşənbə günü, 23 iyul 2025
     

ABŞ Azərbaycanı da, Mərkəzi Asiyanı da itirir...

Image

Son dövrlərdə Qərb dünyasında Azərbaycana münasibətdə yürüdülən siyasətdə ciddi yanlışlığa yol verilməsi özünü qabarıq şəkildə büruzə verir. Təəssüf ki, həmin dövlətlərin sırasında ABŞ da yer almaqdadır. Hər halda, ABŞ-ın son addımları da bunu təsdiq edir.

Xatırladaq ki, bu il noyabrın 15-də ABŞ Konqresinin xarici əlaqələr komitəsində "Dağlıq Qarabağın gələcəyi" adında dinləmələr keçirilib. Halbuki, ABŞ Azərbaycanda belə bir ərazi vahidinin artıq mövcud olmadığını yaxşı bilir. Bunun ardınca ABŞ Senatı "2023-cü il erməniləri müdafiə Aktı"nı qəbul etdi. Bəlli oldu ki, ABŞ sentyabrın 19-20-də Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri nəticəsində Qarabağda suverenliyini tam bərpa etməsindən, Ermənistanın ölkəmizdəki qeyri-qanuni silahlı birləşmələrinin tərksilah olunmasından və yaratdığı oyuncaq rejimə son qoyulmasından, o cümlədən blokadada olan Naxçıvanla dəmir və avtomobil yolları vasitəsilə əlaqə yaratması təşəbbüsündən ciddi narahatdır. Elə buna görə də rəsmi Vaşinqton Azərbaycanla yüksək səviyyəli təmasları dayandıracaq, ölkəmizə birbaşa yardımı qadağan edən 907-ci düzəlişi işə salacaq, hərbi yardımları kəsəcək. Bununla ABŞ ölkəmizə təzyiq göstərə biləcəyini düşünür. Lakin Vaşinqtona da bəllidir ki, Azərbaycan dövlətinin ABŞ və onun Konqresinin qarşısında heç bir öhdəliyi yoxdur. Azərbaycan müstəqil siyasət yürüdür. Hər hansı bir qüvvənin Azərbaycana qərəzli mövqe ilə təzyiq göstərməsi yanlış ideyadır. Daha bir mühüm nüans odur ki, Azərbaycan olmadan ABŞ-ın Cənubi Qafqaz və Mərkəzi Asiya siyasəti də iflasa uğrayacaq. Bunu rus hərbi ekspert İqor Korotçenko da xüsusi olaraq vurğulayır. O qeyd edir ki, ABŞ-ın Azərbaycana real təzyiq rıçaqları yoxdur: "Azərbaycan daxilində situasiyanı pozmaq mümkün olmayacaq. Çünki Azərbaycan Respublikası effektiv siyasi hakimiyyət sisteminə malikdir, onun strukturu sabitdir. Qeyd edim ki, prezident Əliyev İkinci Qarabağ müharibəsinin qalibi, ölkənin suverenliyini və ərazi bütövlüyünü misli görünməmiş şəkildə bərpa etmiş xalqın lideri kimi Azərbaycan vətəndaşlarının tam etimadına malikdir. Ölkənin sabit maliyyə-iqtisadi vəziyyəti var, iqtisadiyyat şaxələndirilib, bundan əlavə, Əliyev son illər Mərkəzi Asiya ölkələri, eləcə də Rusiya və Türkiyə ilə iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdirir. ABŞ-ın Azərbaycana təzyiq, "boğma" mexanizmləri praktiki olaraq yoxdur, bundan əlavə, bu, Vaşinqtonun özünün milli maraqlarına uyğun gəlməyəcək. Çünki bu cəhdləri davam etdirsələr, ABŞ tərəfindən fəal şəkildə dəstəklənən Mərkəzi Asiya ölkələri bir daha əmin olacaqlar ki, Vaşinqton tamamilə etibarsız, ikiüzlü partnyordur və hər an arxadan bıçaq vurmağa hazırdır. Amerika antiazərbaycan yanaşmasını davam etdirsə, bu yalnız özünə, Xəzər və Mərkəzi Asiya regionunda maraqlarına zərər verəcək. Unutmayaq ki, Aİ-nin Rusiyanın enerji resurslarını tədarük etməkdən imtina etməsi kontekstində Cənub Qaz Dəhlizi ən azı Cənubi Avropa dövlətləri üçün onların enerji təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ona görə də Qərbdən Azərbaycana qarşı hansısa sanksiyalar tətbiq oluna və ya həyata keçirilə bilər? Yox. İctimai təbliğat sadəcə olaraq ritorikadır. Yenə deyirəm: Qərbin praktiki rıçaqları yoxdur. Bundan əlavə, Bakı ABŞ-ın cavabını verdi, lakin gələcək təmaslar və danışıqlar prosesinin qapısını qapatmadı".

