KÖHNƏ VERSİYA            

Xankəndinin "baş separatçı" canilərinin məhkəməsi açıq keçiriləcək...(?)

Image

Xəyal Bəşirov: “...Bu tələblər ədalət mühakiməsi prinsipləri ilə ziddiyyət təşkil etməyəcəksə separatçıların məhkəməsi açıq şəkildə də həyata keçirilə bilər”

Azərbaycanın Qarabağ bölgəsinin və digər suveren ərazilərinin Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunmasından sonra yaradılmış qondarma qurumun separatçı rəhbərlərin barəsində olan cinayət işləri yaxın vaxtlarda məhkəməyə göndəriləcək.

Bu sözləri Baş prokuror Kamran Əliyev Xankəndi şəhərində keçirilən "Ətraf Mühitin Gücləndirilməsində Maarifləndirmə və Hüquq Mühafizə Tədbirlərinin rolu” mövzusunda Elmi-Praktik Konfransda deyib.

O bildirib ki, artıq 15 nəfərlə bağlı aparılan ibtidai istintaq başa çatıb: "Onların bütün hüquqları təmin olunub, ölkədaxili qanunlar və beynəlxalq konvensiyaların tələblərinə uyğun bütün hüquqları təmin olunub, vəkil və tərcüməçi ilə təmin olunublar. Hazırda təqsirləndirilən şəxslər, vəkillər və zərərərçəkmiş şəxslər cinayət işi materialları ilə tanış olurlar. Tanışolma mərhələsi başa çatandan sonra ittiham aktı məhkəməyə göndəriləcək".

Separatçı cinayətkarların məhkəməsinin ictimiayyətə açıq keçirilməsi məsələsi gündəmə gəlib. Azərbaycan ictimaiyyətinin fikrincə, canilərə açıq məhkəmə keçirilməlidir, onlar hər kəsin gözü qarşısında mühakimə edilməlidir. Dünyada bu  təcrübənin olduğunu əsas gətirən ictimaiyyət hesab edir ki, separatçı canilər də bu şəkildə mühakimə olunmalıdır. 

Separatçıların məhkəməsinin açıq keçirilməsi gözləniləndimi? Canilər üçün açıq məhkəmə keçirilə bilərmi? 

“Bu məsələ ilə bağlı son qərarı müstəqil fəaliyyət göstərən məhkəmələrimiz qəbul edəcək” 

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycan cəmiyyətində maraqla, diqqətlə izlənilən proseslərdən biri də İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunmasına gətirib çıxaran 19-20 sentyabr tarixli lokal antiterror tədbirlərinin ardınca Azərbaycan ərazilərində terrorçu qruplaşmalara zaman-zaman rəhbərlik etmiş və qondarma rejimin “vəzifəliləri” kimi özlərini qələmə vermiş şəxslərin həbs edilməsi, onların mühakiməsi ilə bağlı məsələdir. “Əslində, bu təkcə Azərbaycan xalqının və dövlətinin marağında olmamalıdır, dünyada faşizmə, separatizmə, ayrı-ayrı terrorçu qruplaşmaların “liderlərinə” qarşı necə ümumi yanaşma, səfərbərlik olubsa bu məsələdə də eyni münasibət olmalıdır. Ancaq çox təəssüflər olsun ki, biz bu məsələdə də dünyada bəzi qüvvələrin ikili yanaşmasının şahidi oluruq. Amma hər bir halda Azərbaycan bu məsələdə beynəlxalq hüquqa, daxili qanunvericiliyə, eyni zamanda ədalət mühakiməsinə uyğun addımlarını atmaq qərarındadır. Keçmiş o qondarma rejimin əli Azərbaycan xalqının qanına batmış “liderlərinin” mühakimə prosesinin, Azərbaycanın Baş prokurorunun da verdiyi məlumata görə, artıq ibtidai istintaqı bitib. İbtidai istintaqın materialları ilə həmin şəxslərin, həm onlarının müdafiəçilərinin, prosessual qanunverciliklə nəzərdə tutulmuş digər şəxslərin tanış olması mərhələsi başlayıb. Təbii ki, bundan sonra həmin o materiallar prosessual qanunvericiliyimizə uyğun olaraq məhkəməyə göndəriləcək. Bu prosesin açıq, yaxud qapalı keçirilməsi ilə bağlı məsələdən daha çox həmin o şəxslərlə bağlı aparılan ibtidai istintaqın və məhkəmə istintaqının şəffaf, ədalətli aparılması Azərbaycan dövlətinin marağındadır. Eyni zamanda həmin o şəxslərin layiqli cəzalarına məhkum edilməsi məsələsi Azərbaycan dövlətinin maraq dairəsindədir. Təbii ki, separatçı canilərin məhkəməsinin açıq keçirilməsi məsələsində vətəndaşlarımızın, xalqımızın fikirlərini normal başa düşmək olar. Xocalı soyqırımını, Daşaltı, Başlıbel, Qaradağlı, Meşəli, Kərkicahan, Ballıqaya faciələrini, xalqımıza, dövlətimizə qarşı olan genosidi,  təcavüz cinayətlərini törədən həmin o şəxslərin mühakiməsinin açıq şəkildə aparılması ilə bağlı insanların fikirləri də anlaşılandır. Amma təbii ki, bununla bağlı qərarı məhkəmə verəcək”-deyə X.Bəşirov bildirdi.

