Cümə günü, 2 may 2025
     

Şəhidlər Xiyabanında işlədi, özü də şəhid oldu, oğlunun 1 yaşına çata bilmədi - Kişvər xanım...

Image

Kişvər Əliyeva: "Təsəllim o olur ki, Məhəmməd qəhrəman bir atanın, mənim şəhid balamın oğludur"

Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyasının Şəki Şəhər Heydər Əliyev Mərkəzində "44 gün – Tarixi zəfər" adlı kitabın I və II cildinin təqdimat mərasimi çərçivəsində Şəki, Oğuz və Qəbələdən olan şəhid valideynlərindən övladları, Vətənin igid, ölməz oğulları barədə müsahibələr götürdük. 

Budəfəki müsahibimiz 16 may 1991-ci ildə Oğuz rayonunda doğulan Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi Anar Talıb oğlu Əliyevin anası Kişvər Əliyevadır...

"Demə ki, şəhidlik mənim oğlumun da alın yazısı imiş, şəhid qardaşlarının məzarına qulluq edə-edə özü də o yola doğru gedirmiş"

Yol gözləmək yormaz anaları, bir ömrü boyu balasının yolunu gözləyər, analar onda yanıb-yaxılar ki, balası gəlməz, geri qayıtmaz, qapını açıb içəri girməz, anasının qoynuna qısılmaz, saçlarına tumar çəkməz... Analar onda yanıb kül olar. Əzəl gündən səməndər quşu kimi alışıb-yanar analar, balasının hər qədəminə, hər gülüşünə, hər sözünə canını qurban edər, oğullar da canını Vətənə qurban verər. Analar Vətənə qurban gedən oğulları üçün heyfsilənməz heç vaxt, yarımçıq arzularına, yarıda qırılan ömürlərinə vaysınar, yanar. Kişvər ana qürurlu bir anadır, səsi titrəsə də, əlləri əssə də, gözlərinin yaşı qurumasa da, oğlunun şəhidliyi ilə qürur duyur.  

Ana deyir ki, oğlu şəhid olanda 30 yaşın içində olub. Adını Məhəmməd qoyduğu oğlunu ailəsinə və Vətənə əmanət edərək yağıdan öcümüzü almağa gedib, gedib ki, torpaqlarımızın azad olunmasında iştirak etsin, canını bu torpağa qurban versin. Anar kimi, oğullar ona görə şəhid olub ki, Məhəmməd kimi körpələr müharibəsiz, qansız-qadasız dünyada yaşasın.  

Kişvər ana dedi ki, Anar 1998–2009-cu illərdə Oğuz şəhər şəhid E.Abdullayev adına 2 nömrəli tam orta məktəbdə oxuyub, 2009–2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçib. Ananın sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Anar Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azad edilməsi uğrunda döyüşüb.

Qeyd edək ki,  Anar Əliyev oktyabrın 26-da Füzulinin azad edilməsində qəhrəmancasına vuruşaraq şəhid olub, oktyabrın 27-də Oğuz Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı,  Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

"Anar şəhid olanda 29 yaşı tamam olmuşdu, təzəlikcə 30-a keçmişdi. Müharibəyə könüllü getdi. 

Anar müharibədən əvvəl Oğuz rayon Şəhidlər Xiyabanına baxırdı, həm də daşıma işi ilə məşğul olurdu. Şəhidlər Xiyabanında şəhidlərimizin məzarına qulluq edirdi, bunu özünə şərəfli borc bilirdi. Demə ki, şəhidlik mənim oğlumun da alın yazısı imiş, şəhid qardaşlarının məzarına qulluq edə-edə özü də o yola doğru gedirmiş. 

2020-ci il sentyabrın 21-də 3 günlük təlimə getdi. Sentyabrın 26-da oğlu Məhəmmədin ad günü idi, 1 yaşı tamam olurdu. Çox gözlədik, amma Anar oğlunun ad gününə gəlmədi, gəlməyi qismət olmadı. 3 günlük təlim adı ilə evdən çıxdı, ayın 27-si müharibə başladı. Oğlum müharibənin ilk günündən döyüşdə oldu. Oktyabrın 26-da Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub.

Çox yaxşı oğlan idi Anar. Bütün şəhidlərimiz yaxşı oğlanlar olub. Hamısı boy sırası ilə seçilib canlarını Vətənə qurban veriblər. Anarın çox arzuları vardı, amma heç birinə çata bilmədi. Şəhidlərimizin hamısının şəxsi arzuları çox idi, eləcə də mənim oğlumun.  Düzdür, onlar öz arzularına çata bilmədilər, amma qəhrəmanlıqları ilə torpaqlarımızı işğaldan azad etdilər. Ən böyük arzuları torpaqlarımızı azad etmək olub, ona da nail oldular".

