Çərşənbə günü, 16 iyul 2025
     

“Prezident oğluma Qəhrəman adı verəndə inandım ki, şəhid olub” - Nail İbrahimlinin anası danışır...

Image

Aqibət İbrahimova: "Uşaqlıqdan şəhidliyə gedən bu yolda Nail məni heç zaman utandırmayıb"

Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyasının Şəki Şəhər Heydər Əliyev Mərkəzində "44 gün – Tarixi zəfər" adlı kitabın I və II cildinin təqdimat mərasimi çərçivəsində Şəki, Oğuz və Qəbələdən olan şəhid valideynlərindən övladları, Vətənin igid, ölməz oğulları barədə müsahibələr götürdük.

Əvvəlcə onu bildirək ki, şəhid ata və anaları Xatirə Kitabı Redaksiyasının həyata keçirdiyi bu misilsiz işə çox böyük dəyər verir və övladlarının qısa, lakin zəngin və mənalı ömür yolunun bu nəşrlərdə əbədiləşdirilməsindən təsəlli alırlar.

44 günlük Vətən müharibəsində bənzəri olmayan qəhrəmanlıqlar göstərən oğullarımız çox olub. Bu oğulları dünyaya gətirən, onları tərbiyə edən analar oğul itkisindən dərin sarsıntı, ağrı keçirsələr də, onların adlarının kitablarda yaşadılmasından təsəlli alırlar. Deyirlər ki, övladlarının Vətən uğrunda şəhid olmasına qətiyyən heyfsilənmirlər, çünki onlar əbədi yaşamaq haqqı qazanıblar, Vətən, xalq, dövlət onları heç zaman unutmayacaq.

Vətən müharibəsində misilsiz qəhrəmanlıqlar göstərən igid oğullarımızdan biri Oğuz rayonunun Xaçmaz kəndindən olan Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlidir. O Nail İbrahimlidir ki, qəhrəmanlığı dillərdə dastandır, Vətən sevgisi kitablara sığmaz...

"Erməni əsgəri ilə əlbəyaxa döyüşüb məğlub olmayıb, amma başına dəyən kiçik bir qəlpədən şəhid olub"

Müsahibimiz  şəhid olduqdan sonra "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülən, həmçinin "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunan Nail İbrahimlinin anası Aqibət İbrahimovadır. Aqibət ana qürurlu, mərdanə bir qadındır, oğlunun qəhrəmanlığından qürur duyur və ondan yadigar qalan üçrəngli bayrağımıza, bir də xatirələrə, şəkillərə sığınıb yaşayır, oğlunu yaşadır...

- Nail uşaqlıqdan çox qoçaq və cəsur idi, qorxu bilməzdi. Eyni zamanda çox zarafatcıl, səmimi, mehriban, mərd uşaq olub, sözünü deməkdən çəkinmirdi. 

Nail 1994-cü il martın 4-də anadan olub, 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb və 2013-cü ildə hərbi xidməti başa vurub. Sonra 2019-cu ildə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi yenidən Vətənə xidmətə yollanıb. 

Nail hərbiçi oldu və 26 yaşında şəhidliyə qovuşdu. 

- Nailin döyüş yolu haralardan keçdi?

- Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin kiçik giziri kimi Murovdağdan başlayaraq Şuşaya qədər döyüş yolu keçdi. Füzuli, Qubadlı və Zəngilan rayonları uğrunda gedən döyüşlərdə böyük şücaətlər göstərib. Kəşfiyyatçı idi, türklərlə təlim keçmişdi. Onların döyüş yolları açıqlanmır, məxfi əməliyyatlarda iştirak edirdilər. Nail Şuşada qayalara dırmaşıb ermənilərlə əlbəyaxa döyüşən oğullardan biri olub.

Şuşa alınandan sonra güclü atışmalar olub, atışma zamanı başına kiçik bir qəlpə dəyib və şəhid olub. Noyabrın 8-də Şuşada şəhidlik zirvəsinə ucalıb, ayın 12-də Oğuz rayonun Xaçmaz kəndində dəfn etmişik.   

- Nail İbrahimli şəhdi olduqdan sonra "Vətən Müharibəsi Qəhrəmanı" kimi çox yüksək bir ada layiq görülüb. Onun qəhrəmanlıqları barədə döyüş yoldaşları, komandirləri sizə nə danışıblar? 

- Onun döyüş yolu haqda bizə o qədər də məlumat vermədilər. Hərbiçilər, nazirlikdən generallar gəlirlər, biz Nail haqda soruşanda deyirlər ki, onun döyüş yolu dövlət sirridir, biz o barədə sizə heç nə deyə bilmərik. Oğluma əgər bu qiyməti verirlərsə, demək onun çox qoçaqılıqları, igidlikləri olub. 

