Çərşənbə axşamı günü, 15 iyul 2025
     

Taleyin ümidinə buraxılan uşaqlar, tənha qadınlar, “ata”lar və bağlı qapılar…

Image

Son illər ölkəmizdə boşanma hallarının get-gedə artması narahatcılıq doğurur. Və təəssüf edici haldır ki, bu boşanmalar nəticəsində, istər maddi, istər mənəvi, istərsə də ruhi baxımdan ən çox uşaqlar zərər görür, onların hələ uşaqkən daxili dünyaları param-parça olur.Nəticədə  valideynlik hisslərindən xali, vicdani hisslərdən məhrum, özünü kişi sayan birisi öz əlilə öz övladını sanki yanan odun içinə atır. Beləliklə dövlət və hökumət qayğısından tamamilə kənarda qalmış körpə və anasının həyatı cəhənnəm əzabına dönür.
Bəs boşanmalar gələcəyimiz olan uşaqların psixologiyasına necə təsir göstərir? Maraqlidır görəsən özünü kişi hesab edən ata taleyin ümidinə buraxdığı, atasız qoyduğu övladının atalı övladların qarşısında boynu bükülü, hər dəfə ətrafındakı yoldaşlarının ata nidası qarşısında haldan-hala düşdüyünü, onun hansı hissləri keçirdiyini duya bilirmi? 

Üstəlik ailədə boşanmaların baş verməsi uşaqların təkcə maddi durumuna təsir göstərmir, həm də onlarda bir sıra psixoloji problemlərin yaranmasına gətirib çıxardır. Bu cür uşaqlarda qorxu, aqressivlik, günahkarlıq hissi, qəzəb, çəkingənlik, özünə inamsızlıq və başqa bu kimi destruktiv emosiya və hisslər üzə çıxır. Bu cür destruktiv və dağıdıcı emosiyalar nəticəsində uşaqlarda gücsüzlük, özünə inamsızlıq və özünəqapanma halları baş verir. Bu isə istər-istəməz həmin uşaqların ətrafdakı insanlarla münasibət qurmasına, ünsiyyət yaratmasına mənfi təsir göstərir.

Əgər ata və ananı övlad üçün qoşa qanada bənzətsək, bir qanadı sınmış övladı fərqi yoxdur o, oğlan ya qız olsun həyatın amansız dolanbaclarında müddafiəsiz qalır.

Bu yerdə Bəxtiyar Vahabzadənin bir misrasını xatırlamamaq olmur.

Kəsöyün ikisi çöldə də yanar,

Biri ocaqda da alışa bilməz.

Beləliklə atılmış övlad və maddi durumu ürək sıxıcı, çarəsiz tənha qadın məhkəmənin kəsdiyi alimenti ala bilmədiyinə görə, qapılar döyür, imdad diləyir. Həmişə də bu analar böyük ümidlərlə döydüyü qapılar arxasında, xüsusən də, icra şöbələrində, buz kimi soyuq qəlbli məmurların saymazyana rəftarı ilə üzləşir.

İndi isə gəlin həmin tənha analardan biri, övladı üçün məhkəmənin təyin etdiyi adicə alimenti ala bilməyən, heç bir dövlət, hökümət orqanlarından cüzi belə olsun qayğı, yardım görməyən Kəmalə Surxay qızı Əliyevanın həyat hekayəsilə tanış olaq:

