Milli Qurtuluş Gününə həsr olunmuş konsert keçirilib
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Rəşid Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbində fortepiano şöbəsinin müəllimi Səbinə Bağırova 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş “Musiqi qanadlarında” adlı sinif konsert proqramı təşkil edib. Konsertdən öncə çıxış edən S.Bağırova 15 iyun Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti barədə danışıb. S.Bağırova qeyd edib ki, 1993-cü il iyunun 15-də Ümummilli lider Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyinə qayıdışı ölkəmizdə yeni inkişaf dövrünün əsasını qoyub.
S.Bağırova müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin dövlət idarəçiliyindəki uzunmüddətli təcrübəsinə əsaslanaraq qısa zamanda ölkəmizdə siyasi sabitlik yaradıldığını, mədəniyyətə və incəsənətə xüsusi diqqətin yetirildiyini vurğulayıb.
Daha sonra konsert proqramı olub. Proqramda tanınmış bəstəkarlar İ.S.Bax-F.Buzoni, W.Gillock, F.Şopen, F.Şubert-F.List, N.Paqanini-F.List, Q.Qarayev, E.Qriq və C.Cahangirov-V.Mustafazadənin əsərləri səsləndirilib. Sonda S.Bağırova uşaqlara xoş arzularını bildirdi. Onlara əmin-amanlıq, xoşbəxt gələcək, dərslərində uğurlar, vətənə layiq övlad olmalarını arzuladı.