Çərşənbə axşamı günü, 8 iyul 2025
     

Rəşt-Xəzər dəmiryolu açıldı - ermənilərin Şimal-Cənub marşrutu bitdi...

Image

Asif İbrahimov: "Real əsasları olmadığına görə Ermənistanın arzusu illərdir ki, elə ideya səviyyəsində kağız üzərində qalır"

İranın Ənzəli şəhərində Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tərkib hissəsi olan Rəşt-Xəzər limanı dəmiryol xətti istifadəyə verilib.

 İran mətbuatı  xəbər verir ki, İranın şimalındakı Gilan əyalətində yerləşən Ənzəli Azad Ticarət və Sənaye Zonasında təşkil edilən mərasimdə İran prezidentinin səlahiyyətlərini icra edən Məhəmməd Moxberin iştirakı ilə Rəşt şəhərini Xəzər limanı ilə birləşdirən layihənin açılış mərasimi keçirilib. Açılışda Rusiya rəsmiləri də iştirak edib.

Məlumata görə, mərasimə İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş, Gilan əyalətinin hökumət nümayəndələri və Xəzəryanı ölkələrin dövlət rəsmiləri qatılıb.

Qeyd edək ki, Xəzər dənizi ilə Fars körfəzini birləşdirəcək Rəşt-Xəzər dəmir yolu idxal-ixrac əməliyyatları üçün əhəmiyyətlidir. Bu yol gələcəkdə Rəşt-Xəzər və Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmiryoluna birləşərək Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafını təmin edəcək.

Bu yolun istifadəyə verilməsi Ermənistanın  gələcək kommunikasiya imkanlarına necə təsir edəcək? Çünki onlar uzun müddətdir çalışırlar ki, Fras körfəzini Qara dənizlə birləşdirən yol məhz Ermənistandan keçsin. 

Beynəlxalq qiymətləndirmə üzrə ekspert Asif İbrahimov "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, qlobal  iqtisadiyyat və təchizat zəncirləri son illərdə texnoloji irəliləyişlərlə bir-birinə daha çox bağlıdır. Regional layihələr də Cənubi Qafqaz ölkələri üçün həyati əhəmiyyət kəsb edir. Bu, hazırda inkişaf üçün ilkin şərt hesab olunur. Zəngəzur dəhlizi məsələsi də bu kontekstdə olduqca əhəmiyyətlidir.

2018-ci ildən Ermənistan hakimiyyəti Fars körfəzi-Qara dəniz dəhlizinin yaradılmasından danışır. Amma İrəvan Şimal-Cənub nəqliyyat dəhlizində bu mühüm layihənin həyata keçirilməsi üçün heç bir iş görməyib. Bunun nəticəsidir ki, Şimal-Cənub magistralı hələ tikilməyib və İranla Ermənistanı birləşdirən müasir yol belə yoxdur. Çünki hazırda Gorus-Qafan yolunun mühüm hissəsi Azərbaycanın nəzarətindədir. İran-Ermənistan dəmir yolunun tikilməsi ilə bağlı danışıqlar da   xəyal olaraq qalır".

Ekspertin sözlırinə görə, son illərdə Azərbaycanın böyük həcmlərdə investisiya qoyuluşu hesabına yaratmağa nail olduğu müasir yol-nəqliyyat infrastrukturu respublikamızın tranzit daşımaları üçün önəmini əhəmiyyətli dərəcədə artırıb:  "Hazırda ölkəmiz Avrasiyada çox mühüm nəqliyyat-logistika habı qismində çıxış edir. Eyni vaxtda iki beynəlxalq marşrutun - Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin Azərbaycanın ərazisindən keçməsi ölkəmizə böyük üstünlüklər qazandırır.

