Bazar ertəsi günü, 19 may 2025
     

Zəngəzur dəhlizi ətrafında maraqlı proseslər başladı - regionun kommunikasiya xəritəsi dəyişir...

Image

ABŞ Ermənistan ərazisindən keçməklə Türkiyə ilə Azərbaycan arasında birbaşa quru əlaqəsinin olmasında maraqlıdır. Bunu erməni politoloq Qrant Mikaelyan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayenin son açıqlamalarını şərh edərkən deyib.

Xatırladaq ki, ABŞ dövlət katibinin köməkçisi   Vaşinqtonun Bakının Zəngəzur dəhlizi ilə   ideyasını dəstəkləyib-dəstəkləmədiyi barədə suala belə cavab verib: "Amerika tərəfi adətən bu ideyadan İrəvanın irəli sürdüyü "Dünyanın kəsişməsi" layihəsinə çox oxşar olan bir növ ticarət yolu kimi danışır. Artıq marşrut xətləri var, ona görə də onlara baxmağa başlamaq məntiqlidir. Yüklərin bir hissəsinin Ermənistan ərazisindən Gürcüstana, qalan hissəsinin isə Türkiyə ərazisindən tranzitini nəzərdə tutan bir neçə marşrut açmaq olar. Və biz tək bir marşrut deyil, yollar şəbəkəsini inkişaf etdirməyə başlaya bilərik". ABŞ rəsmisi məsələni "ABŞ-ın dəstəklədiyi geniş konsepsiya" adlandırıb. Bu yanaşma fonunda Mikaelyan amerikalı diplomatın sözlərini Bakının Zəngəzur dəhlizi ideyasına dəstək kimi qiymətləndirir:  "Zəngəzur dəhlizi mahiyyət etibarı ilə Ermənistan üzərindən Naxçıvana ekstraterritorial marşrut əldə etmək ideyasıdır. Zəngəzur dəhlizi ilə bağlı mövqeyi çox qeyri-müəyyən olan Rusiyadan fərqli olaraq, ABŞ-ın bu mövzuda strateji marağı var. ABŞ və Türkiyə Mərkəzi Asiyada öz təsirlərini artırmaqda maraqlıdırlar, bunun üçün Türkiyə ilə Xəzər dənizi arasında birbaşa əlaqə lazımdır. Onlar Zəngəzur dəhlizini bu məqsədə çatmaq üçün bir vasitə hesab edirlər. Və burada, doğrudan da, ABŞ-ın birbaşa marağı var ki, Azərbaycan və Türkiyə Ermənistan ərazisindən keçməklə birbaşa quru əlaqəsi yaratsın. ABŞ-ın Zəngəzur dəhlizinə indi münasibəti dəyişib. Məsələ burasındadır ki, Vaşinqton bu marşrutda rus sərhədçilərinin yerləşdirilməsini istəmirdi. Amma indi bu məsələ qapandığından, ABŞ bu məsələdə öz müsbət mövqeyini açıq şəkildə ifadə etməyə başlayıb". İndiki vəziyyətdə politoloq hesab edir ki, Ermənistan üçün ən yaxşı variant yolun açılması ideyasından tamamilə imtina etmək olardı: "Əks halda, Zəngəzur dəhlizi Ermənistanın Sünik bölgəsinin "udılması" istiqamətində ilk addım olacaq. Amerikalılar isə, Qarabağın acınacaqlı təcrübəsi göstərdiyi kimi, Sünikin itirilməsinə o qədər də əhəmiyyət verməyəcəklər". Şübhəsiz ki, erməni politoloq burada ifrata varır və Azərbaycan Qərbi Zəngəzuru güc yolu ilə ələ keçirmək niyyətində deyil. Ölkəmiz məsələyə əməkdaşlıq formatı kimi yanaşır və bunu ABŞ, eləcə də digər ölkələr qəbul edir. Türkiyəli analitik Ramazan Yıldız məsələyə bu prizmadan yanaşır: "Müharibələr, çoxalan əhalinin artan ehtiyacları, neftin tədricən tükənməsi, terror təhlükəsi və Şərqlə Qərb arasında üçüncü yolu seçən ölkələrin artması dünya üzrə beynəlxalq ticarət yollarının önəmini hər gün artırır. Bu baxımdan, Çindən başlayaraq Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya uzanan Orta dəhliz indi hər kəsin diqqət mərkəzindədir. Bakı-Tiflis-Qars dəmir yolu bu dəhlizin mühüm hissəsi hesab olunur. Digər mühüm ticarət marşrutu Zəngəzur dəhlizidir. Layihəyə Azərbaycanın qərb bölgələrini Naxçıvan və Türkiyəyə birləşdirmək məqsədi daşıyan nəqliyyat və logistika amilləri də daxildir. Bu dəhliz Zəngəzurdan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı quru yolu ilə birləşdirməyi hədəfləyir. Bu, bu aralıqda ən qısa xətdir. Türkiyə və Azərbaycan arasında birbaşa ticarət və nəqliyyat xətti yaratması planlaşdırılan dəhlizin regionun iqtisadi inkişafına töhfə verəcəyi gözlənilir. Bu, bir çox sahələrdə ortaqlığı olan Ankara və Bakının regional təsirini artıra bilər, həm də Türkiyənin Orta Asiya və Qafqazla əlaqəsini gücləndirəcək, geosiyasi baxımdan bu, çox mühüm təşəbbüs olacaq. Əslində bu, cümhuriyyət tarixində ilk dəfə türk dövlətləri ilə fiziki əlaqənin qurulması demək olacaq. Həmçinin Türkiyə-Azərbaycan müttəfiqliyini daha da genişləndirəcək. Zəngəzur dəhlizinin təhlükəsizliyi Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasından asılıdır. Bu kontekstdə beynəlxalq təcriddən xilas olmaq istəyən İrəvan NATO-ya üz tutur. Ermənistanın Azərbaycanla yeni münaqişə istəmədiyini tez-tez təkrarlaması çox vacibdir. Bu mənada bölgədə sülh və sabitliyin qorunması üçün tərəflər arasında diplomatik səylər davam etdirilir".

