Çərşənbə günü, 16 iyul 2025
     

Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirildi - FOTO

Image

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib. Toplantını giriş sözü açan MŞ sədri Rəşad Məcid gündəliyi elan edib. Gündəlik səsə qoyularaq qəbul edilib.

İclasda əvvəlcə sədr R.Məcidin İdarə Heyətinin son iclasından indiyədək MŞ-nin gördüyü işlərə dair hesabatı dinlənilib. Bildirilib ki, Şura hesabat dövründə "Crocus City Hall" konsert zalında törədilmiş və xeyli insan tələfatına səbəb olmuş terror aktı xüsusunda rusiyalı teleaparıcı və jurnalist Vladimir Slovyov tərəfindən səslənmiş iddialara cavab xarakterli bəyanat yayıb. Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan Mətbuat Şurasında olub. Bu təşkilatla Mətbuat Şurasının əməkdaşlıq perspektivləri müzakirə edilib. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində "Azərbaycan Mətbuat Şurası" auditoriyasının açılışı gerçəkləşib. Hazırda Şuranın Şikayətlər üzrə Komissiyasının iclasları həmin auditoriyada tələbələrin iştirakı ilə keçirilir, beləliklə onlar jurnalistikanın praktik istiqamətlərinə dair bilgilər əldə etmək imkanı qazanırlar. 

R.Məcid ötən müddətdə Mətbuat Şurası ilə Özbəkistan Jurnalistlər İttifaqı arasında Əməkdaşlıq Memorandumunun imzalandığını diqqətə çatdırıb. Bildirib ki, bununla bağlı Şurada keçirilmiş toplantıya qurumun İdarə Heyətinin üzvləri və ölkəmizdə səfərdə olan Özbəkistan Jurnalistlər İttifaqının sədri Xolmurad Səlimovun rəhbərlik etdiyi nümayəndə heyətinin təmsilçiləri qatılıblar. Həmçinin, Şuranın İdarə Heyətinin üzvü Azər Həsrət İstanbulda nüfuzlu Fetisov Jurnalistika Mükafatlarının 5-ci təqdimatında mükafatın Ekspert Şurasının üzvü qismində iştirak edib. Bundan başqa MŞ-nin sədr müavini Səadət Məmmədova mayın 3-də keçirilmiş "İctimai proseslər media müstəvisində" mövzusundakı forumun panel iclasında moderatorluq edib, ümumən İH üzvləri ölkəmizdə və dünyanın müxtəlif bölgələrində reallaşmış çoxsaylı toplantılara qatılıblar. 

Mətbuat Şurasının və İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının birgə təşəbbüsü ilə iordaniyalı jurnalist Ömər Nəzzəl Əl-Armutinin ulu öndər Heydər Əliyevə həsr etdiyi "Vətən və Liderlik" kitabının təqdimatının keçirildiyini vurğulayan R.Məcid, eyni zamanda, rəhbərlik etdiyi qurumun təmsilçilərinin "Yeni Tərtər" qəzetinin 90 illik yubileyi ilə bağlı Tərtərdə keçirilmiş tədbirə qatıldıqlarından söz açıb. O, hesabat dövründə MŞ-nin ömrünü-gününü peşəsinə həsr etmiş iki jurnalistlə əlaqədar yubiley toplantısının təşkil olunduğunu, habelə Azərbaycan mediasının tanınmış simalarından olan Vasif Səmədovun, Ramiz Əkbərin və Bəbir Hüseynovun vəfatı ilə bağlı nekroloqlar yaydığını da diqqətə çatdırıb.

MŞ sədrinin müavini, Şuranın Şikayətlər üzrə Komissiyasının sədri Vüqar Zifəroğlu rəhbərlik etdiyi komissiyanın fəaliyyətindən söz açıb. O, Şuranın ötən müddətdə 5 şikayətə baxdığını diqqətə çatdırıb. Həmin şikayətlərin yalnız biri əsasında qərar layihəsinin İdarə Heytinin müzakirəsinə təqdim edildiyini bildirib. Müzakirələrdən sonra "AzEstetik Group" MMC-nin "Publika.az", "Moderator.az", Bakunews.az", "Hakimiyyet.info" saytlarında  gedən yazılarla bağlı şikayəti əsasında qərar çıxarılıb. Qərarda adı çəkilən saytların "AzEstetik Group" MMC-nin fikirlərinin təqdimatına hazır olduqları əksini tapıb. Ümumən sözügedən media orqanlarının tənqidi materialda tənqid obyektinin fikirlərinin təqdimatına həssas yanaşmalarının, bu, mümkün olmadıqda isə məsələ barədə cəmiyyəti məlumatlandırmalarının vacibliyi vurğulanıb.