Ermənistan zamanında Fars körfəzi-Qara dəniz dəhlizinin məhz bu ölkədən keçməsi ilə bağlı xam xəyallar qururdu. Bununla bağlı müzakirələrin tarixi uzaqlara  gedib çıxır. İşğalçılıq siyasətinin girovuna çevrilən Ermənistan düşdüyü dalandan çıxmaq üçün artıq illərdir ki, yollar arayır. Ermənistanın əvvəlki və indiki prezidentləri, elə baş nazir Nikol Paşinyanın özü də bəhs olunan dəhlizin Ermənistandan keçməsi ilə bağlı utopiyaya bənzəyən fikirlər səsləndiriblər. Xatırladaq ki, hələ 2014-cü ildə bu ölkədə   İrandan Ermənistana dəmir yolunun çəkilməsi haqqında dövlət proqramı hazırlanaraq parlamentdə təsdiqlənib. Proqrama əsasən, 300 kilometrlik dəmir yolu 64 körpüdən, 60 tuneldən və 27 stansiyadan ibarət olmalı idi. Layihənin ümumi dəyəri isə 3,5 milyard dollar həcmində dəyərləndirilirdi. İddia olunurdu ki, layihənin icrası sayəsində Ermənistan Çinlə Avropanı birləşdirəcək tranzit mərkəzinə çevriləcək. Lakin real əsasları olmadığına görə Ermənistanın arzusu illərdir ki, elə ideya səviyyəsində kağız üzərində qalır. Analitiklərin qənaəti belədir ki, Ermənistanın bu ideyanı reallaşdırmaq üçün şansları sıfıra bərabərdir. Ermənistan üçün başqa bir acı reallıq ondan ibarətdir ki, bu ölkənin dəmir yolları şəbəkəsi Rusiyaya satılıb. Bu səbəbdən də Ermənistanla İran arasında dəmir yolunun çəkilməsinə dair hər hansı bir qərarı da İrəvan yox, Moskva verə bilər".

Məhəmmədəli QƏRİBLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

08.07.2025 / 16:53
Prezident İlham Əliyev Trampa başsağlığı verdi

08.07.2025 / 16:51
Türkiyənin Antalyada tarixi sualtı kəşfi - eramızdan əvvəl Yunan-Helenistik dövrünün sonları və...

08.07.2025 / 16:26
Tramp Ukrayna siyasətini dəyişir - ABŞ Kiyevə daha çox silah verəcək…

08.07.2025 / 16:07
Xəzər polisi əməliyyat keçirdi - qadın narkotacirin evindən 10 kq narkotik çıxdı...

08.07.2025 / 15:43
“Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib - FOTO/YENİLƏNDİ

08.07.2025 / 15:31
Yol polisi motosiklet sürücülərinin qayda pozuntularına qarşı nəzarəti gücləndirdi

08.07.2025 / 15:30
Ekranda nə var, cəmiyyətdə də o var

08.07.2025 / 15:16
"İrandan nüvə müzakirələrinə qayıtmağı tələb etməyin heç bir mənası yoxdur" – İranlı parlamentaridən ABŞ-a mesaj...

08.07.2025 / 15:03
Mixail Qusman Prezident İlham Əliyevin medianın inkişafındakı rolu ilə bağlı konfransın keçirilməsini təklif etdi

08.07.2025 / 14:22
Xarici media filiallarının Media Reyestrinə daxil edilməsi prosedurları sadələşdirilir

08.07.2025 / 14:08
"Yolumuz Qarabağa” portalından əldə olunan icazənin müddəti 5 günədək artırıldı

08.07.2025 / 13:55
Xaricdən ofis və mənzillərdə videomüşahidə kameralarına müdaxilənin qarşısı alındı - DTX-dən növbəti əməliyyat...

08.07.2025 / 13:23
"Ümumilli Lider Heydər Əliyevin mediaya münasibəti bir nümunədir" - Natiq Məmmədli

08.07.2025 / 13:12
С. Маркедонов, вместо сказок, научитесь смотреть на Россию со стороны! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

08.07.2025 / 12:58
Cəbrayılda narkotik əməliyyatı - İki kiloqam marixuana və tiryək aşkarlandı

08.07.2025 / 12:46
Qanuna dəyişiklik edildi - polis əməkdaşlarının sosial müdafiəsi gücləndirilir

08.07.2025 / 12:34
"Azərbaycanda demokratik mətbuatın sürətli inkişafının təmin edilməsi Ümummilli Liderin adı ilə birbaşa bağlıdır" - Əhməd İsmayılov

08.07.2025 / 12:18
"Yaranmış vəziyyətdən siyasi xal qazanmağa çalışanlar var" - rusiyalı deputat

