"Accessbank"ın 1 milyondan çox vergi borcu xəbəri yanlış çıxdı
Bu günlərdə yerli mediada “Accessbank” ASC-nin külli miqdarda vergi borcunun olması ilə bağlı məlumat yayıldı. Məlumatda qeyd edilirdi ki, bankın hazırki vergi borcu 1 milyon 249 min 148 manata çatıb.Xəbərin yayılması bankın hətta başlanacağı barədə söz- söhbətlərə də rəvac verdi .Maraqlıdır ki, bu qədər borcun mövcudluğu barədə yayılmış xəbərlərə bankın özündən hər hansı reaksiyaya rast gəlinmədi.Banklarla əlaqəli bir mənbədən öyrəndik ki, banklar adətən bu səpkili məlumatlara təsdiq və ya təkzib xarakterli reaksiya vermirlər. Baki-xəbər .com olaraq məsələnin nə dərəcədə dəqiq olub-olmadığını araşdırdıq. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin saytında tam fərqli məlumata rast gəldik- “Accessbank”ın heç bir vergi borcu yoxdur.Maraqlıdır.Yanlış xəbər necə yayıla bilir? ...
Günel Cəlilova