Kişvər xanım deyir ki, bəzən oğlunun şəhid olduğuna inanmaq istəmir, hər şeyi unudub Anarı gözləyir, Məhəmməd də atasının yollarına göz dikir, amma atası gəlmir. Kişvər ana bildirir ki, Şəhidlər Xiyabanına gedirlər, orada uyuyan  oğlunun məzarını ziyarət edirlər, bir az təsəlli, bir az təskinlik tapırlar. "Biz şəhdi anaları nəvələrimizə baxanda ürəyimiz qan ağlayır. Mənim üç oğlum vardı, biri şəhid olub. O oğlanlarımın uşaqları atalarının üstünə qaçanda mənim ürəyim ağrıyır. Amma təsəllim o olur ki, Məhəmməd qəhrəman bir atanın, mənim şəhid balamın oğludur. Şəhid uşaqları məzarlıqlara, Şəhidlər Xiyabanlarına gedib başdaşlarını qucaqlayıb atalarının iyini alırlar. Şəhid balaları belə təsəlli alırlar"-deyə Kişvər Əliyeva bildirdi.

Kişvər ana onu da dedi ki, Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının şəhidlərin adlarının əbədiləşdirilməsi, xatirələrinin yaşadılması, onların unudulmaması üçün gördüyü işlər misilsizdir. Ana qeyd etdi ki, övladlarının adlarının kitablarda, məqalələrdə yaşadılması onlara böyük təsəllidir. "Təsəllimiz odur ki, oğlumuz Vətən uğrunda şəhid olub. Şəhid valideynləri  Xatirə Kitabı Redaksiyasının bu dəyərli işini yüksək qiymətləndirir. Bu kitablar nəsillərdən-nəsillərə keçəcək və gələcək nəsillər biləcək ki, Azərbaycanın  necə qəhrəman oğulları olub"-deyə ana bildirdi.

Söhbətimizin sonunda ana səsi titrəyə-titrəyə dedi ki, sinəsində oğul dağı gəzdirən bütün analar övladlarının şəhid adı ilə qürur duyur...

İradə SARIYEVA
Şəki-Bakı




VİDEO

SON XƏBƏRLƏR

02.05.2025 / 09:35
"Dünya siyasətinə etibarsızlıq qayıdır" - Donald Tuskdan AÇIQLAMA

02.05.2025 / 09:22
Novxanı bağlar massivində silah-sursat tapılıb

02.05.2025 / 09:18
“Skype” gələn həftə bağlanır

02.05.2025 / 09:12
Yunanıstanı tətillər bürüyüb- qiymət artımına qarşı...

02.05.2025 / 09:07
Tramp keçmiş müşavirini BMT-yə səfir göndərir

02.05.2025 / 09:00
Avropa Liqası: "Mançester Yunayted" və "Tottenhem"dən qələbə

01.05.2025 / 23:12
Bakının bu ərazilərində ev və obyektlər söküləcək - sakinlərə müraciət edildi...

01.05.2025 / 22:46
Ermənistan SQ-nin Qaradağlı kəndini işğal etməsi, azərbaycanlıları vəhşicəsinə qətlə yetirməsi, işgəncə verməsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub - FOTO

01.05.2025 / 22:21
Leyla Əliyeva və Arzu Əliyeva Polad Həşimovun evində olublar - FOTO

01.05.2025 / 21:37
Bəzi İran dairələrinin Azərbaycana qarşı "mədəniyyət iddialarına" son qoyula bilər...

01.05.2025 / 21:22
Bank kartlarındakı pulun sığortalanması mümkündür?...

01.05.2025 / 21:08
Putinin partiyasının konfransında ermənilərin Azərbaycana qarşı təxribatı baş tutmadı...

01.05.2025 / 20:55
Ermənistan həsrətində olduğu Şimal-Cənub dəhlizi xatirinə borca girdi...

01.05.2025 / 20:41
Putin "Stalinin irsinə" dönüş edir - ilk addım atıldı...

01.05.2025 / 20:27
Azərbaycanın Çinlə birgə avtomobil istehsalının uğursuzluğu Naxçıvandan başladı...