"2014-cü ildə Rafik Rzayev Eldar oğlu ilə baş tutan nikahımızdan 13 iyun 2015-ci ildə dünyaya gələn oğluma yoldaşım atasının adını verdi. Açığını deyim ki, bu adamla evliliyimizdəki qısa müddət ərzində o evdə bir qadın kimi gündüzün günü qədər gün görmədim. İş o yerə çatmışdı ki, valideynlərim ərim işə gedəndən sonra hər səhər telefon bağlantısında sağ olduğumu, səsimi eşidəndən sonra rahat nəfəs alırdılar. Nə yazıq ki, övladımın atası sayılan bu adam hələ evil olarkən altdan-altdan adına olan daşınmaz əmlakları özgəninkiləşdirməklə məşğul olurdu. Mənsə bütün bunlaın fərqində deyildim. Bir qədər kirayə qaldıq, sonra maddi imkanının olmadığını əsas gətirib, məni ata evimə gətirdi. 2015-ci ilin sonlarında yeni ilə hazırlıq adı ilə evdən çıxdı və o gedən oldu. Bir yağlı əppək olub, qeybə çəkildi. İki ilə yaxın bu siçan-pişik oyunundan bezib, nikahımızın pozulması üçün Nəsimi Rayon Məhkəməsinə müraciət etdim. Məhkəmə iclasına da gəlmədi, zatən üzü də yox idi gəlməyə. 25 sentyabr 2017-ci il tarixdə Nəsimi Rayon Məhkəməsinin hakimi Pərviz Hüseynovun sədrliyilə keçirilən məhkəmə iclası nikahımızı pozub, oğluma aliment kəsdi. Ancaq nə məhkəməyə qədər, nə də məhkəmədən sonra Rzayev Rafik quru telefon zəngi ilə belə atasının adını verdiyi Eldarı yada salmadı. Təbii ki, aliment ödənişlərindən  də bir qayda olaraq yayındı. Hər dəfə də heç bir əsası olmayan bəhanələr gətirməyə başladı, özü də ağır ifadələrlə, söyüşlərlə… Maddi sıxıntı, övladımın bir çox hallarda hətta yavan çörəyə möhtac qalması, lazımınca qidalanmaması uşağın səhhətinə mənfi təsir göstərirdi. Bədəninin immuniteti aşağı düşdüyündən tez-tez xəstələnirdi. 3 yaşı olanda Xocasən Sağlamlıq Mərkəzində oğlum Eldarın vəziyyəti kəskin şəkildə pisləşdi. Dava-dərman üçünsə pul yox idi. Məcbur qalıb, ona telefon açdım özümü saxlaya bilməyib ağlaya-ağlaya, dedim Eldar əldən gedir. Heç bir reaksiya vermədi, telefonu üzümə qapatdı. Vəziyyəti belə görən Xocasən Sağlamlıq Mərkəzinin baş həkim müavini Rahilə xanım cibindən pul verib, bütün dərmanları aldırtdı və uşağın müalicəsinə nəzarəti tam şəkildə öz üzərinə götürdü. Belə hallar çox olub. Zaman keçirdi, yaman keçirdi, oğlum yavaş-yavaş böyüyürdü, ağlı kəsirdi, ancaq nə yazıq ki, onunla birgə heç kəsin qarşılamadığı ehtiyacları, məhrumiyyətləri, ağrı-acısı da böyüyürdü. Bir dəfə yenə Eldarın halı pisləşmişdi, dedi mama bu dəfə telefonu ver mən özüm atamla danışım, bəlkə mənim səsimi eşidib insafa gələr. Bu səhnəni xatırlayanda indi də içim yanır. Eldar atasına xitabən ata, mən xəstələnmişəm, ölürəm, mamamın da pulu yoxdur. Mənə kömək elə… Uşağın sözü ağzında qaldı, atası telefonu uşağın üzünə qapatdı. Uşaq telefon əlində sanki bir anlığa donub, hərəkətsiz qaldı. Bu cür hallar dəfələrlə təkrar olundu. Artıq həyatı anlayan, başa düşən Eldarım deyirdi ki, mama ta mən ölüm ayağında olsam da Rafiqə ağız açıb, ona telefon etmərəm.