08.07.2025 / 12:11
"Azərbaycanın lider mövqeyinin güclənməsi medianın gündəmini də zənginləşdirir"

08.07.2025 / 12:05
ABŞ-da təyyarə qəzası olub - 4 nəfər həlak olub

08.07.2025 / 12:00
Dağıstanda 100-dən çox şəxs sudan zəhərlənib

08.07.2025 / 11:40
Tanınmış iş adamının oğlu faciəvi şəkildə ölüb

08.07.2025 / 11:21
Türkiyədən Fransaya ETİRAZ - ölkədaxili hüququmuza hörmətlə yanaş"

08.07.2025 / 11:15
Milli Məclis iclas keçirir - 15 məsələ müzakirə olunur

08.07.2025 / 11:05
Zəngilanda 1 tona yaxın çətənə bitkisi məhv edilib - polis açıqlama yaydı

08.07.2025 / 11:04
Rusiya Azərbaycandan qisas almağa hazırlaşır. Amma nəyin? - CANLI

08.07.2025 / 11:02
Bu axşam “Çelsi” - “Fluminense” görüşü olacaq

08.07.2025 / 10:30
Dünya bazarında qızıl və gümüş bahalaşıb

08.07.2025 / 10:22
Vaqif Poeziya Günləri yenidən poeziya sevərləri bir araya gətirir!

08.07.2025 / 10:17
Kəlbəcərdə “UAZ” aşıb, iki nəfər xəsarət alıb

08.07.2025 / 10:12
Tramp Nobel Sülh Mükafatına namizəd oldu

08.07.2025 / 10:10
Dəmiryolçular İtaliyada tətilə başlayıb

08.07.2025 / 10:04
Biləsuvar sakininin maşınından 2 kiloqram narkotika tapıldı

08.07.2025 / 10:01
"Kilsəni əxlaqsızlardan şəsxən özüm azad edəcəm" - Paşinyandan səs-küylü açıqlama

08.07.2025 / 09:35
Pentaqon təsdiqlədi - Ukraynaya əlavə müdafiə silahları göndəriləcək

08.07.2025 / 09:25
Lənkəranda sürücü yol qəzasında ölüb

08.07.2025 / 09:20
"Mərkəzi Avropa ölkələri bizim etibarlı tərəfdaşlarımızdır" - Hikmət Hacıyev

08.07.2025 / 09:20
Rusiyada işdən çıxarıldıqdan saatlar sonra meyiti tapılan nazirin ölümü ilə bağlı müəmmalar artır...

08.07.2025 / 09:12
Texasdakı daşqın qurbanlarının sayı 100 nəfəri ötüb

08.07.2025 / 09:06
Məşhur qapıçı daha 2 il "Barselona"da

08.07.2025 / 09:00
Tramp 14 ölkəni hədələdi - avqustun 1-dən ticarət tarifləri artırılır...

08.07.2025 / 08:56
ADY qatarları yay qrafikinə keçir- açıqlandı

08.07.2025 / 08:37
Bəzi məktəblərdə attestat qiymətləri üstündə alver qızışır...

07.07.2025 / 23:45
Qazaxıstan öz neftini Azərbaycan üzərindən ixrac edə bilər - Bakı-Supsa kəməri...

07.07.2025 / 23:29
Ermənistan parlamenti Ohanyanın deputat toxunulmazlığını ləğv etdi

07.07.2025 / 22:31
"Nəticə budur - faktlar bir-bir artır..." - Aydın Quliyev yazır

07.07.2025 / 21:29
Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verdi - FOTO

07.07.2025 / 21:18
Rusiyada Azərbaycan diaspor rəhbərlərinin “ovuna çıxıblar”... Faktlar çoxalır...

07.07.2025 / 21:03
Quba-Xaçmaz bölgə sakinləri "fındıq elanlarından" qəzəbləniblər...

07.07.2025 / 20:48
Zəngəzur dəhlizi ABŞ və Rusiyanı üz-üzə qoyub...

07.07.2025 / 20:34
Ermənistan konstitusiyanı dəyişməkdən birdəfəlik imtina etdi, lakin Bakının tələbini icra edəcək...

