Ermənistan Belarusa nota verdi
Ermənistanın Xarici İşlər Nazirliyi Belarusa etiraz notası göndərib. Trend xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan məlumat yayıb.
Onun sözlərinə görə, bu Belarus XİN-in mətbuat katibinin açıqlaması və ölkənin daxili işlərinə müdaxilə ilə əlaqəlidir.
Qeyd edək ki, iyunun 13-də Belarus XİN-in mətbuat katibi Anatoli Qlaz Belarusun Ermənistanla münasibətləri pisləşdirmək istəmədiyini deyib.
"Xarici oyunçular Ermənistan rəhbərliyini Belarusla münasibətləri pisləşdirməyə nə qədər təhrik etsə də, Minsk İrəvanla münasibətləri pisləşdirmək niyyətində deyil", - o deyib.
Həmçinin qeyd edək ki, Ermənistan Belarusdakı səfirini məsləhətləşmələr üçün çağırdıqdan sonra Minsk də İrəvandakı səfirini çağırıb.