Britaniyanın ən varlı ailəsinin 4 üzvü cəza aldı - QALMAQAL
Britaniyanın ən varlı ailəsinin dörd üzvü evlərindəki qulluqçuları istismar etməkdə və icazəsiz işlə təmin etməkdə təqsirli bilinərək həbs cəzası alıblar.
Bu barədə “Sky News” kanalı məlumat yayıb. Prakaş Hinduca və həyat yoldaşı Kamal, oğulları Ajay və onun həyat yoldaşı Namrata Hinduca Cenevrədə göl kənarındakı villalarında işləyən qulluqçularını istismar etdikləri üçün İsveçrə məhkəməsi tərəfindən cəzalandırılıblar. Onlar hindistanlı işçilərin pasportlarını ələ keçirməkdə, onlara İsveçrə frankı ilə deyil, rupi ilə ödəniş etməkdə, villadan çıxmalarına qadağa qoymaqda və onları uzun müddət işləməyə məcbur etməkdə ittiham olunublar.
Mətləb Salahov