Bütün bunlara rəğmən, görünən odur ki, ABŞ yanlış bir siyasət seçib və Azərbaycanla ikitərəfli əlaqələrin qorunmasına deyil, bu əlaqələrin pisləşməsinə və ya gərginləşməsinə üstünlük verir. Bakının ABŞ-ın bu siyasətinə sərt və qətiyyətli reaksiyası bir daha onu göstərdi ki, kimliyindən asılı olmayaraq, Azərbaycan onunla ultimatum və təzyiq dilində danışanlara və milli maraqlarına qarşı çıxanlara adekvat cavab vermək gücündədir. Çünki Azərbaycan bu bölgədə açar dövlətdir. O da faktdır ki, ABŞ Ukraynadakı müharibəni uzatmaqla öz gücünü Rusiya sərhədlərinə gətirib çıxarmaq istəyir. Ukraynadakı müharibə ilə Azərbaycan-Ermənistan münasibətlərinə fərqli münasibət bəsləyən ABŞ-ın maraqlarını şərh edən eksperlər bildirir ki, Vaşinqton ədalətli davranmır. Bu da onun mövqelərinin zəifləməsinə rəvac verir. ABŞ-ın Cənubi Qafqazla bağlı siyasəti sülhə və praktiki əməkdaşlığa xidmət etmir. Vaşinqton qəbul etməlidir ki, Azərbaycan Qarabağ problemini həll etməklə Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb. Bu fonda da sülh və praktiki əməkdaşlıq üçün yeni imkanlar yaranıb. Amma ABŞ-ın Cənubi Qafqaz regionu ilə bağlı siyasəti sülhə və əməkdaşlığa xidmət etmir. Bu səbəbdən də Azərbaycan Ermənistanla sülh danışıqlarının Vaşinqton platformasından imtina edir. O da çox önəmlidir ki, Şərqlə Qərb arasında mühüm ticari, nəqliyyat, energetika və iqtisadiyyat əlaqələrinin daha da möhkəmləndirilməsində, Mərkəzi Asiya ilə strateji tərəfdaşlıq münasibətlərinin qurulmasında həm ABŞ, həm də Avropa Azərbaycandan çox asılıdır. Amma ABŞ Azərbaycan vasitəsilə əldə edə biləcəyi imkanları itirir. Bakının qətiyyətli addımları Vaşinqtonu artıq daha rasional siyasət yürütməyə vadar etməlidir.Əks halda uduzan ABŞ özü olacaq.

Nahid SALAYEV



VİDEO

SON XƏBƏRLƏR

22.07.2025 / 23:25
Azərbaycan və Türkiyə arasında Anlaşma Memorandumu imzalandı - FOTO

22.07.2025 / 22:53
Ermənilər Ağdamda qəbirlərdən protezləri belə oğurlayıblar - arxeoloq Fərhad Quliyev maraqlı faktlar açıqladı

22.07.2025 / 22:28
Media nümayəndələri Fəxri xiyaban, Zərdabinin məzarı və Zəfər parkını ziyarət ediblər

22.07.2025 / 22:10
Ceyhun Bayramov Gürcüstan Prezidentini Ermənistanla normallaşma prosesi barədə məlumatlandırdı

22.07.2025 / 21:49
"Yubiley medalı jurnalistikada xidməti olanlar üçün nəzərdə tutulub" - Hikmət Hacıyev

22.07.2025 / 21:40
ABŞ-Rusiya savaşı, hələ ki, sözdə şiddətlənir...

22.07.2025 / 21:25
Rusiyanın ittiham etdiyi 2 azərbaycanlı alimdən reaksiyalar niyə gecikdi?..

22.07.2025 / 21:12
Azərbaycanın Avropa ilə siyasi gündəmi yenidən başlayır...

22.07.2025 / 20:58
Macarıstan və Serbiya Aİ-ni parçalayır - rus "neft kartı" işləyir...

22.07.2025 / 20:45
ABŞ-İran-Ermənistan üçbucağında Zəngəzur qovğası başlanır

22.07.2025 / 20:32
Azərbaycan-Ermənistan sülhü şəraitində Cənubi Qafqaz üçün beş mühüm ssenari…

22.07.2025 / 20:18
Azərbaycan rəsmilərinin adından Rusiya ilə münasibətlərə qarşı təxribat... Məqsəd nədir?