- Belə bir oğulun anası olmaq nə deməkdir?

- Çox böyük qürurdur. Düzdür, onun itkisi çox ağırdır, amma qürur ağrı-acıdan öndədir. Övlad itirmək çox çətindir, amma keçirdiyimiz qürur acını arxada qoyur, bir növ ağını sakitləşdirir. Qürur hissi keçirirəm ki, oğlum Vətən, dövlət, bu millətin, xalqın gələcəyi üçün şəhid olub. Mən Naillə fəxr edirəm.  Uşaqlıqdan şəhidliyə gedən bu yolda Nail məni heç zaman utandırmayıb. Həmişə onunla qürur duymuşam, fəxr etmişəm, heç vaxt Naildən utanmamışam.

- Orta məktəbdə necə oxuyub?

- Doqquzuncu sinfə qədər əlaçı oxuyub. Doqquzuncu sinfi bitirəndə dedi ki, mən hərbiyə gedəcəyəm. Ona mane oldum, sənədləri bir az gecikdi. Ondan sonra dərslərində bir qədər zəiflədi. Amma coğrafiyanı, riyaziyyatı çox gözəl bilirdi. Şəhid olana qədər ona coğrafiyadan nə sual versəydin dərhal yerli-yataqlı məlumat verirdi. Soruşsaydın ki, Nail, Amerikada filan yerdə bir coğrafi ərazi var, yaxud bir dağ var, onun haqqında çox dəqiq danışırdı, sulların cavabını əzbər deyirdi. Hardan deyirdin ordan cavab verirdi.   Riyaziyyatı və coğrafiyanı həm çox sevirdi, həm də yaxşı bilirdi. Uşaqlıqdan hərbiyə çox böyük marağı vardı. Onun polis olmağını çox istəyirdim, amma deyirdi ki, yox, hərbiçi olacağam. Onu yolundan döndərə bilmədim, hərbiyə getdi. 

- Nail niyə hərbiçi olmaq istəyirdi?

- Səbəbini demirdi. O dağı, meşəni, vətənini çox sevirdi. Əyilməz uşaq idi, onu əymək mümkün deyildi. Nail heç vaxt məğlubiyyəti qəbul edə bilmirdi. Kiminləsə mübahisə edirdi, çalışırdı ki, dava olmasın, məsələni sözlə yoluna qoysun, amma görsəydi ki, qarşısındakını yola gətirə bilmir, onda onu məğlub etməmiş əl çəkmirdi. O cür uşaq idi. O məğlubiyyəti qəbul edə bilmirdi. 

Özünün hərbiyə çox marağı vardı, hərbiçi olmağı çox istəyirdi. O Müdafiə Nazirliyinə sənəd verməyə gedəndə gəlib mənə dedi ki, ana, orda qızaları oğlanları hərbi paltarda gördüm, bu adama elə zövq verirdi ki...Polis olmaq istəməyib hərbini seçdi. 

İki oğlum vardı, biri 26 yaşında şəhid oldu. 

- Nail subay idi?

- Bir il idi ki, nişanlı idi, toyu olmalıydı. Onun məzuniyyəti olmalıydı, gözləyirdik ki,  gəlsin toyunu edək. Hazır dayanmışdıq, amma Allah qismət etmədi. 

- Nişanlısını özü sevib seçmişdi, yoxsa sizin təşəbbüsünüzlə evlənirdi?

- Yox, öz sevdiyi qız idi. O qıza qədər heç kəsi istəməmişdi. Hey deyirdim ki, sənə daha qız sevdirə bilmərəm. Amma bir gün gördüm ki, bir şəkil göndərib. Dedim ki, özünə oxşayan bu qızı hardan tapmısan? Elə bil Allah onları qoşa yaratmışdı, qoşa idilər. Xarakterləri, hərəkətləri, üz cizgiləri, baxışları, yerişləri, dünyagörüşləri, fikirləri eyni idi. Sanki Allah onları birgə yaradıb sonra yarı bölüb parasını oğlan, parasını qız etmişdi. Çünki bir-birilərinə həm xaraktercə, həm də fiziki cəhətdən çox oxşayırdılar. Qız qonşu kənddə yaşayır.

- Nişanlısı Naildən sonra ailə qurubmu?  

- Yox, heç kəsə getmir. Qismət. Arzu edirəm ki, o qız ailə həyatı qursun. 