01.05.2025 / 20:14
Qərbin Qarabağ erməniləri ilə bağlı illər əvvəlki planı açılır - 2023-cü ilin iyulunda...

01.05.2025 / 19:57
Hindistan Pakistanın parlament qərarına da baxmadı - İslamabad zorla müharibəyə təhrik edilir...

01.05.2025 / 19:44
Azərbaycanın dövlət büdcəsi niyə hər il kəsirlə tərtib olunur? - Peşəkarların təhlili...

01.05.2025 / 19:30
Netanyahu və Ərdoğanın Bakıda görüş ehtimalına ziddiyyətli reaksiyalar var...

01.05.2025 / 19:26
Reuters-in sensasiyalı tapıntısı: “İranın gizli imperiya planı” üzə çıxdı

01.05.2025 / 19:17
Dini və milli tolerantlığın Azərbaycan nümunəsinə dünyada ehtiyac artır

01.05.2025 / 19:03
Rəsmi Bakı Hindistan və Pakistanı gərginliyi aradan qaldırmaq üçün dialoqa çağırdı...

01.05.2025 / 18:47
Avropa Xalq Partiyası Azərbaycana qarşı ermənipərəst qərar qəbul etdi...

01.05.2025 / 18:32
Trampın 100 gündə ən böyük "qazancı" - vədlərinin heç biri...

01.05.2025 / 18:23
İsrail səfiri Ronen Kraus "İsraildə Azərbaycan Evi"də diaspor və icma rəhbərləri ilə dəyirmi masa keçirib - FOTO/VİDEO

01.05.2025 / 18:18
ABŞ nümayəndəsi BMT TŞ-də Rusiyanı kəskin ittiham etdi...

01.05.2025 / 18:10
DİN Qaradağda məktəb ətrafında naməlum şəxslə bağlı yayılan görüntüləri araşdırdı…

01.05.2025 / 18:05
Türkiyə İsrailin Dəməşqə hərbi zərbələrinə susur... Niyə? - İlginc məqamlar var...

01.05.2025 / 17:59
“Türk” etnonimi və törələri - YUNUS OĞUZ yazır

01.05.2025 / 17:56
Leyla Əliyeva və Arzu Əliyeva “Yalnız mədəniyyət” musiqili-bədii gecədə iştirak ediblər - FOTO

01.05.2025 / 17:56
"Təyyarədaşıyan manevr etdi - Amerikanın F/A-18E qırıcısı Qırmızı dənizə qərq oldu

01.05.2025 / 17:51
Bölgələrimizdə tarixi abidələrin mühafizəsində ciddi nöqsanlar hələ mövcuddur...

01.05.2025 / 17:38
Trampın komandası Azərbaycana “hücuma” hazırlaşır? - “Azərbaycanda demokratiya aktı”?...

01.05.2025 / 17:33
Bakıda avtomobillərin qarşısına çıxaraq təhlükə yaradan şəxs saxlandı

01.05.2025 / 17:26
Bakıda “Porsche” ilə “avtoşluq” edən sərxoş sürücü həbs edildi...

01.05.2025 / 17:24
Beynəlxalq ekspert Azərbaycanda ingilis dili metodikasına irad bildirdi...

01.05.2025 / 17:20
“Bu cür kütləvi məzarlıqlar erməni vandalizminin çoxsaylı əyani sübutlarındandır” - Umud Mirzəyev

01.05.2025 / 17:15
Rusiyada bir mənzildə güclü partlayış 3 ukrayna agentini ələ verdi - bomba əllərində partladı...

01.05.2025 / 17:03
Əlcəzairdən Fransaya sərt cavab - səfirliyin ərazisi 14 hektardan 2-yə endirilir, icarə qiyməti qaldırılır...

01.05.2025 / 16:33
Kamran Əliyev yenidən Baş prokuror təyin edildi

01.05.2025 / 16:28
“Azəristiliktəchizat”a yeni sədr təyin edildi

01.05.2025 / 16:20
Közərmə lampalarının idxalı, istehsalı və satışı qadağan edildi

01.05.2025 / 16:17
Bir sıra dövlət qulluqçularının aylıq vəzifə maaşları artırıldı - FƏRMAN

01.05.2025 / 15:20
Dağılmaqda olan tarixi hamamlar...

01.05.2025 / 15:19
Naxçıvanda rəqəmsal inkişaf və nəqliyyat naziri vəzifəsinin müvəqqəti icrası ona həvalə olundu

01.05.2025 / 15:13
“Qan-qan deyən” Hindistanla Pakistan arasındakı müharibə kimə sərf edir?”

