Paşinyan Lukaşenkonu təhqir etdi, məmurlara da Belarusa getməyi qadağan etdi
Ermənistanın baş naziri Nikol Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenkonu təhqir edib. Trend bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.
Paşinyan bildirib ki, Lukaşenkonun Azərbaycanla bağlı bəyanatlarına görə o Belarusa rəhbərlik etdiyi müddətcə Belarusa səfər etməyəcək.
"Lukaşenko Belarusa rəhbərlik etdiyi müddətcə nə mən, nə də başqa bir başqa dövlət rəsmisi Belarusa səfər etməyəcək", - o deyib.
Qeyd edək ki, bu yaxınlarda Lukaşenko Prezident İlham Əliyevlə görüşündə bunları deyib:
"Mən bir daha düşündüm və müharibədən əvvəl, Sizin azadlıq müharibənizdən öncə söhbətimizi xatırladım. Həmin vaxt biz nahar süfrəsi arxasında ikilikdə fəlsəfi fikir yürüdürdük və belə nəticəyə gəldik ki, müharibədə qələbə çalmaq olar. Bu vacibdir, Qələbəni qoruyub saxlamaq daha vacibdir".