Məhkəmənin təyin etdiyi alimentin icrasının təmin edilməsində İcra Şöbəsinin isindən isə heç danışmağına belə dəyməz. Başa düşmək olmur ki, bir halda ki, icra məmurlarının hərəkətsizliyinin nəticəsi olaraq cavabdehlər rahat şəkildə övladının gözünü dikdiyi alimentdən yayınırsa, bu strukturlar, bu strukturlar üçün ayrılan inzibati binalar, çiyinlərində paqon gəzdirən icra məmurlar görəsən hansı funksiyanı daşıyırlar. Məsələn mənim işimin icrası tapşırılan Nəsimi rayon İcra şöbəsinin icra məmuru Murad Xudaverdiyev  sanki alimentin təmin edilməsinin icrasından daha çox alimentin icrasının təmin edilməməsində maraqlı bir tərəf təsiri bağışlayırdı. Və hər dəfə ona müraciətimdə hiss edirdim ki, oxum yenə daşa dəyib. Yenə soyuq baxışlar, yenə saymazyana ifadələr, yenə gətirilən əsassız bəhanələr, hansını deyəsən. Bir sözlə mən alimentin icrasının təmin edilməsinə görə, Murad Xudaverdiyevin cüzi belə olsun cəhdini belə hiss etmədim. Və bir daha boş yerə vaxt itirib ona müraciət etməmək qərarına gəldim. Yaranan bu cinayətkarcasına boşluqdan isə cavabdeh Rzayev Rafiq geninə boluna yararlanaraq davamlı olaraq alimenti ödəməkdən yayındı. Hansı ki, bu gün üst-üstə nəinki 10.000 AZN-dən çox yığılıb qalmış borcunu, hətta aylıq 230 manat əvəzinə Səhiyyə Tv-də gedən tənqidi verilişdən sonra boynuna aldığı aylıq günə 5 manat və ya aylıq 150 manatı belə bu aydan, növbəti aya atır, bununla da öz dogma övladına belə "atmaq"dan usanmırdı.

Sanki tale də bizdən üz döndərmişdi, zavallı oğlumun heç bir sahədə bəxti gətirmirdi, ünvanlı sosial yardım üçün müraciət etdik, imtina edildi. Hətta pandemiya dövründə verilən 190 AZN də bizdən iraq düşdü. Həmin vaxt artıq boşansaq da şəxsiyyət vəsiqəsində evil yazıldığından sistemə keçmiş ərimin adını daxil etməli oldum. Sən demə onun adına torpaq sahəsi varmış, nəticədə  müraciətə imtina cavabı gəldi. Onu da deyim ki, övladımın anadan olması ilə bağlı bir dəfəlik müavinəti də bu günədək ala bilməmişik.

O vaxt 200 manata yaxın pensiya alan atam bu cüzi məbləğlə bizi - 4 nəfərlik ailəni yaşatmaq üçün özünü sözün əsil mənasında oda-közə vursa da, nəticə hər dəfə qeyri-qənaətbəxş alınırdı. Doğrudur arada bir ümid işığı yaransa da nəticə tam əksinə oldu. Belə ki, atam neçə vaxt idi ki, güneyli soydaşlarımız tərəfindən təsis edilən Oğuz TV üçün təmənnasız verilişlər hazırlayırdı. Həmin verilişlər Oğuz TV üçün ciddi izləmə gətirirdi. Aradan bir qədər keçdi TV-nin təsisçisi atamla əlaqə saxlayaraq ona ödənişli iş təklif etdi. Atam sevincək studiya üçün lazım olan şəraitin yaranması ilə məşğul oldu. Güneyli soydaşımızın təklifilə atam hətta "Kontakt hom" mağazasından kreditlə görüntü almaq üçün kamera da  götürdü. Lakin hər şey hazır olduqdan sonra işin davamını güneyli soydaşımız adını belə çəkmək istəmədiyim bir qadına həvalə etdi. Atam məcbur qalıb studiyaya rəhbərliyi həyata keçirən qadının tövsiyəsilə kreditlə götürdüyü kameranı Nicat adlı gəncə verdi. Hansı ki, bir neçə ay ödəniş edəndən sonra aradan çıxdı. Qalan 420 manat borcu atamın 200 manatlıq pensiyasının 50 faizi çıxıldı. Beləliklə 4 nəfərlik ailə 100 manatın ümidinə qaldı.

Son olaraq yuxarıda da qeyd etdiyim kimi heç bir dövlət, hökümət qurumu edilən çoxsaylı müraciətlərimizə baxmayaraq nəinki bizə hər hansı şəkildə cüzi belə olsun yardım göstərmədilər, hətta bizi eşitmək belə istəmədilər. 