Əlbəttə, oğlumun toyunu görmək ən böyük arzum idi. Heyfsilənirəm ki, bu qismət olmadı. Onunla eyni vaxtda nişanlananların hamısı evlənib, uşaqları da olub. Məni ən çox narahat edən o qızın ərə getməməsidir. İstəyirəm ki, o qız ailə qursun, mən də dərindən nəfəs alım. Dərindən nəfəs alım ki, o özünə yuva qurdu, ailəsi var. O da bir ananın balasıdır. Özümü günahkar sayıram ki, mən o ailənin qapısına elçi gedib qızlarını oğluma ad elədim, nişanladım. Düzdür, bu da Allahın bir qismətdir. Mənim oğlum şəhid oldu, amma istəyirəm ki, o qız xoşbəxt olsun, gözəl günlər görsün. O da hələ ki, getmir...     

- Heç olurmu ki, Nailin şəhid olduğuna inanmırsız, yenə də yolunu gözləyirsiniz?

- Oğlum şəhid olduqdan 20 gün sonra Prezident ona "Vətən Müharibəsi Qəhrəmanı" adı verdi.  Prezident oğluma "Vətən Müharibəsi Qəhrəman"ı adı verənə qədər inanmırdım ki, o şəhid olub. Bu adı verəndən sonra onun şəhid olduğuna inandım...

- İnanmamağınızın səbəbi nə idi, bu fikri özünüzə yaxın qoymaq istəmirdiniz?

- Çünki o çox qoçaq idi, bütün çətinliklərdən çıxmağı bacarırdı. Düşünürdüm ki, o bütün vəziyyətlərdə, şəraitlərdə özünü qoruya bilər. Hazırlıqlı uşaq idi. Bu səbəbdən də düşünürdüm ki, o şəhid ola bilməz, mütləq bir gün qayıdacaq. Prezident oğluma Qəhrəman adı verəndə inandım ki, şəhid olub.

Vətən müharibəsinə kənddən səfərbərliklə 200 çağrışçı apardılar. Hər kəsin uşağı üçün narahat idim ki, birdən filankəsin uşağı şəhid olar. Hamının uşağından nigaran idim, bircə öz uşağımdan narahat deyildim, çünki ona çox arxayın idim. Bizim kəndin 8 şəhidi oldu, onların içində təkcə hərbiçi Nail idi, qalanlar səfərbərliklə gedənlər idi. Deyirdim ki, heç vaxt o şəhid olmaz, o bacarıqlıdır, nə qədər təlimlər keçib, oraları çox gözəl tanıyır. Erməni əsgəri ilə əlbəyaxa döyüşüb məğlub olmayıb, amma başına dəyən kiçik bir qəlpədən şəhid olub.

Dövlət oğlumun əməyinə qiymət verib. Belə bir qəhrəman oğulun anası olmaq böyük qürurdur. 

İradə SARIYEVA
Şəki-Bakı




VİDEO

SON XƏBƏRLƏR

16.07.2025 / 15:09
“Vaqif Poeziya Günləri” Gəncədə davam etdi

16.07.2025 / 14:38
Makron Fransanı borc bataqlığında batırır - hər saniyədə 5 min avro borc... hökumət devrilə bilər...

16.07.2025 / 14:05
Paşinyan Zəngəzura “HƏ” dedi, - Rusiya tətikdədir...

16.07.2025 / 13:45
Magistraturaya qəbul imtahanında esseyə minimal tələb qoyula bilər...

16.07.2025 / 13:21
Leyla Əliyeva Berdiməhəmmədovun qızı Oquldjaxan Atabayeva ilə görüşüb

16.07.2025 / 13:06
Россия обязана возместить ущерб, нанесённый Азербайджану за 200 лет оккупации - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

16.07.2025 / 12:57
“Su şəbəkələrinə qoşulma” işçi qrupunun növbəti iclası keçirilib*

16.07.2025 / 12:21
"Azərbaycan və Türkmən xalqlarını dərin qardaşlıq ənənələri birləşdirir və müstəqillik dövründə bu əlaqələr daha da gücləndi" - Prezident

16.07.2025 / 12:09
Prezident İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədovla görüşü olub - FOTO

16.07.2025 / 12:05
Avropa İttifaqından Ukrayna SÜRPRİZİ - 88 milyard avroluq yardım...

