"Bunlar faşistlərdir, bunlar pis insanlardır” - Tramp Baydeni "bombaladı"
ABŞ-ın keçmiş prezidenti Donald Tramp indiki Amerika lideri Cozef Baydenin administrasiyasını immiqrasiya siyasətinə görə “faşist rejim” adlandırıb. Keçmiş Ağ Ev rəhbəri Viskonsin ştatında hazırkı ABŞ prezidentinin miqrasiya siyasətini belə şərh edib.
“Baydenin qeyri-qanuni miqrantlar üçün amnistiyası Amerika demokratiyasına birbaşa hücum və Baydenin konstitusiya sistemimizi necə məhv etdiyini və onu korrupsioner və faşist rejimlə əvəz etdiyini göstərən başqa bir nümunədir. Bunlar faşistlərdir. Bunlar pis insanlardır”.
Mətləb Salahov