Makronun həbs etdirdiyi Kaledoniya lideri Fransaya aparıldı...
Yeni Kaledoniyanın müstəqillik tərəfdarlarının lideri Kristian Ten ilkin həbs müddətini Fransadakı həbsxanalardan birində keçirəcək.
“Figaro” yazır ki, bu barədə onun vəkili məlumat verib. Numea şəhərində saxlanılaraq dindirilən digər 10 nəfər barədə də oxşar qərar qəbul edilib. Onlara qarşı konkret hansı maddələrlə ittiham irəli sürüldüyü açıqlanmır. Lakin istintaq cinayətkar birlik yaratma, quldurluq və vəzifəli şəxsləri öldürməyə cəhd faktları üzrə aparılır.
Müstəqillik tərəfdarlarının Müluzdakı təcridxanaya yerləşdiriləcəyi bildirilib. Yeni Kaledoniya Konqresinin katibliyinin direktoru, xanım Frederik Muliava isə istintaq müddətini Klermon-Ferrandakı həbsxanada keçirəcək.
ZÜMRÜD