16.07.2025 / 11:29
Bir gündə ölkə ərazisində 46 cinayətin üstü açılıb- polis

16.07.2025 / 11:13
Paşinyan bu erməni naziri işdən qovdurdu

16.07.2025 / 11:06
I Qarabağ müharibəsinin daha bir şəhidi Xaçmazda dəfn olunacaq

16.07.2025 / 11:03
Paşinyanı devirmək üçün Rusiyanın yeni planı ortaya çıxdı - CANLI

16.07.2025 / 11:00
Altı ayda motosiklet sürücülərinin təqsiri üzündən 17 yol qəzası olub, 4 nəfər ölüb

16.07.2025 / 10:41
“Mentor Klinika” layihəsi çərçivəsində tibb müəssisələrinə baxış davam etdirilir

16.07.2025 / 10:34
Azərbaycanın ədliyyə naziri İraq Federal Ali Məhkəməsinin sədri ilə görüşüb

16.07.2025 / 10:32
Karapetyana qarşı "çirkli pulların yuyulması" ittihamı irəli sürülüb

16.07.2025 / 10:28
Tramp bu dəfə tələbələrin etirazı ilə qarşılaşdı

16.07.2025 / 10:21
Azərbaycanda bu kredit təşkilatı bağlandı

16.07.2025 / 10:17
Sabirabadda arvad ərini bıçaqlayıb

16.07.2025 / 10:12
MMA döyüşçüsü Mahaçqalada güllələndi

16.07.2025 / 10:05
Goranboyda kütləvi dava olub

16.07.2025 / 10:00
İran 2 milyon litr neft daşıyan xarici tankeri ələ keçirib

16.07.2025 / 09:51
Qazaxıstanın iki sığorta brokeri Azərbaycan bazarına daxil olub - Mərkəzi Bank

16.07.2025 / 09:46
Evdən çürümüş kişi meyiti tapıldı...

16.07.2025 / 09:39
Qurbanqulu Berdiməhəmmədov Bakıya gəlib

16.07.2025 / 09:22
Azərbaycanlı boksçu erməni rəqibinə qalib gəldi, Avropa çempionu oldu!

16.07.2025 / 09:18
Tramp Avropa İttifaqı barədə danışdı - "irəliləyiş var"

16.07.2025 / 09:11
Xaçmazda "Kamaz" divara çırpılıb, sürücü ölüb

16.07.2025 / 09:04
Rasim Məmmədov – 60

16.07.2025 / 09:00
Azərbaycanla Çin arasında viza rejiminin ləğvi ilə bağlı saziş bu gündən qüvvəyə minib

16.07.2025 / 08:36
5-ci qrup ixtisas universitetləri attestatla qəbulu dayandırdılar...

16.07.2025 / 01:27
Tramp geri addım atdı və Zelenskiyə xəbərdarlıq etdi – Moskvanı vurmayın...

15.07.2025 / 22:43
Yekaterinburqda Azərbaycan diaspor rəhbərinin oğlu saxlandı

15.07.2025 / 21:31
Tramp Putinə qarşı sərt addımlar üçün 50 gün gözləməyəcək...

15.07.2025 / 21:16
Ölkəyə gələn 31 tonun içində ərəb qızılı yoxdur - niyə?..

15.07.2025 / 21:02
AB Ermənistana 2,5 milyard avro dəstək qərarı verdi...

15.07.2025 / 20:47
“60 kənd boşaldılır, 300 min azərbaycanlı qayıdır” - Qərb daha çox şey gözləyirmiş...

15.07.2025 / 20:33
Zəngəzur dəhlizində 3-cü dövlətin nəzarəti ideyası kimə məxsusdur?

15.07.2025 / 20:20
Trampın bu 50 günü əvvəlki “60, 90 günlərə dönməsə yaxşıdır”...

15.07.2025 / 20:06
“3 dövlət birləşir” - Bakı-Dəməşq “qaz əməkdaşlığına” erməni mediasından hücum başladı...

15.07.2025 / 19:52
Rusiya Akkuyu AES-lə bağlı Türkiyəyə qəbuledilməz şərt qoydu...

15.07.2025 / 19:39
“Dini qurumlarla bu mövzu ətrafında toplaşmağımız çox əhəmiyyət daşıyır”- Rəşad Məcid

15.07.2025 / 19:37
Ermənistanın ağır müharibə cinayətləri məhkəmədə bir-bir sübuta yetirilir...

15.07.2025 / 19:25
Tərəqqi yolunun başlanğıcı – Əhliman Əmiraslanov yazır...

15.07.2025 / 19:12
Ukrayna öz qaz anbarlarını Azərbaycana təklif etdi...

