Cümə axşamı günü, 24 iyul 2025
     

Neft-qaz gəlirlərinin azalması Azərbaycana faciə deyil, əgər...

Image

Aparılan hesablamalara əsasən, ölkəmizdə ümumi daxili məhsul (ÜDM) istehsalı neft-qaz sektorunda cari ilin yanvar-may aylarında əvvəlki ilin müvafiq dövrü ilə eyni səviyyədə qalaraq, 17 milyard 222,8 milyon manat olub. Amma sözü gedən məhsulların ixracı və onların gətirdiyi gəlirlər məsəlsində vəziyyət bir qədər fərqlidir. 

Məsələ burasındadır ki, cari ilin ilk beş ayında ötən ilin eyni dövrü ilə müqayisədə qaz ixracı həcmində artım olsa da, Azərbaycanın mavi yanacaqdan gəliri iki dəfə azalıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvar-may aylarında ölkədən 9 milyard 912,6 milyon kubmetr təbii qaz ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,9 faiz çoxdur.

İxrac edilən təbii qazın dəyəri 3 milyard 451,1 milyon dollar olub.

Xatırladaq ki, 2023-cü ilin eyni aylarında Azərbaycandan 7 milyard 103 milyon dollar dəyərində, yəni, 9 milyard 362,7 milyon kubmetr təbii qaz ixrac edilib. Hesabat dövründə qazın hər 1000 kubmetrinin qiyməti 614-dən 348 dollara düşüb. Üstəlik, "Azəri", "Çıraq", "Günəşli" üzrə neft gəlirləri də azalıb. Bəs, neft-qaz gəlirləri azalırsa, bu, iqtisadiyyata necə təsir göstərəcək? Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məzahir Əfəndiyev  bildirir ki, dünyada dördüncü sənaye inqilabının çağırışları ənənəvi təbii resurslardan alternativ resurslara keçidi əhatə edir: "Azərbaycan da praktiki olaraq bu istiqamətdə lazımi addımları atır". Deputat dünyada istər neft, istər qazın qiymətinin dəyişkən olduğuna diqqət çəkir: "Əgər ilyarım bundan öncə qazın hər min kubmetrinin qiyməti 2 min dollardan artıq idisə, bu gün bundan qat-qat aşağıdır. Bu da, şübhəsiz ki, dövlət büdcəsinin gəlirlərinə təsir göstərir". Amma onun sözlərinə görə, hökumət Azərbaycanda iqtisadiyyatın inkişafı, onda müəyyən zərərli təsirlərin aradan qaldırılması istiqamətində tədbirlər görür və bunun nəticəsidir ki, bu ilin dövlət büdcəsində qeyri-neft sektorundan əldə olunan gəlirlərin həcmi artır: "Bu da müəyyən mənada neft-qazdan olan itkilərin kompensasiya olunması anlamını verir. Lakin iqtisadiyyat inkişaf etdiyi üçün bütün iqtisadiyyatdakı və dövlət büdcəsindəki gəlirlər, xərclər tam dəqiqliyi ilə hesablanmalıdır. Mümkün qədər elə etmək lazımdır ki, dövlət büdcəsində gəlir hissəsi ilə xərc hissəsi arasında balans olsun. Ancaq iqtisadçı Natiq Cəfərli məsələ ilə bağlı "Azadlıq" radiosuna bildirib ki, Azərbaycan iqtisadiyyatının neft və qaz gəlirlərindən asılı olması tendensiyası uzun illərdir davam edir: "Neftdən asılılıq yeni bir məsələ deyil. 2002-2003-cü illərdən, yəni ölkəyə böyük neft pullarının gəlməsindən bəri həm ümumi daxili məhsulda, həm büdcənin formalaşmasında, əsas da xarici ticarətdə neft və qazdan asılılıq faiz nisbətində dəyişməyib. İndi qaz ucuzlaşır, gəlir azalır. Başqa bir problem isə ondan ibarətdir ki, neftin hasilatı kəskin düşür. Mayda biz 500 min bareldən az neft hasil etdik. 2000-ci illərdən bəri bu, ilk dəfədir baş verirdi. Bu isə o deməkdir ki, neftdən gələn gəlirlər də kəskin azalır". Ekspert bunda qorxulu heç nə görmür: "Dövlət Neft Fondunda, Mərkəzi Bankda kifayət qədər və büdcə formalaşması üçün üçillik ehtiyatlar var. Eyni zamanda, xarici borc da ÜDM nisbətində aşağı səviyyədədir və Azərbaycanda MDB ölkələr arasında ən yaxşı göstəricidir. Amma tendensiya davamlı olarsa, nə olacaq? Əsas sual budur. Hökumət yeni istehsal sahələri yarada biləcəkmi?". Ekspert hesab edir ki, təxirəsalınmaz tədbirlərə ehtiyac var.