Kəmalə Əliyeva sonda müvafi dövlət qurumlarına müraciət edərək məsələyə dərhal müdaxilə etmələrini, məhkəmə qərarı ilə müəyyən edilmiş alimentin ödənilməsinin təmin edilməsi üçün kömək istəyir.

Günel CƏLİLOVA 



VİDEO

SON XƏBƏRLƏR

15.07.2025 / 14:39
"Ağdamda 8 yaşayış məhəlləsi, 1 qəsəbə, 23 kənd lahiyələndirilir" - Prezidentin xüsusi nümayəndəsi

15.07.2025 / 14:30
"Azərbaycan ilə Türkiyənin birgə layihələri regionun yeni geosiyasi mənzərəsini formalaşdırıb" - Samir Şərifov

15.07.2025 / 14:18
Tramp ATACMS raketləri ilə Rusiyaya zərbə endirməyə icazə verə bilər...

15.07.2025 / 14:02
Evdən 30 min dollar və 12 min manat oğurlayan qadın tutuldu...

15.07.2025 / 13:47
Laçından Ağcabədiyə 120 kq yararsız mal əti aparan şəxs yolda yaxalandı...

15.07.2025 / 13:34
"Azərbaycan ilə Türkiyənin qanunvericilik aktlarını bir-birinə uyğunlaşdırmağa çalışırıq" - Əhliman Əmiraslanov

15.07.2025 / 13:19
"Xain çevrilişə cəhd zamanı can Azərbaycanın ölkəmizə güclü dəstəyini xatırlayırıq" - Türkiyə səfiri

15.07.2025 / 13:10
Дмитрий Киселев! Совет Прессы Азербайджана в отличии от вас, никогда не врёт - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

15.07.2025 / 12:53
Azərbaycandan qardaş Türkiyəyə 15 iyul mesajı - "dərin ehtiram və minnətdarlıqla anırıq”

15.07.2025 / 12:38
Baku Network Parisdə ilk dəfə olaraq erməni təcavüzü nəticəsində həlak olmuş azərbaycanlı jurnalistlərlə bağlı məsələ qaldırıb

15.07.2025 / 12:32
III MDB Oyunlarına 8 ölkədən 1846 idmançı qatılacaq

15.07.2025 / 12:20
"Bu gün Azərbaycanla Türkiyə gələcəyə doğru çiyin-çiyinə irəliləyir" - İlham Əliyev

15.07.2025 / 12:13
Slovakiya Azərbaycanda fəxri konsulluq açacaq

15.07.2025 / 12:10
"Bu layihələrin dünyada analoqu yoxdur" - Prezidentin xüsusi nümayəndəsi

15.07.2025 / 12:05
"Barselona" bu futbolçu üçün "pivəçilər"ə elçi düşdü...

15.07.2025 / 12:00
Hollivud ulduzunun bu fotosu 21 min dollara satıldı...

15.07.2025 / 11:51
2025-ci ilin ilk 6 ayı ərzində 44 milyondan çox tibbi xidmət göstərilib

15.07.2025 / 11:44
Xameneinin müşaviri yenə Azərbaycan əleyhinə danışdı - bu dəfə pakistanlı nazirlə görüşündə...

15.07.2025 / 11:40
Harmancı yenə xəbərdarlıq edir - COVID-19 davam edir

15.07.2025 / 11:35
6 min 300 ədəd çətənə kolu məhv edilib - polis

15.07.2025 / 11:11
Bu gündən tələbələrin köçürülməsi prosesinə başlanılıb

15.07.2025 / 09:15
Samuxda zəlzələ olub - TƏCİLİ

15.07.2025 / 08:36
Azərbaycanda turistlər hotellərdən imtina edir - kirayə kənd evlərinə kütləvi axın başlayıb...

14.07.2025 / 23:48
Tramp Putini sərt tənqid etdi - Onu qatil adlandırmaq istəmirəm, amma o…

14.07.2025 / 23:40
Tramp Putinə 50 gün vaxt verdi - Ukrayna ilə bağlı razılaşma olmasa...