Bu arada Ermənistan baş naziri Nikol Paşinyan sülh müqaviləsi imzalanmazdan əvvəl Azərbaycanla kommunikasiyaların açılmasını tamamilə mümkün hesab etdiyini bildirib: "Praktiki addımlarla real dünya formalaşdırmaq, ondan sonra müqavilə imzalamaq mümkündür". Azərbaycan isə bəyan edir ki, Zəngəzur dəhlizinin reallaşması regional əməkdaşlığı və sabitliyi möhkəmləndirəcək. Çünki Azərbaycanın əsas hissəsi və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin qurulmasında maneələrin aradan qaldırılması ilə region ölkələrinin faydalana biləcəyi yeni avtomobil və dəmiryol şəbəkələrinin formalaşdırılması imkanı yaranıb. Zəngəzur dəhlizinin reallaşması yeni nəqliyyat marşrutlarının fəaliyyətə başlamasına gətirib çıxaracaq, regional əməkdaşlığı möhkəmləndirəcək. Hər halda, Qərbdə də bu yanaşma hakimdir.

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

19.05.2025 / 23:27
Tramp Putinə Senatda yeni sanksiyaların hazırlandığı mesajını verdi...

19.05.2025 / 23:10
"Əminə Əliyeva dünya çempionatında əzmkarlıq nümayiş etdirdi" - Kunq-Fu Federasiyasının prezidenti

19.05.2025 / 22:42
Trampla Putinin telefon danışığı iki saatdan çox davam edib

19.05.2025 / 21:43
Məhkəmədə Ermənistanda və vaxtilə Azərbaycanın işğal edilmiş ərazilərində azərbaycanlılara qarşı Ermənistanın sistematik etnik təmizləmə siyasətini ifşa edən videomateriallar nümayiş olunub - FOTO

19.05.2025 / 21:20
Ermənilərin “Yeni Naxçıvan” adlı yeparxiyası bu təxribatçı adı haradan götürüb?..

19.05.2025 / 21:04
Zəngəzur dəhlizi yaxın 3-4 ilə açılacaq - Ermənistan daha dərin geosiyasi dalana yuvarlanır…

19.05.2025 / 20:49
Erməni siyasilər Minskdə "çiçəklənən faşizmdən" danışdılar - İrəvanda faşist heykəlini isə...

19.05.2025 / 20:35
Bakı-İrəvan sülhü yenidən təhdid altına düşdü - İrəvandan 2027-ci il mesajları gəlir...

19.05.2025 / 20:32
Məhkəmədə Davit İşxanyanın vaxtilə işğalda olmuş ərazilərdəki fəaliyyətini, döyüş əməliyyatlarında iştirak etməsini sübut edən videomaterial nümayiş etdirilib

19.05.2025 / 20:21
Fövqəladə halların işçisi Masazırda 7 mərtəbəli qanunsuz tikinti aparır - Fazil Qafarlı nazir Kəmaləddin Heydərova müraciət etdi...

19.05.2025 / 20:18
İran üzərindən Naxçıvana avto və dəmiryolu məsələsi gündəmdə...

