Naxçıvanın sabiq naziri vəkil təyin edildi...
Sabiq məhkəmə hakimləri Məhəmməd Əkbərov və Ələddin Cəfərov vəkilliyə başlayır. “Qafqazinfo” xəbər verir ki, eks-hakimlər Vəkillər Kollegiyasının üzvü seçiliblər. Bundan sonra onlar fəaliyyətlərini vəkil kimi davam etdirəcəklər.
Qeyd edək ki, Məhəmməd Əkbərov 5 il Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi işləyib. O, ötən il yaş həddi ilə bağlı təqaüdə göndərilib. M.Əkbərov 1998-2000-ci illərdə Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri olub. 2000-2007-ci illərdə Naxçıvan MR İqtisadi Məhkəməsinin, 2007-2017-ci illərdə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin sədri işləyib.
Ələddin Cəfərov isə uzun illər Nəsimi, Yasamal və Nizam rayonlarında məhkəmə sədri və hakim işləyib. O, 2022-ci ildə yaş həddi ilə bağlı təqaüdə göndərilib. Ə. Cəfərov eyni zamanda Azərbaycan Hakimlər İttifaqının sədr müavinidir.
***
Daha 4 nəfər sabiq hakim Vəkillər Kollegiyasının üzvü seçilib.
Bunlar Qələmdər Abbasov, İsa Məmmədov, Natavan Tağıyeva, Telli İsmayılovadır. Uzun illər hakim işləmiş adları qeyd olunan şəxslər bu dəfə vəkil kimi məhkəmə salonlarına qayıdacaqlar.
Sail Ağasəlim