Bəhruz Bəhramov ARDNF-nin icraçı direktorunun müavini təyin edildi
Azərbaycan Prezidenti İlham Əliyevin 12 iyun 2024-cü il tarixli 165 nömrəli Sərəncamı ilə Bəhruz Fərman oğlu Bəhramov Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktorunun müavini vəzifəsinə təyin edilib.
Bu barədə fondun yaydığı məlumatda bildirilib ki, Bəhruz Bəhramov 2020-ci ildən hazırkı tarixədək ARDNF-nin İcraçı direktorunun müşaviri vəzifəsini icra edib.
Daha öncə ARDNF-nin Risklərin idarə edilməsi və İnvestisiya departamentlərində müxtəlif vəzifələrdə, o cümlədən, 2014-2016-cı illərdə Risklərin idarə edilməsi departamentinin direktor müavini, 2016-2020-ci illərdə Risklərin idarə edilməsi departamentinin direktoru vəzifəsində çalışıb.