Dağıstanda 3 günlük matəm elan edilib
Dağıstanda 15-dən çox polis əməkdaşı terror aktlarının qurbanı olub, bir neçə mülki şəxs də həlak olub. Bu barədə Dağıstan Respublikasının başçısı Sergey Melikov bildirib.
"Dağıstanın sülh və əmin-amanlığını müdafiə edən 15-dən çox polis əməkdaşı terror aktının qurbanı oldu", - deyə region rəhbəri teleqram kanalında yayımladığı videoda qeyd edib. O əlavə edib ki, bir neçə mülki şəxs həlak olub. Respublikada iyunun 24, 25 və 26-sı matəm günləri elan edilib.
Mətləb Salahov