Ukrayna baş prokuror müavininin bahalı əmlakı ölkəni qarışdırdı - baş prokuror Ali Radaya çağırıldı
Ukraynanın baş prokuroru Andrey Kostin müavini Dmitri Verbitskinin əmlakına dair jurnalist araşdırmasına görə, Ali Radaya çağırılıb. Bu haqda məlumatı Radanın deputatı Yaroslav Jeleznyak yayıb.
“Söz verdiyim kimi, təklifim səsvermədən keçdi. Baş prokurordan onun əməkdaşlarının əmlakı necə uğurla əldə etmələri ilə bağlı izahatını gözləyirik” – Jeleznyak “Telegram” kanalında yazıb.
Ukraynalı deputatın sözlərinə görə, Kostinin Radaya çağırılmasına 216 qanunverici səs verib. Baş prokuror iyunun 19-da Radaya çağırılıb.
Qeyd edək ki, may ayında mediada Ukrayna baş prokurorunun müavini Dmitri Verbitskinin Kiyevdə elit qəsəbədə qohumunun odessalı iş adamından iki milyon qrivnaya etibarnamə ilə aldığı evdə yaşadığı barədə məlumat yayılmışdı. Bu, bazar dəyərindən altı dəfə aşağı qiymətdir. Daha sonra araşdırmaçı jurnalistlər müəyyən ediblər ki, Verbitskinin qadın dostu 2024-cü ildə kifayət qədər öz rəsmi gəliri olmamasına baxmayaraq, 52 milyon qrivna dəyərində mülk alıb.
TAHİR