19.05.2025 / 20:06
Ermənistan Qafqazda Avropa Birliyinin sağ əli ola bilmədi - Əliyev planı pozdu...

19.05.2025 / 19:51
Ermənilər İsraildən də ərazi iddialarına başladılar - Qüdsdə erməni icmasının 1700 il yaşı var?

19.05.2025 / 19:37
Tramp Rusiya ilə bağlı Konqresdən vaxt istəyib - 2 aylıq iş nəticə vermədi...

19.05.2025 / 19:24
Fransaya casusluqda təqsirləndirilən şəxslər məhkəmədə bir-birlərini ittiham etdi - Mənə əməkdaşlıq təklif etdilər...

19.05.2025 / 19:10
Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən qaynayır...

19.05.2025 / 18:57
Roma Papasının Türkiyədə həll edəcəyi(?) vacib işlər var...

19.05.2025 / 18:43
İran-Azərbaycan hərbi təlimlərinin əsas bir hədəfi var, o da alınsa...

19.05.2025 / 18:29
Ermənistan Müdafiə Nazirliyində faşizmin tərənnümçüləri açıq təbliğata keçiblər - Rusiyadan gecikmiş etiraz...

19.05.2025 / 18:22
Zakir Həsənov İsrailin müdafiə naziri və Baş Qərargah rəisi ilə görüşdü

19.05.2025 / 18:19
“Nar”ın dəstəyi ilə hazırlanan Jest dili tətbiqi tezliklə istifadəyə veriləcək

19.05.2025 / 18:16
Ata veteran, qardaş müharibə iştirakçısı, özü də şəhid - Şəmkirin Könüllü kəndi, Zamanlı Əhməd...

19.05.2025 / 18:02
İsrailin maliyyə naziri: "Dünya bizi dayandıra bilməz"

19.05.2025 / 18:02
Kürd yaraqlılarıyla Suriya Silahlı Qüvvələri arasında şiddətli döyüşlər başladı

19.05.2025 / 17:52
Dünya analitikləri Putinin İstanbuldakı səhvinə xüsusi diqqət yetirirlər...

19.05.2025 / 17:39
Avropadakı antiazərbaycançılar Bakıya qarşı yeni demarşlar edə bilər - sammitdən narahat olanlar...

19.05.2025 / 17:25
Paşinyan 2 şüarla seçki təbliğatına başladı - gənclərə xüsusi tapşırıq verildi...

19.05.2025 / 17:12
Avropa siyasi sammiti Azərbaycana yeni münasibət ştrixlərini ortaya çıxardı...

19.05.2025 / 16:57
Rusiya Finlandiya sərhədinə qoşun yığır – NATO ölkəsi narahatdır...

19.05.2025 / 16:37
Dünyanın neft "nəhəngləri" xam neftin uzunmüddətli ucuzlaşmasına hazırlaşır...

19.05.2025 / 16:33
Sumqayıt Dövlət Dram Teatrında “Sehrli Yaylıq” uşaq tamaşasının premyerası olub

19.05.2025 / 16:18
Polis Cəlilabadda əməliyyat keçirdi - 11 kq narkotik və psixotrop maddə aşkarlandı

19.05.2025 / 16:04
Bako Sahakyan məhkəmədə Azərbaycan ərazilərinin işğalı üçün keçirilən hərbi əməliyyat və döyüş tapşırıqlarının hazırlanmasında iştirakını etiraf edib

19.05.2025 / 15:29
Almaniya səfiri diplomatların Gürcüstanda məhkəmələrə təsir göstərdiyini etiraf etdi...

19.05.2025 / 15:15
Məhkəmədə nümayiş olunan videoda Ermənistanın keçmiş prezidentinin Azərbaycanın suveren ərazilərinin işğalının məqsədi və səbəbləri barədə fikirləri dinlənilib

19.05.2025 / 14:41
“Rusiyanın “Yars” Qitələrarası Raketinin buraxılışı uğursuz oldu”

19.05.2025 / 14:40
Xocalı qatili Köçəryan Sülh müqaviləsini kağız parçasına bənzətdi

19.05.2025 / 14:36
Putin Avropanın gücsüzlüyünü hər gün ortaya qoyur...