14.07.2025 / 21:32
Ermənilərin azərbaycanlıları əsir götürərkən işgəncə vermələrini əks etdirən videokadrlar məhkəmədə nümayiş etdirildi - FOTO

14.07.2025 / 21:19
Kilsə Paşinyana əks-hücuma keçdi - "katolikosa hücum Allaha hücumdur"...

14.07.2025 / 21:05
Bir neçə ərəb biznesmenə görə tariximizdən üz döndərməliyik? - Babək ərəblərlə vuruşub, ancaq tarix tarixdir...

14.07.2025 / 20:50
Əbu-Dabidə Əliyev-Paşinyan görüşünün ardınca Gorus görüşü başlayıb...

14.07.2025 / 20:35
Azərbaycanın "yaratdığı" Yeni Kaledoniya Dövləti müstəqil xarici siyasət aparacaq... Konstitusiyada ayrıca maddə...

14.07.2025 / 20:21
Azərbaycan qazının Suriyaya nəqlinin bir neçə marşrutu gözdən keçirilir...

14.07.2025 / 20:07
Supermarketlərimiz yerli bostan məhsullarına bağlıdır - Çindən qarpız idxalı 300 dəfə artır...

14.07.2025 / 19:53
Avropa Bakıdan əlavə 14 milyard kub qaz istəyir - ancaq problem var...

14.07.2025 / 19:40
İki dövlətli həll prosesində yeni ADDIMLAR: Nyu-Yorkda sərt mesajlar veriləcək

14.07.2025 / 19:37
Azərbaycan Yeni Kaledoniyanı dövlət kimi tanıyan ilk ölkə olacaq...

14.07.2025 / 19:25
Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu Aydın Quliyevi təbrik etdi

14.07.2025 / 19:12
Mətbuatın 150 illiyi həm dövlətçilik, həm də ictimai hadisədir...

14.07.2025 / 18:57
ABŞ Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif etdi - səfir rəsmən təsdiqlədi...

14.07.2025 / 18:44
Rusiya pomidor ticarətindən Azərbaycana 1,2 milyard dollar ziyan vuracaq?..

14.07.2025 / 18:41
“Başlıbel: yaranışdan işğaladək” kitabının təqdimatı keçirilib

14.07.2025 / 18:30
Müxalifətə münasibətdə Fransa ilə Rusiya eyni ölkələrdir - qətllər, təqiblər...

14.07.2025 / 18:16
Azərbaycanın tərəvəzində həqiqətən xəstəlik tapılır, ya Rusiyada məsələ siyasiləşdirilir...

14.07.2025 / 18:02
Bakıda qapalı Suriya-İsrail danışıqlarında hər tərəfdən bir nəfər iştirak etdi... Çox ilginc...

14.07.2025 / 17:48
Putindən İrana gizli “nüvə mesajı” - Rusiyanın məqsədi nədir...

14.07.2025 / 17:35
40 nəfər bağça direktoru niyə “vuruldu”?..

14.07.2025 / 17:22
Suraxanıda oğurluq edənlər saxlandı...

14.07.2025 / 17:14
Mətbuat Şurası Aydın Quliyevi 65 illik yubileyi münasibətilə təbrik etdi - FOTO

14.07.2025 / 17:02
Mətbuat Şurası “Sputnik Azərbaycan”la bağlı durumu müzakirə etdi - Kartavıxın və Belousovun həbslərinin jurnalist fəaliyyətləri ilə heç bir əlaqəsi yoxdur...

14.07.2025 / 16:46
Zelenski təsdiqlədi - Ukraynanın yeni baş naziri o olacaq...

14.07.2025 / 16:31
İstilik təchizatı haqqında Qanun təsdiqləndi

14.07.2025 / 16:29
Azərbaycanda Axar-Baxar və İlisu milli parkları yaradılır - SƏRƏNCAM

14.07.2025 / 16:28
Trend-in informasiya dəstəyi ilə UNESCO-da İçərişəhərin Dünya İrs Siyahısına daxil edilməsinin 25 illiyi qeyd edilib – Sahil Kərimli

14.07.2025 / 16:23
Putinin müdafiə naziri ilə bağlı şok xəbər - sevgilisini 100 milyonluq nəhəng hərbi təyyarə ilə gözəllik salonuna apardı…

14.07.2025 / 16:10
Vətən sevgisinin ən uca zirvəsi...