Bunlar fonunda qeyri-neft sektorunun inkişaf etdirilməsi Azərbaycan hökumətinin 2010-cu illərdən sonra qarşısına qoyduğu əsas prioritet istiqamətdir. Buna görə də sosial-iqtisadi inkişafın müasir mərhələsində əsas vəzifələrdən biri iqtisadiyyatın diversifikasiyası ilə bağlı qeyri-neft sektorunun inkişafı və onun ixrac potensialının gücləndirilməsindən ibarətdir. Bunun da səbəbi odur ki, ölkə iqtisadiyyatının diversifikasiya olunması, ölkəyə gələn valyuta axınlarının artırılması, iqtisadiyyatın sağlamlaşdırılması, həmçinin məşğulluq problemlərinin həlli və ölkədə vətəndaşlara layiqli iş yerlərinin yaradılmasında qeyri-neft ixracı çox önəmlidir. Qeyri-neft sektorunun inkişafı bir tərəfdən ölkənin ixrac potensialının inkişafına təsir göstərir, digər tərəfdən isə əmək tutumlu sahələr olduğuna görə yeni iş yerlərinin açılmasına və əhalinin həyat səviyyəsinin yüksəlməsinə şərait yaradır. Daha bir mühüm məqam odur ki, ölkə iqtisadiyyatının dayanıqlılığının artırılmasında qeyri-neft sektorunun ixrac potensialının ciddi əhəmiyyəti var. Bu fonda qeyri-neft sektorunun ixrac məhsullarının dünya bazarlarına çıxarılmasına imkan verən beynəlxalq layihələrin hazırlanması, ölkənin ixrac potensiallı məhsullarının bazarlarda möhkəmlənməsi üçün dünya dövlətləri ilə əlaqələrin genişləndirilməsi, bu əlaqələrdən ixrac potensialının artırılması tədbirlərində fəal istifadə edilməsi olduqca vacibdir. Ekspertlərin krincə, müasir texnologiyaların tətbiqi ilə yeni müəssisələrin yaradılması qeyri-neft sektorunun inkişafında yeganə düzgün yol kimi dəyərləndirilməlidir. Belə müəssisələrin qurulması üçün xarici və daxili kapitalın indikindən daha böyük həcmlərdə cəlb edilməsi olduqca vacibdir. Xüsusən də bu yatırımlar dördüncü sənaye inqilabının tələbləri səviyyəsində müasir müəssisələrin qurulmasına istiqamətləndirilsə, sahibkarlar dünyada gedən proseslərə daha tez uyğunlaşa bilərlər.

Ramil QULİYEV



VİDEO

SON XƏBƏRLƏR

24.07.2025 / 18:37
Azad sahibkarlığın qanunvericilik əsasları daim təkmilləşdirilir...

24.07.2025 / 18:23
Erməni lobbi konqresmenləri Azərbaycana qarşı hücuma keçdilər...

24.07.2025 / 18:19
Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı konfransın iştirakçılarına müraciəti BMT-nin rəsmi sənədi kimi yayıldı

24.07.2025 / 18:09
Xarici ticarətimizdə müsbət saldo getdikcə azalır - nə etməliyik…

24.07.2025 / 18:04
Azərbaycan QHT-ləri ermənipərəst konqresmenlərlə bağlı ABŞ dövlət katibinə müraciət etdi...

24.07.2025 / 17:56
Peskov səhv etdi - Bakıdakı rusları Rusiyadakı azərbaycanlılarla müqayisə etmək düzgün deyil...

24.07.2025 / 17:43
Paşinyan belə təcili Altaya niyə gedib?..

24.07.2025 / 17:37
Zəngəzur dəhlizi açılmadan İrəvanda "bir kəmər, bir yol bayramı" başlayıb...

24.07.2025 / 17:30
UNESCO-nun baş katibi Trampa cavab verdi - ancaq öz təşkilatının eybini açdı…

24.07.2025 / 17:25
“Rəqəmsal sahibkarlıq” müsabiqəsinin qalibləri mükafatlandırıldı

24.07.2025 / 17:16
Rusiya ABŞ-ı hiyləgərlikdə ittiham etdi - onlar yeni bir şey təklif edə bilməz...