07.07.2025 / 20:19
Neft bazarında vəziyyət qarışır, Azərbaycan preventiv tədbirlər görməyə məcburdur

07.07.2025 / 20:05
Xəzərdə Özbəkistanın öz “paromları” işləyəcək - Azərbaycanın “70 faiz güzəşt”i böyük iş görür...

07.07.2025 / 19:50
ECO-nun Qarabağ sammiti Əfqanıstandan Rusiyaya “yol açdı”...

07.07.2025 / 19:36
Rusiya Ukraynada kimyəvi silah tətbiq etdi - ağır ittiham, dünya şokda...

07.07.2025 / 19:22
Qlobal demoqrafiya problemləri Azərbaycanda da özünü göstərməyə başlayır...

07.07.2025 / 19:10
İrandan Azərbaycana 42 kq narkotik keçirilməsi cəhdinin qarşısı alındı - DTX və DSX-dən birgə əməliyyat...

07.07.2025 / 19:02
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı

07.07.2025 / 18:51
Rusiya Əfqanıstanı “İslam əmirliyi” kimi tanıyan ilk ölkə oldu...

07.07.2025 / 18:37
İranda türk dili problemi - Xankəndi sammiti tarixi mərhələ açdı...

07.07.2025 / 18:23
Kənd yerlərimizdə nikahsız doğulanların sayı sürətlə artır...

07.07.2025 / 18:09
ECO-nun Xankəndi sammiti - regional əməkdaşlıqda yenilik üçün yeni şərtlər var...

07.07.2025 / 17:56
Trampın Putinə ümidləri Ukraynada tam dağıldı...

07.07.2025 / 17:43
Aşuranı İranla eyni gündə və saatda keçirməyə məcburuq?..

07.07.2025 / 17:31
Pezeşkian ona qarşı sui-qəsd planının olduğunu iddia etdi - arxasında ABŞ deyil, onlar dayanırdı...

07.07.2025 / 17:26
Rusiyada daha bir müəmmalı ölüm - Putinin bu gün səhər işdən çıxardığı nazir Starovoyt evində ölü tapıldı...

07.07.2025 / 17:15
Bakıda oğurluq edən 2 şəxs saxlandı

07.07.2025 / 17:08
Rusiya hava limanlarındakı xaos Putini qəzəbləndirdi - 300-ə yaxın uçuşun dayandırılması nazirin başında çatladı…

07.07.2025 / 16:52
Filmlərin istehsalı üçün çəkilmiş xərclər qismən geri ödəniləcək...

07.07.2025 / 16:48
Ersin Tatar Azərbaycan və Şimali Kiprin biznes icmalarını daha fəal əməkdaşlığa çağırdı

07.07.2025 / 16:33
Azərbaycan Avropa İttifaqına boru kəməri ilə ən çox qaz ixrac edən ölkələrin ilk beşliyində...

07.07.2025 / 16:25
Fransa daha bir zərbəni Belçika və Perudan aldı - “Rafale” qırıcılarından imtina etdilər...

07.07.2025 / 16:10
Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərov V Dan qara kəmər dərəcəsinin fəxri diplomuna layiq görülüb

07.07.2025 / 16:06
Ərdoğan Özgür Özələ qarşı 500 min TL-lik iddia qaldırdı

07.07.2025 / 15:26
Diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsinin açılışı oldu - FOTO

07.07.2025 / 15:19
BMU məzunu tam təqaüdlə Çin universitetinə qəbul olub

07.07.2025 / 15:10
Sabunçuda soyğunçuluq edənlər saxlandı

07.07.2025 / 14:54
Qanı bahasına torpağı Vətən edən daha bir igidimiz – Murad Bədirov...

07.07.2025 / 14:48
Nəsimidə iki nəfəri hədələyərək soyan şəxs yaxalandı...

07.07.2025 / 14:37
Bölgələrimizdə dağılmaqda olan tarixi hamamlar yada düşmür...

07.07.2025 / 14:30
"Moskva ilə Bakı arasında fikir ayrılıqları konstruktiv şəkildə həll edilməlidir" - Peskov

Qlobal demoqrafiya problemləri Azərbaycanda da özünü göstərməyə başlayır...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910