15.07.2025 / 19:05
Polis Sumqayıtda ikitəkərli nəqliyyat sürücüləri ilə maarifləndirici söhbətlər aparıb - FOTO

15.07.2025 / 18:57
Tanınmış tədqiqatçı Qismət Yunusoğlu Aydın Quliyevi təbrik etdi

15.07.2025 / 18:50
Cəlilabaddakı yanğının söndürülməsinə 2 helikopter cəlb edildi

15.07.2025 / 18:44
Ursula Lyayen Paşinyanın “sülh siyasəti” barədə inanılmaz sözlər dedi...

15.07.2025 / 18:30
Subbakalavrların taleyini kim həll etməlidir - universitetlər, nazirlik, ya DİM?

15.07.2025 / 18:16
Tramp Ukrayna müharibəsinin gedişini dəyişəcək qərar verdi...

15.07.2025 / 18:03
Azərbaycanda 2 yeni qoruq yaradıldı - nə dəyişəcək?..

15.07.2025 / 18:00
“...Harada boşluq varsa, onu ya savadsızlıq, ya da xarici radikal çağırışlar doldurur” - Vüqar Əliyev

15.07.2025 / 17:50
Hansı ixtisasın lazım olub-olmadığına DİM özü qərar verə bilərmi?

15.07.2025 / 17:42
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənildi

15.07.2025 / 17:35
Ukraynanın baş naziri istefa verdi

15.07.2025 / 17:31
İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu

15.07.2025 / 17:27
Vətəndaşların şəxsi məlumatlarını xarici kiberbunkerlərə ötürən şəxs ifşa edildi - 300 min manatlıq ziyan...

15.07.2025 / 17:15
Trampdan Zelenskiyə Putini şoka salan təlimat - Moskva və Peterburqu vurun…

15.07.2025 / 17:01
Şamaxıdan mesaj - Media dinin siyasiləşdirilməsinə qarşı dayanan böyük qüvvədir...

15.07.2025 / 16:50
Ersin Tatar Kipr danışıqlarında Lefkoşanın şərtlərini açıqladı - heç bir federal quruluşundan söhbət gedə bilməz

15.07.2025 / 16:34
Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans başlayıb

15.07.2025 / 16:05
"Vaqif Poeziya Günləri" Qazaxda başladı

15.07.2025 / 16:03
BDU İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb

15.07.2025 / 15:22
Vətənə sevdalanan ömür...

15.07.2025 / 15:22
ABŞ Rusiyaya qarşı 10 milyardlıq planı işə saldı - Ukraynaya Rusiyanın dərinliklərini vura biləcək raketlər də veriləcək…

15.07.2025 / 14:39
"Ağdamda 8 yaşayış məhəlləsi, 1 qəsəbə, 23 kənd lahiyələndirilir" - Prezidentin xüsusi nümayəndəsi

15.07.2025 / 14:30
"Azərbaycan ilə Türkiyənin birgə layihələri regionun yeni geosiyasi mənzərəsini formalaşdırıb" - Samir Şərifov

15.07.2025 / 14:18
Tramp ATACMS raketləri ilə Rusiyaya zərbə endirməyə icazə verə bilər...

15.07.2025 / 14:02
Evdən 30 min dollar və 12 min manat oğurlayan qadın tutuldu...

15.07.2025 / 13:47
Laçından Ağcabədiyə 120 kq yararsız mal əti aparan şəxs yolda yaxalandı...

15.07.2025 / 13:34
"Azərbaycan ilə Türkiyənin qanunvericilik aktlarını bir-birinə uyğunlaşdırmağa çalışırıq" - Əhliman Əmiraslanov

15.07.2025 / 13:19
"Xain çevrilişə cəhd zamanı can Azərbaycanın ölkəmizə güclü dəstəyini xatırlayırıq" - Türkiyə səfiri

15.07.2025 / 13:10
Дмитрий Киселев! Совет Прессы Азербайджана в отличии от вас, никогда не врёт - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

15.07.2025 / 12:53
Azərbaycandan qardaş Türkiyəyə 15 iyul mesajı - "dərin ehtiram və minnətdarlıqla anırıq”

15.07.2025 / 12:38
Baku Network Parisdə ilk dəfə olaraq erməni təcavüzü nəticəsində həlak olmuş azərbaycanlı jurnalistlərlə bağlı məsələ qaldırıb

15.07.2025 / 12:32
III MDB Oyunlarına 8 ölkədən 1846 idmançı qatılacaq

15.07.2025 / 12:20
"Bu gün Azərbaycanla Türkiyə gələcəyə doğru çiyin-çiyinə irəliləyir" - İlham Əliyev

15.07.2025 / 12:13
Slovakiya Azərbaycanda fəxri konsulluq açacaq

Ermənistanın ağır müharibə cinayətləri məhkəmədə bir-bir sübuta yetirilir...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910