Neftçalada liseydə 35 min manatlıq yeyinti - cinayət işi başlandı
Neftçala şəhər humanitar təmayüllü Muğan liseyində baş verən qanunsuzluqlarla bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsindən daxil olmuş material əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Rayon prokurorluğundan verilən məlumata görə, ilkin araşdırma zamanı həmin liseydə qeyri-qanuni sinif komplektinin yaradılması və məşğələlərin keçirilməməsi nəticəsində 35 min manatdan çox dövlət vəsaitinin mənimsənilməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Fakta görə, Neftçala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3-cü və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
ZÜMRÜD