22.07.2025 / 20:05
Paşinyan Trampın qorxusundan 2 sülh maddəsinə münasibətini dəyişdi...

22.07.2025 / 19:51
Zəngəzur dəhlizi beynəlxalq ticarətin həcmini 100 milyard dollar artıracaq

22.07.2025 / 19:43
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər və zərərçəkmişlərin hüquqi varisləri ifadə verdi - FOTO

22.07.2025 / 19:37
Azad rayonlarımızın bərpasında gənclərin fəal iştirakı böyük nümunədir - təbliğat boşa getməyib...

22.07.2025 / 19:32
Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilib - FOTO

22.07.2025 / 19:25
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmuş güclü dövlətdir"

22.07.2025 / 19:24
Mətbuatın builki yubileyi əvvəlkilərdən çox fərqli oldu...

22.07.2025 / 19:20
Bir sıra media nümayəndələrinə yubiley medalı verildi

22.07.2025 / 19:19
"Bizim milli mətbuat bir əsr yarım ərzində şərəfli və mütərəqqi inkişaf yolu keçib" - Prezident

22.07.2025 / 19:15
Prezident: "Mətbuatın müstəqilliyi cəmiyyətimizin inkişafının başlıca şərtlərindən biridir"

22.07.2025 / 19:13
“AŞIQLAR QƏRBİ AZƏRBAYCANI TƏRƏNNÜM EDİR” ADLI KİTAB HAZIRLANIR

22.07.2025 / 19:12
"Azərbaycan milli mətbuatı xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini verib" - Prezident İlham Əliyev

22.07.2025 / 19:11
İrəvan Minsk qrupunun buraxılmasını Bakı ilə müzakirə edir? - Maraqlı bəyanat...

22.07.2025 / 19:07
Prezident İlham Əliyev Azərbaycanın media nümayəndələrinə müraciət ünvanladı

22.07.2025 / 18:57
Prezident Əliyev sazişlə bağlı İrəvana növbəti mühüm təklifi etdi...

22.07.2025 / 18:44
Avropa yalnız Azərbaycandan qaz alışını çoxaldıb - digər 3 mənbədən isə...

22.07.2025 / 18:30
İran nüvə müzakirələri üçün ABŞ-ı yox, 3 Avropa ölkəsini seçdi...

22.07.2025 / 18:23
Akademik Əhliman Əmiraslanov Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 18:16
Dünya mediası Əliyevin Mediaforumda çıxışına niyə həssas yanaşdı..

22.07.2025 / 18:08
DGK sədri Şahin Bağırov Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 18:01
Qərb Azərbaycanı iki qonşu ilə müharibəyə sövq edir... Şok

22.07.2025 / 17:48
Prezident İlham Əliyevin "Rusiya məhkəməyə veriləcək" bəyanatına Kremldən reaksiya ..

22.07.2025 / 17:35
Trampı Azərbaycanla bağlı xüsusi demarşa təşviq edən hadisə...

22.07.2025 / 17:30
Qismət Yunusoğlu Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 17:22
İsraildən Şara ilə bağlı şok iddia - 7 ayda 3 sui-qəsd cəhdi… Həyatını türklər xilas etdi…

22.07.2025 / 17:19
BDU-nun müəllimi “Bakı-Xəbər”in əməkdaşını təbrik etdi

22.07.2025 / 17:15
Hakan Fidandan xəbərdarlıq - Suriyanı bölməyə çalışsalar, müdaxilə edəcəyik...

22.07.2025 / 17:09
Tramp ABŞ-ı UNESCO-dan çıxarır...

22.07.2025 / 17:05
“Nar” milli mətbuatın 150 illiyini media nümayəndələri ilə qeyd edib - FOTO

22.07.2025 / 16:57
Daxili işlər nazirinin adından saxta məlumatlar yayıldı - MEDİA çağırış etdi...

22.07.2025 / 16:50
İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı

22.07.2025 / 16:33
Yunus Oğuzun 65 illik yubileyi münasibəti ilə kitab nəşr olunub

22.07.2025 / 16:32
Ömrünün 16 ilini orduda keçirdi, Vətən yolunda şəhadətə ucaldı

22.07.2025 / 16:30
Mətbuat Şurası Yunus Oğuzu 65 illik yubileyi münasibətilə təbrik etdi

22.07.2025 / 16:27
BDU-nun müəllimi Qismət Yunusoğlu “Bakı-Xəbər”i təbrik etdi

22.07.2025 / 16:20
Ali təhsil sahəsində tətbiq edilən beynəlxalq ikili diplom proqramlarının sayı artırıldı - SƏRƏNCAM

22.07.2025 / 16:18
Türkiyənin Egey sahilində yerləşən Didimi ziyarət etmək üçün 5 səbəb...