19.05.2025 / 14:34
Durov Fransa kəşfiyyatının Rumıniyada prezident seçkilərinə müdaxilə cəhdini ifşa etdi…

19.05.2025 / 14:20
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzaladı

19.05.2025 / 14:09
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edildi

19.05.2025 / 13:52
Terrorçu dəstə üzvləri xaricdə yaxalanaraq ölkəyə gətirildi - VİDEO

19.05.2025 / 13:45
ISW: “Kreml müharibəni bitirməyi düşünmür”

19.05.2025 / 13:22
Azərbaycan-İran birgə hərbi təliminin açılış mərasimi keçirildi - FOTO

19.05.2025 / 13:10
Ещё раз о Р. Кочаряне! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

19.05.2025 / 12:32
“Zəngəzur dəhlizi 3-4 il ərzində...” - Türkiyənin nəqliyyat naziri

19.05.2025 / 12:05
4 Avropa lideri Trampla danışdılar - nəticə?

19.05.2025 / 12:00
Cavanşir Feyziyev: "Xoşbəxtik ki, Bəxtiyar Vahabzadənin ömrü boyu arzuladığı bütün ideyalar artıq həyata keçib"

19.05.2025 / 11:40
Ötən il də 3:0, bu il də 3:0 - "Neftçi"dən rekord

19.05.2025 / 11:35
Azərbaycanda miras və vərəsəliklə bağlı yeni qanun təklif edilir

19.05.2025 / 11:22
Sahibə Qafarova Madridə gedib

19.05.2025 / 11:16
2 gündə 36 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb - Polis

19.05.2025 / 11:10
Yunus Oğuzun "Cengiz han" romanı çapdan çıxdı

19.05.2025 / 11:05
Avstraliya Ukraynaya istifadə olunmuş 49 tank göndərdi

19.05.2025 / 11:03
Rusiya-Ukrayna müharibəsi yalnız bir halda bitəcək - CANLI

19.05.2025 / 10:30
Yenə "prius", yenə qəza...

19.05.2025 / 10:25
İsrail bombaladı, Qəzzada 151 nəfər öldü

19.05.2025 / 10:17
İki gündə bank kartlarından 15 min manatdan çox vəsait oğurlanıb

19.05.2025 / 10:11
İran vətəndaşlarını saxlayan Britaniyaya etiraz etdi

19.05.2025 / 10:04
Qazaxıstanda itkin düşən təyyarə 8 saat sonra tapılıb

19.05.2025 / 09:35
"Agentimə dedim ki..." - Mahir Emreli "Bild"ə danışdı

19.05.2025 / 09:26
İsraildə 18 yaşlı İran cəsusu yaxalandı

19.05.2025 / 09:20
ABŞ Senatı Trampın qənaət tədbirlərini dəstəklədi

19.05.2025 / 09:16
"Toyota" mopedlə toqquşub, 1 nəfər ölüb

19.05.2025 / 09:12
Hikmət Hacıyev Əli Əkbər Əhmədian ilə görüşüb

19.05.2025 / 09:06
"Qalatasaray" 25-ci dəfə Türkiyə çempionu oldu!

19.05.2025 / 09:00
Buxarest meri prezident seçkilərində öndədir

18.05.2025 / 22:23
"Bəzi xarici qüvvələr regiona müdaxilə etməyə, geosiyasi intriqalar aparmağa cəhd edirlər" - Hikmət Hacıyev

18.05.2025 / 22:08
Sahibə Qafarova Roma Papasının taxtaçıxma mərasimində iştirak edib - FOTO

18.05.2025 / 21:50
PKK liderlərinin xəyalları puç oldu

18.05.2025 / 20:05
Şərəfli ömrün ləyaqətli yolçusu - FOTO

18.05.2025 / 19:46
Hacıyev bir daha Ermənistana Konstitusiyasının dəyişdirilməsi zərurətini xatırlatdı

18.05.2025 / 19:33
Rusiya bu gecə Ukrayna ərazisinə qitələrarası raket buraxacaq

18.05.2025 / 17:15
Hikmət Hacıyev Tehranda Dialoq Forumunda iştirak edir...

18.05.2025 / 17:06
ABŞ-dan Rusiyaya sanksiya xəbərdarlığı - Ukrayna danışıqlarında irəliləyiş olmasa…

18.05.2025 / 16:43
SEPAH və Azərbaycan ordusu Qarabağda birgə təlimlər keçirir

18.05.2025 / 16:27
Əminə Əliyeva dünya çempionu oldu - VİDEO

18.05.2025 / 14:38
Papa Leo ilk xarici səfərini Türkiyəyəyə edəcək

18.05.2025 / 14:23
“Euronews” Paşinyan və Əliyevin Tirana görüşünə diqqət çəkdi

18.05.2025 / 14:07
Rusiya və Ukrayna atəşkəslə bağlı sənədlər hazırlayır

18.05.2025 / 13:50
İlk araşdırma - İmamoğluna səs verəcək AKP və MHP-çilərin rəyi...

Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən qaynayır...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678