Hövsanda iki avtomobil toqquşub, 2 yaşlı körpə xəsarət alıb
Bakının Suraxanı rayonunda 2 yaşlı körpənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Hadisə Hövsan qəsəbəsində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 2022-ci il təvəllüdlü N.Qarayev ağır xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub. Fakt araşdırılır.
Mətləb