MŞ-nin icraçı katibi Əvəz Rüstəmov MŞ-yə şikayətlərdəki spesifik cəhətlərə diqqət yetirib. O bildirib ki, fəaliyyəti şikayət doğuran bir çox media orqanları qarşı tərəfin mövqeyinə aydınlıq gətirmədən materiallar hazırlayır və yayırlar. Bu, geniş hal alıb və çoxsaylı şifahi şikayətlərin də motivini təşkil edir. Şura materialı narazılıq doğurmuş media orqanları ilə əlaqə saxlayır. Onlar bildirirlər ki, qarşı tərəfin mövqeyini yayımlamağa hazırdırlar. Lakin bir çox hallarda bu, şikayətçi üçün yetərli olmur. Buna görə material yayıma hazırlanarkən qarşı tərəfin mövqeyi öyrənib bildirilməlidir. 

İclasda, həmçinin, vurğulanıb ki, fəaliyyəti narazılıq doğurmuş media orqanları özlərinin izahatlarında qarşı tərəflə heç cür əlaqə saxlaya bilmədiklərini, dəfələrlə buna cəhd göstərdiklərini diqqətə çatdırırlar. Buna görə də Mətbuat Şurası adından media orqanlarına qarşı tərəfin mövqeyinə aydınlıq gətirməklə yanaşı, eləcə də informasiya mənbələrinə media ilə əməkdaşlığı gücləndirmək xüsusunda müraciətin ünvanlanması vacibdir. Bu, media-cəmiyyət əlaqələrinin güclənməsi baxımından zəruridir. 

Mətbuat Şurası bu qənaətdədir ki, fəaliyyəti ictimai əhəmiyyət daşıyan qurumlar, eləcə də biznes dairələri mətbuat və ictimaiyyətlə əlaqələrə diqqət yetirməlidirlər, jurnalist sorğularına həssas yanaşmalıdırlar. Jurnalistlər isə tənqid obyekti kimi götürdükləri fiziki və hüquqi şəxslərə münasibətdə eyni həssaslığı nümayiş etdirməlidirlər. 

İclasda o da bildirilib ki, bir çox şikayət müəllifləri Mətbuat Şurasına şikayət etməklə yanaşı, eyni anda məhkəmələrə də üz tuturlar. Belə olduqda şikayətlərə baxıla bilməz. Çünki MŞ-nin nizamnamə tələbləri buna imkan vermir. Bu səbəbdən məsələyə ictimai diqqətin artırılması vacibdir. İclasda Şuranın mövcud istiqamətdə də ayrıca maarifləndirici tədbirlər görməsi qərara alınıb, bununla əlaqədar Şuranın Katibliyinə müvafiq göstəriş verilib.




VİDEO

SON XƏBƏRLƏR

16.07.2025 / 01:27
Tramp geri addım atdı və Zelenskiyə xəbərdarlıq etdi – Moskvanı vurmayın...

15.07.2025 / 22:43
Yekaterinburqda Azərbaycan diaspor rəhbərinin oğlu saxlandı

15.07.2025 / 21:31
Tramp Putinə qarşı sərt addımlar üçün 50 gün gözləməyəcək...

15.07.2025 / 21:16
Ölkəyə gələn 31 tonun içində ərəb qızılı yoxdur - niyə?..

15.07.2025 / 21:02
AB Ermənistana 2,5 milyard avro dəstək qərarı verdi...

15.07.2025 / 20:47
“60 kənd boşaldılır, 300 min azərbaycanlı qayıdır” - Qərb daha çox şey gözləyirmiş...

15.07.2025 / 20:33
Zəngəzur dəhlizində 3-cü dövlətin nəzarəti ideyası kimə məxsusdur?

15.07.2025 / 20:20
Trampın bu 50 günü əvvəlki “60, 90 günlərə dönməsə yaxşıdır”...

15.07.2025 / 20:06
“3 dövlət birləşir” - Bakı-Dəməşq “qaz əməkdaşlığına” erməni mediasından hücum başladı...

15.07.2025 / 19:52
Rusiya Akkuyu AES-lə bağlı Türkiyəyə qəbuledilməz şərt qoydu...

15.07.2025 / 19:39
“Dini qurumlarla bu mövzu ətrafında toplaşmağımız çox əhəmiyyət daşıyır”- Rəşad Məcid

15.07.2025 / 19:37
Ermənistanın ağır müharibə cinayətləri məhkəmədə bir-bir sübuta yetirilir...

15.07.2025 / 19:25
Tərəqqi yolunun başlanğıcı – Əhliman Əmiraslanov yazır...

15.07.2025 / 19:12
Ukrayna öz qaz anbarlarını Azərbaycana təklif etdi...

