Şəmkirdə narkotiklərin satışında təqsirləndirilən şəxs yaxalanıb
![Image](/uploads/posts/2024-06/7aaece81171903107752256561810881442.webp)
Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı rayon sakini Samir Hüseynov saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, S.Hüseynovun üzərindən və rayon ərazisindəki tikilidən 4 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Mətləb