01.05.2025 / 15:11
Konqres Trampın Ukraynayla sazişini “qəsbkarlıq” adlandırdı

01.05.2025 / 15:06
Polis Qaradağda əməliyyat keçirdi - saxlanan var...

01.05.2025 / 14:50
Koordinasiya Şurasının növbəti iclası keçirildi

01.05.2025 / 14:35
Məhkəmədə Davit İşxanyanın Şuşanın işğalına dəstəyini əks etdirən video nümayiş olunub

01.05.2025 / 14:23
"Meyit qalıqlarının çoxu qadınlara aiddir, üzərində zorakılıq əlamətləri var" - Eldar Səmədov

01.05.2025 / 14:09
Məhkəmədə Arkadi Qukasyanın Şuşanın işğalından dərhal sonra orada olmasını əks etdirən videomateriallar nümayiş etdirilib

01.05.2025 / 13:52
Xocalıda kütləvi məzarlıq aşkarlandı - FOTO

01.05.2025 / 13:38
Prezident İlham Əliyev Qusarda yolun təmirinə 1,5 milyon manat ayırdı

01.05.2025 / 13:22
Bir gündə vətəndaşların bank kartlarından 30 min manat apardılar - DİN növbəti dəfə xəbərdarlıq etdi

01.05.2025 / 13:10
Что такое родина для армян? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

01.05.2025 / 12:54
Milli Məclis Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsinə razılıq verdi

01.05.2025 / 12:26
Tramp Ukraynanı yenidən silahlandırmağa başladı

01.05.2025 / 12:07
Şəkidə mal-qara oğruları yaxalanıb

01.05.2025 / 12:00
Yunanıstan yanğınlarla bağlı İsrailə təyyarə göndərməkdən imtina etdi

01.05.2025 / 11:25
Dünyanın ən yaşlı insanı olan 116 yaşlı rahibə vəfat edib

01.05.2025 / 11:22
Politico: - “Nəhayət ki,Trampı Putinin onu axmaq yerinə qoymasına inandırdılar”

01.05.2025 / 11:15
Netanyahu və Ərdoğan Azərbaycana gəlirlər - saatlar Bakı vaxtı ilə qurulur...

01.05.2025 / 11:07
Yasamal sakini dəm qazından zəhərlənərək ölüb

01.05.2025 / 11:05
Putin məhz buna görə sülhdən qorxur - CANLI

01.05.2025 / 11:00
Bu gündən xəstəlik vərəqələri elektron formada veriləcək

01.05.2025 / 10:48
17 yaşı var, "Barselona"da rekord qırır...

01.05.2025 / 10:33
ABŞ və Ukrayna arasında “təbii sərvətlər haqqında” saziş imzalandı

01.05.2025 / 10:24
Rusiya “Şahidlər”lə Odessaya hücum etdi: ölənlər və yaralananlar var.

01.05.2025 / 10:20
Tramp Kamala Harrisin ərini işdən qovub - Ağ Evdən ETİRAF

01.05.2025 / 10:14
Şahzadə Dianaya görə Silvestr Stallone və Riçard Qir qırğına çıxdılar

01.05.2025 / 10:07
Salyanda narkotik tərkibli bitkilər yetişdirən 4 nəfər saxlanılıb

01.05.2025 / 10:00
Milli Məclis bu gün Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsi barədə təqdimata baxacaq

01.05.2025 / 09:40
Ukrayna ABŞ-la bağlanacaq sazişin şərtlərini açıqlayıb - Baş nazir bir-bir sadaladı...

01.05.2025 / 09:38
QHT yeni layihəyə start verir

01.05.2025 / 09:30
Bu gün Sabunçunun bir çox ərazisi qazsız qalacaq

01.05.2025 / 09:25
Sabirabadda ölümlə nəticələnən yol qəzası olub

01.05.2025 / 09:23
"Müğənni olmaqdansa şəxsiyyətli kişinin xanımı olardım" - Mətanət Əsədova

01.05.2025 / 09:23
Beş ildən bir həkimlərin imtahan edilməsinə etirazlar çoxalır...

01.05.2025 / 09:16
“Barselona” - “İnter” görüşü: hərəyə 3 qol...

01.05.2025 / 09:12
Şimali Kiprdə XIX Beynəlxalq Simpozium keçilib

Dini və milli tolerantlığın Azərbaycan nümunəsinə dünyada ehtiyac artır

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678