15.07.2025 / 19:05
Polis Sumqayıtda ikitəkərli nəqliyyat sürücüləri ilə maarifləndirici söhbətlər aparıb - FOTO

15.07.2025 / 18:57
Tanınmış tədqiqatçı Qismət Yunusoğlu Aydın Quliyevi təbrik etdi

15.07.2025 / 18:50
Cəlilabaddakı yanğının söndürülməsinə 2 helikopter cəlb edildi

15.07.2025 / 18:44
Ursula Lyayen Paşinyanın “sülh siyasəti” barədə inanılmaz sözlər dedi...

15.07.2025 / 18:30
Subbakalavrların taleyini kim həll etməlidir - universitetlər, nazirlik, ya DİM?

15.07.2025 / 18:16
Tramp Ukrayna müharibəsinin gedişini dəyişəcək qərar verdi...

15.07.2025 / 18:03
Azərbaycanda 2 yeni qoruq yaradıldı - nə dəyişəcək?..

15.07.2025 / 18:00
“...Harada boşluq varsa, onu ya savadsızlıq, ya da xarici radikal çağırışlar doldurur” - Vüqar Əliyev

15.07.2025 / 17:50
Hansı ixtisasın lazım olub-olmadığına DİM özü qərar verə bilərmi?

15.07.2025 / 17:42
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənildi

15.07.2025 / 17:35
Ukraynanın baş naziri istefa verdi

15.07.2025 / 17:31
İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu

15.07.2025 / 17:27
Vətəndaşların şəxsi məlumatlarını xarici kiberbunkerlərə ötürən şəxs ifşa edildi - 300 min manatlıq ziyan...

15.07.2025 / 17:15
Trampdan Zelenskiyə Putini şoka salan təlimat - Moskva və Peterburqu vurun…

15.07.2025 / 17:01
Şamaxıdan mesaj - Media dinin siyasiləşdirilməsinə qarşı dayanan böyük qüvvədir...

15.07.2025 / 16:50
Ersin Tatar Kipr danışıqlarında Lefkoşanın şərtlərini açıqladı - heç bir federal quruluşundan söhbət gedə bilməz

15.07.2025 / 16:34
Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans başlayıb

15.07.2025 / 16:05
"Vaqif Poeziya Günləri" Qazaxda başladı

15.07.2025 / 16:03
BDU İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb

15.07.2025 / 15:22
Vətənə sevdalanan ömür...

15.07.2025 / 15:22
ABŞ Rusiyaya qarşı 10 milyardlıq planı işə saldı - Ukraynaya Rusiyanın dərinliklərini vura biləcək raketlər də veriləcək…

15.07.2025 / 14:39
"Ağdamda 8 yaşayış məhəlləsi, 1 qəsəbə, 23 kənd lahiyələndirilir" - Prezidentin xüsusi nümayəndəsi

15.07.2025 / 14:30
"Azərbaycan ilə Türkiyənin birgə layihələri regionun yeni geosiyasi mənzərəsini formalaşdırıb" - Samir Şərifov

15.07.2025 / 14:18
Tramp ATACMS raketləri ilə Rusiyaya zərbə endirməyə icazə verə bilər...

15.07.2025 / 14:02
Evdən 30 min dollar və 12 min manat oğurlayan qadın tutuldu...

15.07.2025 / 13:47
Laçından Ağcabədiyə 120 kq yararsız mal əti aparan şəxs yolda yaxalandı...

15.07.2025 / 13:34
"Azərbaycan ilə Türkiyənin qanunvericilik aktlarını bir-birinə uyğunlaşdırmağa çalışırıq" - Əhliman Əmiraslanov

15.07.2025 / 13:19
"Xain çevrilişə cəhd zamanı can Azərbaycanın ölkəmizə güclü dəstəyini xatırlayırıq" - Türkiyə səfiri

15.07.2025 / 13:10
Дмитрий Киселев! Совет Прессы Азербайджана в отличии от вас, никогда не врёт - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

15.07.2025 / 12:53
Azərbaycandan qardaş Türkiyəyə 15 iyul mesajı - "dərin ehtiram və minnətdarlıqla anırıq”

15.07.2025 / 12:38
Baku Network Parisdə ilk dəfə olaraq erməni təcavüzü nəticəsində həlak olmuş azərbaycanlı jurnalistlərlə bağlı məsələ qaldırıb

15.07.2025 / 12:32
III MDB Oyunlarına 8 ölkədən 1846 idmançı qatılacaq

15.07.2025 / 12:20
"Bu gün Azərbaycanla Türkiyə gələcəyə doğru çiyin-çiyinə irəliləyir" - İlham Əliyev

15.07.2025 / 12:13
Slovakiya Azərbaycanda fəxri konsulluq açacaq

15.07.2025 / 12:10
"Bu layihələrin dünyada analoqu yoxdur" - Prezidentin xüsusi nümayəndəsi

15.07.2025 / 12:05
"Barselona" bu futbolçu üçün "pivəçilər"ə elçi düşdü...