24.07.2025 / 17:06
Deputat Cavanşir Feyziyev Şəkidə seçiciləri qəbul edib

24.07.2025 / 16:52
Abşeronda saxlanılan 2 nəfərdən 5 kq narkotik aşkarlandı

24.07.2025 / 16:37
Korrupsiya ilə bağlı 10 nəfər cinayət başında yaxalanıb...

24.07.2025 / 16:23
13 milyonluq əmlaka həbs qoyuldu...

24.07.2025 / 16:06
İran geri addım atdı – MAQATE Tehrana heyət göndərir...

24.07.2025 / 15:50
Xalq artisti Arif Babayev xəstəxanaya yerləşdirilib, vəziyyəti kritik ağırdır

24.07.2025 / 15:38
Bakıda əməliyyat zamanı çəkiliş - həkimə töhmət, baş həkimə xəbərdarlıq edildi...

24.07.2025 / 15:01
bp BTC ilə ixrac olunan neftin keyfiyyətilə bağlı məsələyə aydınlıq gətirdi

24.07.2025 / 14:49
"Azərbaycan İsrailin müsəlman aləmi ilə yaxınlaşmasında həlledici rol oynaya bilər" - Keçmiş ABŞ səfiri

24.07.2025 / 14:37
Bakıda bağçada qeydiyyatsız uşaqlar aşkarlandı - müdiri işdən çıxarıldı

24.07.2025 / 14:21
Ermənistanın spikeri Marqarita Simonyanı təhqir etdi - çirkin məxluq...

24.07.2025 / 14:05
Tələbələri üçün Prezident təqaüdünün məbləği də artırıldı...

24.07.2025 / 13:57
Tələbə təqaüdlərinin məbləği artırıldı - SƏRƏNCAM

24.07.2025 / 13:53
Kənd təsərrüfatı məhsulları istehsal edən tikinti obyektlərinə rəylərin əhatə dairəsi müəyyənləşdi

24.07.2025 / 13:52
Lukaşenkonun Estoniyaya girişinə qadağa qoyuldu...

24.07.2025 / 13:47
"Zəngəzur dəhlizinin açılması bölgə üçün böyük əhəmiyyət daşıyır" - Birol Akgün

24.07.2025 / 13:32
Azərbaycan Suriyaya qaz nəqlinə başlayır...

24.07.2025 / 13:22
"44 gün-Tarixi zəfər" kitabının II və III cildi Qubada şəhid ailəsinə təqdim edilib...

24.07.2025 / 13:19
Qusarda narkotikin təsiri altında avtomobil idarə edən sürücü tutuldu

24.07.2025 / 13:10
Угрозы Григория Карасина и Ходжы Насреддина - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

24.07.2025 / 13:06
Nazir Somalidən olan tələbələrin Azərbaycanda təhsil almasından danışdı

24.07.2025 / 12:53
Azərbaycan və Somali XİN rəhbərlərinin geniş tərkibdə görüşü keçirilib

24.07.2025 / 12:50
Daha 29 ailə Ağdərənin Həsənriz kəndinə yola salındı

24.07.2025 / 12:46
Kremldən Zəngəzur dəhlizi ilə bağlı açıqlama...

24.07.2025 / 12:16
Rusiyada 49 nəfərin olduğu An-24 təyyarəsi qəzaya uğrayıb

24.07.2025 / 12:03
Mətbuat Şurası Prezident İlham Əliyevə təşəkkür məktubu göndərib

24.07.2025 / 11:50
Dövlət Agentliyindən sabit tarifin tətbiqi ilə bağlı açıqlama...

24.07.2025 / 11:38
Sabah bütün sosial müavinətlər ödəniləcək

24.07.2025 / 11:32
Neftçalada iki nəfərə xəsarət yetirən şəxs yaxalanıb

24.07.2025 / 11:29
Azərbaycan və Özbəkistan prezidentləri arasında telefon danışığı olub

24.07.2025 / 11:25
Küveyt sorğu göndərdi, Almaniyada saxlanılan Azərbaycan vətəndaşı azad edildi

24.07.2025 / 11:00
Barak Obama hədəfdə - haqqında araşdırmalar başladı

24.07.2025 / 10:37
Saatlıda "Jiquli" 68 yaşlı qadını vurub öldürdü

24.07.2025 / 10:27
Yevlaxda 40 yaşlı kişini güllə ilə öldürüblər

24.07.2025 / 10:20
Yaşı 75-i ötən fransızlar istilərdən ölür...