14.07.2025 / 15:57
Görkəmli filosof Ziyəddin Göyüşov haqqında düşünçələrim...

14.07.2025 / 15:56
BMU-da “Yay məktəbi”ndə tədris aparan koreyalı müəllimlərlə görüş olub

14.07.2025 / 15:56
Trampdan Rusiyaya qarşı sərt qərar - Ukraynaya Moskvanı vura biləcək raketlər göndərilir…

14.07.2025 / 15:25
"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin ən tez zamanda imzalanacağına ümid edirik" - Ursula fon der Lyayen

14.07.2025 / 14:48
Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu tarix

14.07.2025 / 14:44
2024-də ali məktəblərə qəbulda ən aşağı və ən yüksək nəticə göstərən rayonlar - Şahbuz, İsmayıllı və Naftalan...

14.07.2025 / 14:30
Xocalının Təzəbinə kəndinə ilk köç - 28 ailə...

14.07.2025 / 14:23
Bakıda evlərdən 11 min manata yaxın pul oğurlandı - saxlananlar var...

14.07.2025 / 14:17
"Gitara ifaçısı olduğumu biləndən sonra dırnaqlarımı çıxardılar, barmaqlarımı sındırdılar" - Xocalı soyqırımı zamanı həyat yoldaşı öldürülmüş, özü girov götürülmüş zərərçəkən

14.07.2025 / 13:52
DİM sədri 5 il ərzində bəzi ixtisasların ləğv olunacağını açıqladı...

14.07.2025 / 13:47
Külli miqdarda narkotiki ölkə ərazisinə keçirməyə cəhd edən şəxs sərhəddə saxlandı...

14.07.2025 / 13:33
Ali məktəblər subbakalavrların qəbulundan imtina edir - səbəbini Məleykə Abbaszadə açıqladı

14.07.2025 / 13:19
"Ali təhsil müəssisələri attestatla qəbul imkanına etiraz ediblər" - DİM rəhbəri

14.07.2025 / 13:16
Putinin Ermənistan planı - Paşinyanın qarşısına Karapetyanı çıxarır

14.07.2025 / 13:07
Кто победит в этой схватке - Азербайджан или Россия? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

14.07.2025 / 12:57
"Proseslərə özümün belə müdaxilə etməyim qeyri-mümkündür" - Məleykə Abbaszadə

14.07.2025 / 12:46
“Media haqqında” Qanuna təklif edilən dəyişikliklər təsdiqləndi

14.07.2025 / 12:37
Şəxsiyyət vəsiqələrində dəyişiklik - yaşayış yeri və vətəndaşlıq məlumatları olacaq...

14.07.2025 / 12:22
“Xüsusi icra məmurları haqqında” yeni qanun qüvvəyə mindi

14.07.2025 / 12:17
Azərbaycanın daha bir uğuru: Nizami Tibb Mərkəzi də HIMSS beynəlxalq akkreditasiya sertifikatı əldə etdi

14.07.2025 / 12:08
Gəncədə keçirilən art-terapiya kursu uşaqların sosial inkişafına dəstək olur

14.07.2025 / 12:02
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması xidməti “mygov”da təmin olunub

14.07.2025 / 11:50
Vüqar Rəhimzadə: Ümummilli Liderin 1969-cu ildə birinci dəfə hakimiyyətə gəlişi Azərbaycanın qurtuluş tarixinin başlanğıcıdır

14.07.2025 / 11:46
Rusiyadan miqrantlara "sürpriz" - rüsumlar artırılır...

14.07.2025 / 11:12
Milli Məclis iclas keçirir - mühüm məsələlər müzakirəyə çıxarılıb

14.07.2025 / 11:05
Yoahim Löv Özbəkistan yolçusudur...

14.07.2025 / 11:03
Azərbaycan düşmənləri mat vəziyyətinə saldı! - FOTO

Mətbuatın 150 illiyi həm dövlətçilik, həm də ictimai hadisədir...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910