15.07.2025 / 12:00
Hollivud ulduzunun bu fotosu 21 min dollara satıldı...

15.07.2025 / 11:51
2025-ci ilin ilk 6 ayı ərzində 44 milyondan çox tibbi xidmət göstərilib

15.07.2025 / 11:44
Xameneinin müşaviri yenə Azərbaycan əleyhinə danışdı - bu dəfə pakistanlı nazirlə görüşündə...

15.07.2025 / 11:40
Harmancı yenə xəbərdarlıq edir - COVID-19 davam edir

15.07.2025 / 11:35
6 min 300 ədəd çətənə kolu məhv edilib - polis

15.07.2025 / 11:11
Bu gündən tələbələrin köçürülməsi prosesinə başlanılıb

15.07.2025 / 11:03
ABŞ-ın Zəngəzurla bağlı mövqeyi çox təhlükəlidir - CANLI

15.07.2025 / 09:15
Samuxda zəlzələ olub - TƏCİLİ

15.07.2025 / 08:36
Azərbaycanda turistlər hotellərdən imtina edir - kirayə kənd evlərinə kütləvi axın başlayıb...

14.07.2025 / 23:48
Tramp Putini sərt tənqid etdi - Onu qatil adlandırmaq istəmirəm, amma o…

14.07.2025 / 23:40
Tramp Putinə 50 gün vaxt verdi - Ukrayna ilə bağlı razılaşma olmasa...

14.07.2025 / 21:32
Ermənilərin azərbaycanlıları əsir götürərkən işgəncə vermələrini əks etdirən videokadrlar məhkəmədə nümayiş etdirildi - FOTO

14.07.2025 / 21:19
Kilsə Paşinyana əks-hücuma keçdi - "katolikosa hücum Allaha hücumdur"...

14.07.2025 / 21:05
Bir neçə ərəb biznesmenə görə tariximizdən üz döndərməliyik? - Babək ərəblərlə vuruşub, ancaq tarix tarixdir...

14.07.2025 / 20:50
Əbu-Dabidə Əliyev-Paşinyan görüşünün ardınca Gorus görüşü başlayıb...

14.07.2025 / 20:35
Azərbaycanın "yaratdığı" Yeni Kaledoniya Dövləti müstəqil xarici siyasət aparacaq... Konstitusiyada ayrıca maddə...

14.07.2025 / 20:21
Azərbaycan qazının Suriyaya nəqlinin bir neçə marşrutu gözdən keçirilir...

14.07.2025 / 20:07
Supermarketlərimiz yerli bostan məhsullarına bağlıdır - Çindən qarpız idxalı 300 dəfə artır...

14.07.2025 / 19:53
Avropa Bakıdan əlavə 14 milyard kub qaz istəyir - ancaq problem var...

14.07.2025 / 19:40
İki dövlətli həll prosesində yeni ADDIMLAR: Nyu-Yorkda sərt mesajlar veriləcək

14.07.2025 / 19:37
Azərbaycan Yeni Kaledoniyanı dövlət kimi tanıyan ilk ölkə olacaq...

14.07.2025 / 19:25
Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu Aydın Quliyevi təbrik etdi

14.07.2025 / 19:12
Mətbuatın 150 illiyi həm dövlətçilik, həm də ictimai hadisədir...

14.07.2025 / 18:57
ABŞ Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif etdi - səfir rəsmən təsdiqlədi...

14.07.2025 / 18:44
Rusiya pomidor ticarətindən Azərbaycana 1,2 milyard dollar ziyan vuracaq?..

14.07.2025 / 18:41
“Başlıbel: yaranışdan işğaladək” kitabının təqdimatı keçirilib

14.07.2025 / 18:30
Müxalifətə münasibətdə Fransa ilə Rusiya eyni ölkələrdir - qətllər, təqiblər...

14.07.2025 / 18:16
Azərbaycanın tərəvəzində həqiqətən xəstəlik tapılır, ya Rusiyada məsələ siyasiləşdirilir...

14.07.2025 / 18:02
Bakıda qapalı Suriya-İsrail danışıqlarında hər tərəfdən bir nəfər iştirak etdi... Çox ilginc...

14.07.2025 / 17:48
Putindən İrana gizli “nüvə mesajı” - Rusiyanın məqsədi nədir...

14.07.2025 / 17:35
40 nəfər bağça direktoru niyə “vuruldu”?..

Ermənistanın ağır müharibə cinayətləri məhkəmədə bir-bir sübuta yetirilir...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910