X.Bəşirov bildirdi ki, Azərbaycan hüquqi dövlətdir, Azərbaycanın 1995-ci ildə ilk müstəqil konstitutsiyasının tələblərinə görə, Azərbaycanda hakimiyyətlərin bölgüsü prinsipi var, qanunvericilik, icra və məhkəmə hakimiyyətləri bir-birindən asılı olmayan, müstəqil şəkildə fəaliyyət göstərən hakimiyyət qollarıdır. O vurğuladı ki, Azərbaycanda ədalət mühakiməsini həyata keçirən məhkəmə müvafiq işə baxarkən həmin o işin açıq, yaxud qapalı keçirilməsini zəruri hesab edirsə, o yöndə qərar verəcək: “Təbii ki, burada dövlətçiliyimizin, ümummili maraqlarımızın, xalqımızın maraqlarının tələbi də üstün tutulacaq, amma bu tələblər ədalət mühakiməsi prinsipləri ilə ziddiyyət təşkil etməyəcəksə separatçıların məhkəməsi açıq şəkildə də həyata keçirilə bilər.

Qeyd edim ki, bu məsələ ilə bağlı son qərarı müstəqil fəaliyyət göstərən məhkəmələrimiz qəbul edəcək. Amma bütün hallarda mən də Azərbaycan xalqının nümayəndəsi, Azərbaycan dövlətinin vətəndaşı olaraq həmin şəxslərin ədalətli və layiqli cəzalarına çatmasını arzulayıram. Bizi hər şeydən əvvəl daha çox yekun qərarlar maraqlandırır. 

Bundan başqa onu da deyim ki, separatçıların İkinci Qarabağ müharibəsindən sonra ərazi bütövlüyümüzün təmin edilməsi zamanı həbs edilərək istintaq təcridxanasına göndərilməsi, təbii, öz-özlüyündə çox uğurlu bir addım idi. Əslində bu, cinayət qanunvericiliyinə görə, cəzanın əsas məqsədlərindən birinə nail olmaq kimi bir addım idi. Nə üçün? Çünki cəzanın əsas məqsədlərindən biri sosial ədalətin bərpası, cinayət törətmiş şəxsin  islah edilməsidir, eyni zamanda bu, həm cinayət törətmiş şəxsin, həm də digər şəxslər tərəfindən cinayət xarakterli addımların qarşısının alınması məqsədilə həyata keçirilib.  Bu şəxslərin həbs edilməsi, onların mühakiməsi prosesi, layiqli cəzalarına çatdırılması ilə bağlı atılan bütün addımlar bir daha gələcəkdə Azərbaycan dövlətinə, xalqına qarşı  bu fikrə düşənlərin öz addımlarından çəkinməsinə səbəb olacaq. Təkcə Azərbaycan xalqına və dövlətinə qarşı deyil, ümumiyyətlə dünyanın ayrı-ayrı yerlərində belə soyqırım, təcavüz, sülh və insanlıq əleyhinə olan müharibə cinayətlərinin törədilməsinin qarşısını almaqda çox ciddi bir uğur oldu”-deyə bildirən X.Bəşirovun sözlərinə görə, bununla bağlı Azərbaycan dövləti, onun rəhbəri Prezident İlham Əliyev əslində kifayət qədər ədalətli adımlar atıb. O vurğuladı ki, Prezident 2023-cü ilin 28 mayında Laçında Ermənistana və erməni xalqına, həmin o terrorçulara silahı yerə qoymaları ilə əlaqədar çağırış etdi, bunu edəcəkləri təqdirdə onlarla bağlı  hümanist addımların atılacağı barədə mövqe bildirdi.  “Amma onlar buna silahla cavab verdilər. Azərbaycan polisinə, hərbiçilərinə qarşı  terror aktı törətdilər. Təbii ki, bunun da məntiqi nəticəsi kimi 19-20 sentyabr tarixli lokal antiterror tədbirləri, həmin o şəxslərin böyük bir hissəsinin həbs edilməsi olmalı idi. 

