Rusiya nüvə doktrinasını dəyişə bilər - Dumanın komitə rəhbəri səbəbləri də açıqladı...
Rusiyaya qarşı təhdidlər artarsa, nüvə doktrinasını dəyişə bilər. Bunu “Ria Novosti”yə Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov deyib.
Onun sözlərinə görə, belə olan halda nüvə silahından istifadə ilə bağlı qərarın qəbul edilməsi vaxtı dəyişə bilər.
“Hər şey hərbi-siyasi vəziyyətin necə dəyişəcəyindən asılı olacaq. Doktrina ölkəmiz ətrafında baş verənlərə münasibətimizi əks etdirir. Əgər görsək ki, çağırışlar və təhdidlər artmaqdadır, bu o deməkdir ki, biz nüvə silahının istifadə müddətinə, onlardan istifadə qərarına müəyyən düzəlişlər edə bilərik. Lakin təbii ki, bu barədə indi danışmaq tezdir”. – Kartapolov deyib.
Bundan əvvəl Rusiya prezidenti Putin Rusiyanın nüvə doktrinasını dəyişə biləcəyini demişdi.
TAHİR