22.07.2025 / 16:15
Azərbaycanda qablaşdırılan dərmanlar 5 il yerli mal hesab olunacaq

22.07.2025 / 16:10
Azərbaycanda əmlakın qeydiyyatına dair yeni prosedur müəyyənləşdi

22.07.2025 / 16:07
Çoxşaxəli istedad sahibi, dərin intellektual... Aydın Mirzəzadədən Yunus Oğuza yubiley təbriki...

22.07.2025 / 16:01
Millət vəkili jurnalistləri təbrik etdi

22.07.2025 / 15:50
Millət vəkili Cavanşir Feyziyev jurnalistləri təbrik edib

22.07.2025 / 15:48
Millət vəkili Vüqar İskəndərov Yunus Oğuzu 65 yaş münasibətilə təbrik etdi

22.07.2025 / 15:28
Ərdoğan Avropa İttifaqına çağırış etdi - Türkiyəyə ehtiyacınız var…

22.07.2025 / 15:12
Ceyhun Bayramovun Gürcüstanın XİN başçısı ilə müzakirə etdiyi məsələlər açıqlandı...

22.07.2025 / 14:53
Azərbaycanın dövlət borcu açıqlandı

22.07.2025 / 14:36
İranın Rusiyadakı keçmiş səfiri - "Kreml seçim qarşısında qalsa, İsraili seçəcək"

22.07.2025 / 14:20
İran uranın zənginləşdirilməsinin müvəqqəti dayandırıldığını açıqladı...

22.07.2025 / 13:29
"Ermənistan konstitusiyasından ərazi iddiaları çıxarılmalı, Minsk Qrupu ləğv edilməlidir" - Nazir

22.07.2025 / 13:18
Prezident İlham Əliyev onun çıxışını paylaşdığına görə Trampa təşəkkür etdi

22.07.2025 / 13:10
Москва придумала новых врагов - казахов и президента Токаева - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

22.07.2025 / 13:08
Sabirabadda avtomobil yolunun əsaslı təmirinə 2,1 milyon manat vəsait ayrıldı - SƏRƏNCAM

22.07.2025 / 12:22
Maqnit qasırğası barədə əhaliyə XƏBƏRDARLIQ

22.07.2025 / 12:12
Hacıqabulda taxıl daşıyan TIR aşıb

22.07.2025 / 12:03
Türkiyə bu dəmir yolu layihəsinə 2,4 milyard avro cəlb edib

22.07.2025 / 11:43
BMT-dən həyəcan təbili: Quraqlıqlar qlobal fəlakətə çevrilir!

22.07.2025 / 11:38
Zəngəzur dəhlizi açıldıqdan sonra bu şirkətlərin xərcləri azalacaq

22.07.2025 / 11:22
Ceyhun Bayramovla Maka Boçorişvili arasında təkbətək görüş keçirilir

22.07.2025 / 11:12
Xırdalanda faciə - fəhlə üçüncü mərtəbədən yıxılıb öldü

22.07.2025 / 11:04
Azərbaycanlı hakim UEFA-dan təyinat alıb

22.07.2025 / 11:03
Rusiya Qafqazdan sökülməyə başladı - CANLI

22.07.2025 / 11:00
Baqrat Qalstanyan Paşinyanın nazirlərindən kompensasiya tələb edir

22.07.2025 / 10:41
Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak üçün qeydiyyat başlayıb

22.07.2025 / 10:25
Jurnalistika şərəfli və yüksək məsuliyyət tələb edən peşədir - Hikmət Hacıyevdən PAYLAŞIM

22.07.2025 / 10:14
Uranın zənginləşdirilməsi proqramından imtina etməyəcək - Əraqçi ABŞ-a meydan oxudu

22.07.2025 / 10:10
Ceyhun Bayramov Gürcüstana səfərə gedib

22.07.2025 / 10:06
Daha 53 ailə Cəbrayıla köçürüldü

22.07.2025 / 10:04
Media nümayəndələrinin iştirakı ilə "Mədəniyyətimiz, mətbuatımız: 150 il birlikdə" adlı tədbir keçirilib

22.07.2025 / 10:03
Prezident İlham Əliyevdən Milli Mətbuat Günü münasibətilə paylaşım

Azad rayonlarımızın bərpasında gənclərin fəal iştirakı böyük nümunədir - təbliğat boşa getməyib...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910