Düşünürəm ki, bu, hüquqi müstəvidə Ermənistanın Azərbaycana qarşı törətdiyi   cinayətlərə, Ermənistana zaman-zaman rəhbərlik etmiş və yaxud da rəhbərlik edən cinayətkar ünsürlərin havadarlığı ilə Azərbaycan ərazisində terorçuluq fəaliyyəti həyata keçirən şəxslərə qarşı atdığı ən uğurlu addımlardan biri idi. Prezident İlham Əliyev bu məsələdə Azərbaycan xalqının, dövlətinin və dövlətçiliyinin maraqlarından çıxış edərək prinsipial və qətiyyətli mövqeyini ortaya qoyub. Qeyd edib ki,  biz  Azərbaycan xalqına və dövlətinə qarşı atılan bütün addımların layiqili cavabını verəcəyik. Bu məsələdə də, təbii ki, ölkə başçısının prinsipiallığının və qətiyyətinin şahidi oluruq. Düşünürəm ki, bundan sonra Ermənistan dövlətinə və bu dövlətə rəhbərlik etmiş şəxslərə qarşı Azərbaycanın beynəlxalq hüquqi müstəvidə addımları olacaq. Çünki Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, həmin o şəxslər Azərbaycan dövlətinə və Azərbaycan xalqına qarşı törətdiyi genosid cinayətləri ilə paralel olaraq Azərbaycan ərazisində ekosid, tarixi, dini, mədəni abidələrimizə, mədəni irsimizə qarşı kultursid,  şəhərlərimizə, kəndlərimizə, digər yaşayış məskənlərimizə qarşı urbasid  cinayətləri törədiblər. Ağdamın Qafqazın Xirosiması adlandırılacaq həddə qədər vəhşiliyə məruz qalmasını özündə ehtiva edən urbasid həyata keçiriblər. Yəni bütün bu addımların cavabları veriləcək”-deyə X.Bəşirov vurğuladı.  

X.Bəşirov hesab edir ki, Azərbaycanın atdığı və atacağı addımlar ədalətin bərqərar olmasına xidmət edir. Onun sözlərinə görə, bütün bunlar Azərbaycanla Ermənistan arasında, bütövlükdə Cənubi Qafqaz regionunda münaqişənin bütün izlərinin silinməsinə, haqqın, ədalətin bərqərar olmasına, Azərbaycan xalqı ilə erməni xalqı, Ermənistan dövləti ilə Azərbaycan dövləti arasında düşmənçiliyə birdəfəlik son qoyulmasına gətirib çıxaran addımlardır. “Təbii ki, haqq-ədalət bərqərar olmayacaqsa bu məsələ yarımçıq qalacaq. Hər halda düşünürəm ki, bu məsələdə Azərbaycan xalqının, Azərbaycan vətəndaşının tam şəkildə etibar etdiyi və etimad göstərdiyi Azərbaycan Prezidneti İlham Əliyevin atacağı addımlar ən doğru addımlardır. Fikrimcə, biz sona qədər ölkə başçısının bu addımlarını bir xalq, bir cəmiyyət olaraq dəstəkləməkdə davam edəcəyik” - deyə X.Bəşirov qeyd etdi. 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031