24.07.2025 / 10:16
PSJ-də qalmaqal - baş məşqçi 5 futbolçuya qapını göstərdi!

24.07.2025 / 10:12
Trampdan yeni qərar - bu dəfə süni intellektlə bağlı

24.07.2025 / 10:06
"Araz-Naxçıvan" UEFA Konfrans Liqasında ilk matça çıxacaq

24.07.2025 / 10:00
Çin və ABŞ üz-üzə - bu dəfə saxta Labubuya görə...

24.07.2025 / 09:42
Xanhüseyn Kazımlı vəfat edib

24.07.2025 / 09:26
Binəqədidə evdən meyit tapılıb

24.07.2025 / 09:25
178 ölkədən turist azalıb, Çin turistləri isə çoxalıb...

24.07.2025 / 09:20
Ankara və Dəməşq hərbi əməkdaşlıq müqaviləsi imzalayacaq?

24.07.2025 / 09:12
"Qarabağ" Çempionlar Liqasına qələbə ilə başladı

24.07.2025 / 09:04
MAQATE nümayəndələrini qəbul etməyə hazırıq - İrandan açıqlama

24.07.2025 / 09:00
Si Cinpin Pekində Avropa İttifaqının rəhbərləri ilə görüşüb

24.07.2025 / 09:00
Axşamüstü dənizdə boğulmaların sirləri - Elmi-lədun

24.07.2025 / 08:48
ANAMA əməkdaşı qəzaya düşüb

24.07.2025 / 08:45
"44 gün-Tarixi zəfər" kitabının II və III cildi Qubada təqdim ediləcək

24.07.2025 / 08:31
Neft Fondumuzun gəliri 245 milyon manat azalıb... Niyə?

24.07.2025 / 00:40
Ukraynadan Rusiyaya dördlü zirvə təklifi - Zelenski-Putin görüşü üçün konkret vaxt qoyuldu...

23.07.2025 / 23:31
Dəmir yolunun üstündə təhlükəli qəsəbə - 156 ailənin cəmi 12-si məcburi köçkündür, evini kirayə verənlər də var...

23.07.2025 / 21:27
Paşinyan keşişlərə qarşı sonuncu səlib yürüşünə başlayır

23.07.2025 / 21:14
Axundovun milli mənşəyini dəyişdirmək vətəndaş həmrəyliyinə böyük zərbə cəhdidir...

23.07.2025 / 20:59
AB sanksiyaları Rusiyanı Hindistanda da vurdu...

23.07.2025 / 20:45
İran, Zəngəzur da daxil, regionda bütün tranzit marşrutlara əl qoydu...

23.07.2025 / 20:31
Əliyevlə Trampın mövqeyi Ermənistanda dərin narahatlıq doğurub...

23.07.2025 / 20:18
Rusiya qazından imtina edən Avropa ilə Azərbaycanın siyasəti bu cür olacaq...

23.07.2025 / 20:10
Gəncədə axtarışda olan şəxs saxlanarkən polislərə silahlı müqavimət göstərdi

23.07.2025 / 20:05
Zəngəzur Ermənistanın bir saylı daxili siyasi məsələsinə çevrildi...

23.07.2025 / 19:51
Azərbaycanda mətbuat müstəqilliyinin daha bir böyük missiyası...

23.07.2025 / 19:38
Ermənistan əhalisinin yarısı Azərbaycanla saziş istəyir...

23.07.2025 / 19:26
İşğaldan azad ərazilərin iqtisadiyyatı sürətli inkişaf yoluna çıxıb...

23.07.2025 / 19:19
İşığa çevrilən söz - “Əkinçi” - Hafiz Təmirov yazır...

23.07.2025 / 19:11
Yəhudi təşkilatları Aydın Quliyevin 65 illiyini təbrik etdilər...

23.07.2025 / 19:06
Suverenliyin bərpasından sonrakı mətbuat yubileyinin fərqli mənası var...

23.07.2025 / 18:51
Rəsmi Kreml Əliyevin Ukrayna siyasətinə açıq münasibət bildirdi - “biz bununla razılaşmadıq”

23.07.2025 / 18:46
Ağdam – dünən işğal, bu gü inkişaf!

23.07.2025 / 18:37
Trampın İlham Əliyevdən paylaşdığı videonun arxasında unikal məqam...

23.07.2025 / 18:30
BAMF tərəfindən yerli QHT-lər üçün keçirilən silsilə təlimlər başa çatıb

Azad sahibkarlığın qanunvericilik əsasları daim təkmilləşdirilir...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910